İstefa verməyə hazıram - Zelenski .....                        Ərdoğan onlara partiyada yüksək vəzifə verdi .....                        Pakistanın Baş naziri Azərbaycana gəldi .....                        Bu gün avtobuslar 21:00-a kimi işləyəcək .....                        Rusiyada çoxmərtəbəli binanın yanında partlayış .....                        Yataqxanada yanğın - VİDEO .....                        Su anbarında batan 26 yaşlı gəncin meyiti tapıldı .....                        Ərdoğan yenidən AK Partiyanın sədri seçildi .....                        Külək güclənəcək - XƏBƏRDARLIQ .....                       
Tarix : 27-03-2016, 14:01

XX əsr Azərbaycan aşıq sənəti Borçalı (Gürcüstan) qolunun sonuncu magikanı, 86 yaşlı Aşıq Məhəmməd Sadaxlı martın 25-də Haqqa qovuşdu. Aşıq Əmrah, Aşıq Hüseyn Saraçlı, Aşıq Alxan Qarayazılı, Aşıq Kamandar, Aşıq Aslan Kosalı, Aşıq Əhməd Sadaxlı və ustadı Xındı Məmmədlə çiyin-çiyinə məclislər keçirmiş, festivallar iştirakçısı olmuş, ozan sənətinin inkişafında kifayət qədər əmək qoymuş Məhəmməd Sadaxlı ömrünü şərəflə yaşamış, başı uca, üzü ağ Haqqa dönmüşdür.
“Borçalı” İctimai Cəmiyyətinin ustad aşıq Məhəmməd Sadaxlıya vida sözü


Aşıq Məhəmməd Sadaxlı 1930-cu ildə Gürcüstanın Marneuli rayonunun Sadaxlı elinə bağlı Mollaoğlu kəndində dünyaya göz açmış, ömrünün sonuna qədər bu kənddə yaşamışdır. Yeddillik təhsil almış, sonra isə uşaqlıqdan meyil saldığı saz-söz sənətinə yiyələnmək üçün əlindən gələni etmişdir. İlk ustadı Açıq Xındı Məmməd olmuş, sonra isə Aşıq Hüseyn Saraçlıdan bəhrələnmişdir. O, saz ifaçılığını ustalıqla mənimsəmiş, dastançılıq ənənəsini dərindən öyrənmiş, aşıq poeziyasını yaddaşına köçürmüş, beləliklə də, ustalaşmış, ustadlaşmış və sözün əsil mənasında ağsaqqallıq mərtəbəsinə yüksəlmişdir. Yeri gəlmişkən, hər zaman “Borçalı” İctimai Cəmiyyətinin yanında olan, tədbirlərə sazı-sözüylə fövqəl bir rəng qatan, məsləhətlərini, tövsiyələrini əsirgəməyən Ustad Aşıq cəmiyyətin İdarə Heyətinin qərarı ilə “El Ağsaqqalı” mükafatına layiq görülmüşdür.

XX əsrin repressiyaları və II Dünya müharibəsi o dövr insanlarının çoxu kimi onun da qəlbini dağlamış, maddi və mənəvi çətinliklərlə üz-üzə qoymuşdur. Buna baxmayaraq, Aşıq Məhəmməd öz daş dözümü, dağ mətanəti, Haqq mübarizəsi ilə o qanlı-qadalı illəri arxada qoymuş, oğul-qız, nəvə-nəticə böyütmüşdür.

Ustad aşıq Məhəmməd Sadaxlının müdriklik, ustadlıq çağlarını yaşadığı dövrdə Gürcüstanda 80 və 85 illik yubileyləri təntənə ilə keçirilmiş, “Şərəf” ordeni ilə təltif edilmişdir.

Sədr Zəlimxan Məmmədlinin başçılığı ilə “Borçalı” İctimai Cəmiyyətinin İdarə Heyəti və bütün üzvləri ustad aşıq Məhəmməd Sadaxlının ailə üzvlərinə, yaxınlarına və bütün saz-sözsevərlərə dərin hüznlə başsağlığı verir. Ruhu şad, məkanı cənnət olsun. Elimiz var olsun.

“Borçalı” İctimai Cəmiyyətinin Mətbuat və İnformasiya Xidməti, 26 mart 2016-cı il


Paylaş



Bölmə: Xəbər / Borçalı / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!