TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 14-08-2017, 12:44
Qızıl Üçlük


Azərbaycan aşıq sənətindən söz düşəndə ilk öncə ustad aşıqlarımız yada düşür. Onların çalıb oxuması, səhnə mədəniyyəti, etdikləri ritmik hərəkətlər göz önündə canlanır.

Artıq onların çoxu haqq dünyasına qovuşub. Qalanlar isə bir neçə nəfərdi. Onlar isə ahıl çağlarındadı. Bu gün söz açacağım ustadlar da Gədəbəy aşıqlarının ən sevimlilərindən üçü haqqındadı. Söz açacağımız bu aşıqlar hal-hazırda 70-80 yaş arasındadı. Vaxtı ilə bu ustadlar həm respublikamızda, həm də xarici dövlətlərdə tanınmışlardı.

Qızıl Üçlük


Aşıq İsfəndiyar Rüstəmov, aşıq Sayyad Pənahov və aşıq Sədaqət Rəsulov. Bu üç ustaddan söz düşəndə onların səsləri, oxuduqları "Koroğlu" havaları göz önündə canlanır. Bu üç dahi sənətkarı bir-birindən ayırmaq olmur. Onların dövlət tədbirlərində, konsertlərdə, el şənliklərində etdikləri çıxışlar, çalıb-oxumaları hamını heyran edirdi. Hər üç ustad aşıqlarımız bir-birilərini çox gözəl tamamlayır və onların səsindəki məlahət, vurduqları zəngulələr olduqca gözəl heyrətamiz olub. El arasında bu üçlüyə "Qızıl üçlük" deyərdilər.

Aşıq İsfəndiyar Rüstəmov 1958-ci ildə Moskvada keçirilən Festivalda etdiyi gözəl çıxışa görə döş nişanına layiq görülmüşdü. Aşıq İsfəndiyar bu uğurundan sonra daha da həvəslənib 9 nəfərdən ibarət ansambl yaradır. 1972-ci ildə həmin 9 nəfərlik ansamblla Moskvada və İrəvanda (Göyçə mahalında) Dədə Ələsgərin 150 illik yubileyində yüksək səviyyədə çıxış etmişdilər. Onların bu çıxışı "Aşıq Ələsgər" medalına layiq görülmüşdü.

1975-1977-ci illərdə 9 nəfərlik ansamblın bütün üzvləri Ümumittifaq Festivalında "Qızıl medal"la yanaşı birinci dərəcəli diplomla və Azərbaycan Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunmuşdular. Həmin 9 nəfərlik ansamblın tərkibində aşıq Sayyad Pənahov və aşıq Sədaqət Rəsulov da var idi.

Aşıq Sayyad Pənahov və aşıq Sədaqət Rəsulov elə aşıq İsfəndiyar Rüstəmovun öz yetişdirmələridi. Hər iki aşıq hər bir zaman ustad-şəyird münasibətlərini qorumuşlar və bu günün özündə də yaşları 70-dən çox olmasına baxmayaraq ustad-şəyird adət-ənənəsini qoruyub saxlayırlar.

Bu yaxınlarda Müslüm Maqomayev adına Respublika Filarmoniyasında ustad aşıq Hüseyn Saraclının 100-illik yubiley gecəsində ustad aşıq İsfəndiyar Rüstəmovla vaxt tapıb, qısaca yaradıcılıq söhbəti etdik. Aşıq İsfəndiyardan soruşdum ki, necə oldu sizin ansambla "Xalq aşığı ansamblı" adı verildi. Aşıq İsfəndiyar dedi ki, 1981-ci ildə indiki Heydər Əliyev Sarayında dövlət tədbirində etdiyimiz çıxış Ulu Öndərin xoşuna gəldi və bizim 9 nəfərdən ibarət aşıqlarımıza "Xalq aşığı ansamblı" adı verdi. Bu 9 nəfərlik ansamblın tərkibində aşıq İslam Əkbərov, aşıq Sayyad Pənahov, aşıq Sədaqət Rəsulov və başqaları çıxış edirdi. Ustad onu da qeyd etdi ki, nə qədər uğurlarımız olub, hamısını bu yoldaşlarla birlikdə qazanmışıq. Artıq biz qocalmışıq, ancaq bu günə qədər ansamblda 150-dən çox orta və gənc nəsilin nümayəndələri var. Bu gənc aşıqlara dövlət qayğısı var.

Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya Allah can sağlığı versin, onun səyi nəticəsində aşıq sənəti, muğamımız YUNESKO-nun mənəvi irs siyahısına daxil edilib.

2009-cu ildə Prezident İlham Əliyev Gədəbəyə səfəri zamanı 200 yerlik aşıq məktəbinin təməli qoyuldu və 2013-cü ildə tikintisi başa çatan aşıqlar məktəbinin açılışı oldu.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Mədəniyyət və incəsənət xadimi, professor Məhərrəm Qasımlı hər iki ustada 2017-ci ilin mart ayında 70-illik yubiley gecəsi keçirdi. Məhərrəm Qasımlı hər üç ustada ən xoş arzularını bildirdi və gənc aşıqlara hər zaman ustad nəsihəti verməyi tövsiyə etdi.

Mən də aşıqsevərlər adından Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyindən xahiş edirəm, iki dahi ustad aşığımız olan aşıq Sayyad Pənahov və aşıq Sədaqət Rəsulovun anadan olmasının 70-illik yubileyləri Dövlət səviyyəsində keçirilsin.

Allah hər üç aşığa uzun ömür, can sağlığı versin.

Hüseyn Məmmədov,

müəllim


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!