Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 30-03-2020, 08:00
Karantin vəziyyətinin insan psixologiyasına təsiri

Son aylar koronavirus pandemiyası bizi narahat edən əsas məsələlərdən biridir. Haqsız da deyilik. Müşahidələr göstərir ki, bəziləri belə fövqəladə anlarda məsələyə tamamilə biganə yanaşır, bir qrup isə təhlükəni şişirdərək ürəyinə salır. Bu vəziyyətlə əlaqəli aşağıdakı suallar meydana çıxır:

1. Koronavirus problemini necə qiymətləndirməli?
2. Xəstəliklərin insan psixologiyasına təsiri necədir?
3. Karantin vəziyyətində təlqinlərin insan psixologiyasına təsiri nədən ibarətdir?
4. “Karantin səni sıxır?”
5. Karantində necə sıxılmamaq olar?

Koronavirus problemini necə qiymətləndirməli?

Istənilən problemə ilkin psixoloji yanaşma aşağıda göstərilən iki formadan biri baş verəndə yanlış olur:
1) Həddindən artıq laqeyd yanaşma;
2) Həddindən artıq panik yanaşma.
Ümumiyyətlə ətrafda baş verən heç bir hadisə səbəbsiz deyil və tam laqeyd yanaşma yanlışdır. Bu prizmadan baxış insanı psixoloji cəhətdən sakit saxlasa belə, müəyyən müddətdən sonra sırf müdafiə mexanizminə çevrilir və fiziki cəhətdən qorunmanın qarşısını alır.
Panik yanaşma isə psixoloji cəhətdən həyəcan, stress, qorxu kimi emosional proseslərin yaranmasına gətirib çıxarır. Bu zaman emosional vəziyyətin dəyişməsi və kəskinliyindən asılı olaraq insan orqanizmində hormonal dəyişiklik baş verir. Nəticədə sağlamlıq problemi olan insanların səhhəti zərbə altına düşür. Sual meydana çıxır : “ Bəs hansı baxış bucağını seçməliyik?”
Belə vəziyyətlərdə düzgün yanaşma balansı qorumaq, nə laqeyd, nə də panik mövqe seçməkdir. Lazımi təhlükəsizlik tədbirləri almaqla biz fiziki, balansı qorumaqla isə psixoloji cəhətdən müdafiə olunmalıyıq.

Xəstəliklərin insan psixologiyasına təsiri necədir?

Xəstəlik ümumiyyətlə mənfi hal kimi qiymətləndirildiyi üçün çox vaxt insanlarda həyəcan, stress və qorxu yaradır. Sözügedən emosional proseslər isə orqanizmdə adrenalin, noradrenalin və kortizol hormonlarının artması ilə nəticələnir. Gəlin, bu vəziyyətin insan orqanizmində təsirlərinə nəzər yetirək:
Stresli dövrlərdə vücudunuzun vəziyyətə reaksiyası kortizol səviyyəsini artırmaqdır. O, stressə və yorğunluğa ən çox təsir edən hormondur. Səhər oyananda artır və gün ərzində bizə enerji verir. Gecə düşəndə isə yuxusuzluğa səbəb olur. Simptomları bunlardır: Daimi yüksək səviyyədə kortizol mədə xorası, yüksək təzyiq, yorğunluq, narahatlıq və yüksək xolesterin.
Çoxumuz bir ad olaraq bilirik ki, adrenalin qorxu və həyəcan vəziyyətində bədəndə artan hormondur. Bədən stress vəziyyətində olduqda hormonların sərbəst buraxılmasından məsuliyyət daşıyan vücudumuz hipotalamusa, hipofiz bezinə bir xəbərdarlıq göndərir və adrenalin ifraz etməsi lazım olduğunu çatdırır. Adrenalinin əsas vəzifəsi bu cür stresli vəziyyətdə barmaqların ucu, burun və qulaq kimi kapilyarlardan qan çıxarmaq və mövcud vəziyyətlə mübarizə aparmaq üçün inkişaf etdirdiyiniz silahlar kimi geniş əzələ qruplarına göndərməkdir. Buna görə stress zamanı birdən gücləndiyini hiss edirsən. Heç özün də bilmirsən, nə oldu, necə oldu…
Noradrenalin isə qəzəb və təhlükəli vəziyyətlərdə artır. Özünüzü yaxşı hiss etdirən əsas hormonlardandır. Noradrenalin və adrenalin stress və ya təhlükə vəziyyətində olduqda "döyüşmək və ya qaçmaq" qərarı ilə əmrlər göndərir. İnsan ağlı da bu hormonlara əsaslanaraq qərar verir və nəticədə ya döyüşməyi, ya da qaçmağı üstün tuturuq.

Karantin vəziyyətində təlqinlərin insan psixologiyasına təsiri nədən ibarətdir?

