"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 24-05-2024, 07:27
Quş-lar yox Quş-dar


Quş-lar yox Quş-dar

Azərbaycan xalqının formalaşmasında həm qıpçaq, həm də oğuz mənşəli bir sıra tayfalar və tirələr iştirak etmişlər. Bunlardan qarapapaq, qarasaqqal, qaraqovaq, qaramanlı, qaradağlı, qəmərli, qaçar, qaşqay, qurd, bayat, bayandurlu, kəngərli, padar, şahsevən, əfşar, kəbirli, dondar, qayı, qarxun, qarqar, topalhəsənli, kolanı, muradxanlı, otuzikilər, cavanşirlər, şamlı, rumlu, ayrım və s. göstərmək olar. Bu tayfalar həm Azərbaycanın və Türkiyənin, həm də başqa türk ellərinin alt yapısında dayanan əsas elementlərdəndirlər. Belə tayfalardan biri haqqında məlumat verərək bu tayfanın adı ilə bağlı yaranmış qeyri-dəqiqliyə, anlaşılmazlığa aydınlıq gətirmək istəyirəm.
Məlimdur ki, qədim türklər həmişə ova ov quşları və tazılarla gedərdilər. Ov zamanı xüsusi təlim görmüş alıcı quşların və ov itlərinin köməyi ilə ov daha maraqlı və məhsuldar keçərdi. Təsadüfi deyil ki, türk xalqları atların ilk miniciləri olduğu kimi ov itləri olan tazıların və ov quşlarının da ilk təlimçiləridirlər. Ov quşlarından şahin, tərlan, doğan, şonqar, şahbaz, qartal hətta türk xalqalarının antropoloji sistemində də daxil edilərək şəxs adı kimi istifadə edilmişdir. Məhz buna görə də, xaqanların və xanların saraylarında bu işlərə baxan xüsusi insanlar olurdular. Məsələn, atlara qulluq edənlərə mehtər, mehtərlərin böyüklərinə isə mehtərbaşı deyərdilər. Beləliklə, quş saxlayanlara quşçu, quşçuların böyüyünə isə quşdarbaşı deyirdilər. Əslən qıpçaq olan bir türk tayfası ov quşu yetişdirmək üzrə ixtisaslaşmışdı. Zaman keçdikcə bu tayfanın adı unuduldu, onlara elə quşçu – quşdar kimi müraciət etməyə başladılar. Onların tayfa adı beləcə dəyişdi. Bu tayfanın üzvləri körpə, yırtıcı quşları yuvalarından götürərək onları böyüdür, təlim verir və yüksək qiymətə satırdılar. Yuxarıda qeyd etdiyimiz kimi həm də saraylarda vəzifə tuturdular.
Lakin zaman keçdikcə quşçular bu vəzifə ilə yetinmədilər. Onlar yüksək inzibati vəzifələr tutmağa nail oldular. Təbii ki, sarayda yetişən gənclər yüksək təhsil və təlim görürdülər. Bizim coğrafiyamızda belə insanlardan üç nəfəri daha məşhurdur. Bunların biri Səfəvilər zamanında çox nüfuzlu şəxs olmuş Əli Quşçudur. O, sarayda vəzir olmuş və nüfuzlu bir dövlət xadimi kimi tanınmışdır. İkincisi isə Osmanlı sarayında yeniçəribaşı olan Doğan Quşçudur. O, II Sultan Mehmet Fatehin zamanında yeniçəribaşı vəzifəsini tutaraq Mehmetə qarşı müxalifətdə dayanmışdır. Sonda isə saray çəkişmələrinin qurbanı olmuşdur.
Üçüncü şəxs isə tanınmış astronom-alim, orta əsrlərdə Özbəkistanda yaşamış əsl adı Əbül-Qasim Əliəddin ibn Məhəmməd əl-Quşçudur. O, Əli, bin-Məhəmməd əl-Quşçu kimi tanınır. O da quşçu tayfasının nümayəndəsi kimi məşhurdur. Məhz bu tip insanların, nüfuzlu quşçuların sayəsində quşçu – quşdar tayfası türk coğrafiyasına yayılaraq çox miqdarda toponimik vahidlər formalaşdırmışdır. Azərbaycan coğrafiyasında Təxminən 20-yə yaxın bu adlı toponimik vahid mövcuddur.
• Quşçu – Göygöl, Yevlax, Laçın və Şamaxı rayonlarında dörd kənd;
• Quşçu Dağı (1421 metr), Quşçular Dağı – Şamaxı və Xocavənd rayonlarında dağ adları;
• Quşçu kəndi, Quşçu məbədi, Quşçu Dağı – Daşkəsən rayonunda;
• Quşçu-Ayrım, Dondar Quşçu, Aşağı Quşçu – Qazax və Tovuz rayonlarında üç kənd;
• Dəli Quşçu, Dağ Quşçu, Çöl Quşçu – Zərdab, Siyəzən və Şabran rayonlarında üç kənd;
• Quşlar – Qəbələ və Kürdəmir rayonlarında iki kənd;
• Quşçular – Goranboy, Cəbrayil və Xocavənd rayonlarında üç kənd;
• Aşağı Quşçular, Yuxarı Quşcular – Şuşa rayonunda iki kənd;
• Quşlar kəndinin xarabalıqları – Oğuz rayonunda;
• Quşar adlı nəsil – Qax rayonunun İlisu kəndində;
• Quşçu, Quşçu qalası – Gürcüstanın Marneuli rayonunda kənd və tarixi abidə;
• Quşi, Quşçu – İrəvan xanlığında üç kənd;
• Quşi, Quşidərəsi – İrəvan quberniyasında iki kənd;
• Quşçuqaya – Gəncə quberniyasının Qazax qəzasında mahal;
• Quşçu – Ermənistanın Abaran və Dərələyəz rayonlarında iki kənd;
• Quşçu – Ermənistanın Qafan rayonunda keçmiş kənd;
• Quşçu – İranın Qərbi Azərbaycan ostanında şəhər;
• Quşçu – İranın Şərqi Azərbaycan və Qəzvin ostanlarında iki kənd.
Belə kəndlərdən biri də hal-hazırda müəllim vəzifəsində çalışdığım Kürdəmir rayon Quşlar kənd natamam orta məktəbinin yerləşdiyi “Quşdar” kəndidir. Lakin çox böyük təəssüf hissi ilə qeyd etməyi özümə borc bilirəm ki, bu kəndin adı qeyd edilərkən leksik-semantik yanlışlığa yol verilərək kəndin adı “Quşlar” şəklində yazılmışdır. Yuxarıda da göstərdiyimiz kimi tayfanın adı quşdar olduğu üçün (quş saxlayan, quş yetişdirən; maldar sözündə oldoğu kimi) adı da quşdar şəlində yazılmalıdır. Quşlar şəklində yazılarkən kəndin adının mənası tamam başqa cür səslənir. Dar komponenti lar cəm şəkilçisi kimi səslənir.
Fikrimizcə bu səhv həm Kürdəmir, həm də Qəbələdə dərhal aradan qaldırılmalıdır. Kənd əhalisi və əlaqədar qurumlar bu səhvin fərqinə varmalıdırlar.

Mircəlal İSMAYILOV,
Kürdəmir rayon Quşdar tam
orta məktəbin dil-ədəbiyyat müəllimi



Paylaş



Bölmə: Maarif / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!