Tramp İrana təşəkkür etdi .....                        Xamenei sükutu belə pozdu .....                        AZAL təyyarələri Bakıya qayıdıb .....                        İranın hücumu simvolik imiş .....                        ABŞ təyyarələri İrana hücum zamanı Türkiyədən keçib? - Açıqlama yayıldı .....                        4 ölkə hava məkanını bağladı .....                        Hücumdan əvvəl qəribə paylaşım .....                        Cəbhədən uzaq şəhərlərin bombalanması əmrini onlar veribmiş .....                        İranın hücumuna görə Tramp təcili toplantı çağırdı .....                       
Tarix : 26-01-2017, 10:44
Qənirə Paşayeva Dəyanət Rzayevdən danışdı: "Psixoloqun intihara əl atması..."

"Psixoloq Dəyanət Rzayevin intihar etməsi xəbərini oxuyanda əvvəlcə inanmadım, nə deyəcəyimi bilmirəm. Amma onu bilirəm ki intiharlar, onların səbəbləri ciddi şəkildə geniş araşdırılmalıdır və təcili çıxış yolları üçün təkliflər hazırlanmalıdır".

Butov.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu fikirləri deputat Qənirə Paşayeva səsləndirib. Onun fikrincə, bu cür faciələrin artmasının qarşısının alınması üçün cəmiyyətin hər bir üzvü olaraq "nə etməliyik?" mövzusunda maarifləndirici verilişlər artmalıdır: "Təssüf ki bu cür verlişləri, proqramları görə bilmirik. İntiharların bu cür adiləşməsi bizi ciddi narahat etməlidir və SOS siqnalıdır. Məncə, sadəcə sosial problemlər deyil, getdikcə artan laqeydlik, biganəlik, paylaşmaq duyğusunun zəifləməsi, gənclərin həyata psixoloji olaraq güclü hazırlanmaması, ailədaxili problemlər və.s kimi faktorlar da intiharların artmasına ciddi təsir göstərir. Son zamanlar bu mövzuda ciddi araşdırmalar varmı deyə çox axtardım amma heç nə tapa bilmədim. Dövlət səviyyəsində bu tendensiyanın qarşısının alınması üçün ciddi işlər görülməklə yanaşı bir vətəndaş olaraq hər birimiz "nələr etməliyik" bu məsələ ətrafında da geniş müzakirələrə ehtiyac var. İntihara hətta cəmiyyətin ən gözləmədiyi və inana bilmədiyi bir insanın, bir psixoloqun əl atması ciddi bir mesajdır."

Onun sözlərinə görə, bu mövzu ciddi diqqətdə olmalıdır: "İntihar edən insanların davranışlarında mütləq dəyişikliklər baş verir və belə halda ətrafda olan insanlar, onu tanıyanlar həssaslıqla, qayğı ilə yanaşmalıdırlar. "Nəyimə lazımdır", "mənə nə "kimi yanaşmalardan tamamilə uzaq olmalıyıq. Sosial şəbəkələrdə Dəyanət bəyin facebook dostluğunda olmuş bir xanım yazır ki, son zamanlar qəribə paylaşımlar edirdi. Nə qədər doğrudur, bilmirəm ,amma yaxınlarının agentliklərə son günlər tənhalığa qapılması, işə getməməsi və.s kimi məlumatlar verməsindən görünür ki, onun psixoloji vəziyyətində dəyişikliklərin olmasını hiss edənlər olub. Bütün bunlara diqqət yetirəndə görürük ki, belə vəziyyətlərdə olan insanı yalnız buraxmamaq, onu narahat edən və çıxılmaz gördüyü problemin həllinə kömək etməyə çalışmaq lazımdır. Nur içində yatsın. Çox ağır xəbər oldu. Əzizlərinə səbr diləyirəm!".


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!