Istənilən vəziyyətdə yanlış təlqin psixoloji cəhətdən zərərli qiymətləndirilir. Xüsusilə Covid-19 infeksiyasından dolayı yaranmış karantin vəziyyətində bu hal daha çox diqqət çəkir. Unutmaq olmaz ki, hər hansı informasiyaya yanaşma insanlar arasında çox fərqlidir. Yəni konkret problemlə əlaqəli məlumat toplayanda da ətrafdakılardan eşitdiyimiz informasiyalar müəyyən dərəcədə həmin insanların şəxsi yanaşmalarının təsiri ilə dəyişir. Təsəvvür edək ki, əldə etdiyimiz bir informasiya panik yanaşmalı 3 insansandan bir-birinə ötürülmə ilə gəlib bizə çatmışdır. Bu zaman biz bu informasiyanın tam düzgünlüyünə və obyektivliyinə heç cür əmin ola bilmərik. Düzgün və obyektiv olmayan məlumat isə insanın psixoloji cəhətdən yanlış yönlənməsinə və zərər görməsinə gətirib çıxara bilər. Oxşar nümunələr də göstərir ki, istər psixoloji, istərsə də fiziki cəhətdən rahatlığımız üçün mütləq məlumatı dəqiq və əsas mənbədən almaq başlıca şərtdir. Bu baxımdan yaranmış vəziyyətlə əlaqəli məlumatlı olmağa və bu məlumatı şaiyələrdən, dedi- qodulardan, hansısa qeyri- peşəkar saytlardan deyil, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) göstərdiyi dəqiq xəbərlərdən və yalnız rəsmi xəbərlərdən almağa çalışmalıyıq. Unutmayaq ki, insan məlumatsız olduğu, nə edəcəyini bilmədiyi bütün vəziyyətlərdə qorxu, həyəcan hissi keçirər. Bu da tam təbii haldır

“Karantin səni sıxır?”

Yəqin ki, bu sualın cavabı ayrı- ayrı yaş dövrləri və fərqli həyat tərzləri olan insanlar üçün müxtəlifdir. Yəni gənclik yaş dövrünün və orta yaş dövrünün cavabı, işinə və ya təhsilinə ara verilmiş insanla, işini davam etdirən insanların cavabı üst- üstə düşməyə bilər. Odur ki, sualın subyektiv səciyyə daşıdığını nəzərə çatdırmalıyıq. Bəlkə də, bu barədə sorğu keçirmək daha düzgün olar.

Karantində necə sıxılmamaq olar?

Gəlin, bir anlıq karantinə qədər gündəlik vaxtımızı necə keçirdiyimizi yada salaq. Ola bilsin, böyük əksəriyyətimiz həmin günlərdə də sıxılırdıq. Məsələn məktəbli hər gün məktəbə getməkdən, tələbə mühazirə və seminar dərslərindən, kimsə hər gün eyni işlərlə məşğul olmaqdan bezir və istirahət istəyirdi. Indi isə, əksinə, istirahətdən sıxılırıq. Niyə? Bu suala cavab axtaraq. Bəlkə də, istirahətimizi də, işimiz kimi monoton şəkildə təşkil etdiyimiz üçün belədir. Istirahət deyəndə insanların ağlına dərhal kitab oxumaq, film izləmək, yatmaq, oynamaq və s… olur. Ilk baxışda hər biri çox gözəl fikirlər kimi görünür. Həqiqətən, belədir. Elə isə nə üçün darıxırıq? Çünki düzgün vaxt bölgüsü, doğru yuxu rejimi tətbiq etmədən istirahətimizi də davamlı eyni fəaliyyəti təkrarlamaqla darıxdırıcı hala gətiririk. Durmadan kitab oxumaq da, film izləmək də, yatmaq da, yemək bişirmək də, oynamaq da insanı yorar. Buna görə çalışıb istirahətimizi və fəaliyyətimizi düzgün şəkildə qurmalıyıq ki, sıxılmayaq və vaxtımızı səmərəli şəkildə keçirməklə yanaşı zövq alaq. Bu zaman aşağıdakılara əməl etməliyik:
1. Yuxu saatlarını normal günlərdə olduğu kimi rejimli qurmaq;
2. Davamlı eyni fəaliyyətlə deyil, fərqli işlərlə məşğul olaq;
3. Ən azından bir neçə saatı bu günə qədər gördüyümüz işlərə ( dərs oxumaq, ixtisasla bağlı informasiya toplamaq və özünü inkişaf etdirmək) sərf edək;
4. Ailə üzvlərimizlə ünsiyyətdə olmağa çalışaq;
5. Gələcək həyat planlarımızı bir daha gözdən keçirək və s...

Son olaraq unutmayaq ki, insan sosial varlıqdır. Bu, o deməkdir ki, ünsiyyət bizim ən təbii təlabatlarımızdan biridir. Heç şübhəsiz, karantin günlərində sıxılmağımızın ən böyük səbəblərindən biri davamlı görüşdüyümüz və ünsiyyətdə olduğumuz insanlardan uzaq qalmaqdır. Belə olan təqdirdə bu ünsiyyət təlabatımızı “online” proqramlar, sosial şəbəkələr vasitəsilə, ən əsası isə ailə üzvləri ilə ünsiyyətdə olmaqla bərpa edə bilərik. Çalışaq fərqli məkanlarda olsaq belə birlikdə qalaq. Çünki biz birlikdə güclüyük!

Sənubər Nəzərova,
APU- nun Məktəbəqədər təhsil, korreksiyaedici təlim, sosial-psixoloji xidmət fakültəsinin dördüncü kurs tələbəsi


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!