Kanal-11 internet TV-nin rəhbərinə 9 il həbs istənildi .....                        Azərbaycan və Serbiya XİN başçıları müzakirə apardılar .....                        Ceyhun Bayramov Səfirlər Konfransında çıxış edib .....                        Naxçıvanda istilik elektrik stansiyası tikiləcək - SƏRƏNCAM .....                        “Nidanın Gücü, Gücün Nidası!”: Yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı .....                        Azərbaycanda neçə "Tesla" avtomobili var? - QİYMƏTLƏR .....                        Sabahın hava proqnozu .....                        Qubadlı və Cəbrayılda modul tipli xəstəxanalar tikiləcək .....                        34 il sonra Xankəndidə Yeni il - FOTO .....                       
Tarix : 25-04-2016, 16:14
BAHAR OĞLU



Böyük sənətkar Cəfər Cabbarlıya həsr edilmiş ədəbi-bədii gecə


Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin Cəfər Cabbarlı Komissiyası, AMEA Nizami adına Ədəbiyyat İnstitutu, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq Mərkəzi, Cəfər Cabbarlının Ev Muzeyi və Yeni Yurd İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Azərbay-canın böyük sənətkarı, görkəmli dramaturq, nasir, şair, tərcüməçi, teatrşünas, kinossenarist, əməkdar incəsənət xadimi Cəfər Cabbarlıya həsr edilmiş “Bahar oğlu” adlı ədəbi-bədii gecə keçirilmişdir. Tədbirdə görkəmli elm, mədəniyyət və incəsənət xadimləri, Milli Məclisin deputatları, Türkiyədən, İrandan və İraqdan gəlmiş nüfuzlu qonaqlar, tanınmış ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Mərasimdə Azərbaycanın Dövlət Himni sayğı duruşu ilə dinlənilmiş, Cəfər Cabbarlının həyat və yaradıcılığından bəhs edən vidio-çarx nümayiş etdirilmişdir.

Azərbaycan Yazıçılar Birliyi Cəfər Cabbarlı Komissiyasının sədri, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli giriş sözü söyləmiş və ədəbi-bədii gecəni idarə etmişdir. Dəyərli oxucuların diqqətinə çıxışları təqdim edirik:

BAHAR OĞLU

Asif Rüstəmli, AYB C.Cabbarlı Komissiyasının sədri.


Əziz qonaqlar, möhtərəm tədbir iştirakçıları! Öncə Sizi salamlayır, Bahar bayramınızı təbrik edirəm. Xalqımızın qüdrətli sənətkarı Cəfər Cabbarlının doğum günü münasibətilə təşkil olunmuş “Bahar oğlu” adlı ədəbi-bədii gecəyə xoş gəlmişsiniz.
Cəfər Cabbarlı düz 117 il əvvəl Xızıda, Qafar Cabbar oğlunun ailəsində, təbiə-tin təbəssümə büründüyü, novruzgülünün, nərgizin cilvələnib boy göstərdiyi, göründüyü Baharın ilk günündə dünyaya göz açıb. Bugünkü tədbirimiz yalnız ona görə “Bahar oğlu” adlanmır ki, o baharda doğulub. Həm də ona görə ki, Cəfər
ədəbiyyata “Bahar” şeiri ilə gəlib, ömrünün, taleyinin, həyatının yalnız bahar çağını yaşayıb, ictimai düşüncəmizə bahar ovqatı, bahar ab-havası gətirib, ədəbiyyatımıza, dilimizə bahar təravəti, bahar duyğusu, sevgisi bəxş edib...
Ümummilli lider Heydər Əliyev görkəmli dramaturqun millətimiz qarşısındakı xidmətlərini yüksək dəyərləndirərək demişdir: “C.Cabbarlı ədəbiyyatımızın, mədəniyyətimizin böyük, dahi insanlarından biridir. Azərbaycan ədəbiyyatının, Azərbaycan milli şüurunun inkişafına onun nə qədər böyük xidmətləri olubdur! Onun yaratdığı əsərlər neçə-neçə nəsilləri tərbiyə edib və yüksəldibdir”.

C.Cabbarlı yaradıcılığa çox erkən yaşlarından başlayıb. Onun həyat və yaradıcılığındakı “ilk”ləri xronoloji ardıcıllıqla nəzərdən keçirsək maraqlı mənzə-rənin şahidi olarıq: Cəfər Cabbarlı ilk dəfə 1905-ci ilin sentyabrında Bakıdakı “7-ci Rusi və müsəlmani məktəb”inin birinci sinfinə daxil olub, ilk müəllimi görkəmli pedaqoq-yazıçı Süleyman Sani Axundovdur. “Cəfər Cabbarzadə” imzası mətbuatda ilk dəfə “Tazə həyat” qəzetinin 1907-ci il 8 aprel tarixli 7 sayında görünüb. Cabbarlı ilk pyesi olan “Vəfalı Səriyyə”ni “1912, noyabrın 1-də, Qurban ayının 3-də” bitirdiyini qeyd etmişdir. Ədib ilk ədəbi mükafatı 1915-ci ildə “Qurtuluş” jurnalının “Yazı yarışı” müsabiqəsində “Qürub çağı bir yetim” şeirinə görə almışdır. Müəllif “Ana” şeirini ilk dəfə 100 il əvvəl – 1916-cı ildə, Novruz bayramında tələbə yoldaşı Xanlarovun evində bəlağətli səslə söyləmişdir. Onun ilk dəfə üzv olduğu cəmiyyət – M.Ə.Rəsulzadənin 1917-ci il yanvarın 4-də yaratdığı “Mühərrirlər və ədiblər cəmiyyəti”dir. Bu təşkilat indiki Azərbaycan Yazıçılar Birliyinin sələfi və ilk qurumudur. C.Cabbarlının Haşım bəy Vəzirov və Mirzə Bala ilə həmmüəllif olduğu ilk kitabı “Kefim gələndə” adlanır və 1917-ci ildə Bakıda Ələkbərov mətbəəsində çap olunmuşdur. Dramaturqun 1917-ci ilin dekabrın 15-də Abbas Mirzə Şərifzadənin rejissorluğu ilə tamaşaya qoyulan ilk pyesi “Ədirnə fəthi” əsəridir. Ədib “Cabbarlı” soyadından ilk dəfə 1920-ci ildə istifadə etməyə başlamışdır. Bu vaxta qədər isə o Cabbarzadə (Cabbarov) kimi tanınırdı. C.Cabbarlı sovet rejiminə qarşı gizli milli müqavimət hərəkatında iştirak etdiyinə görə ilk dəfə 1923-cü ilin iyunun 14-də Azçeka tərəfindən həbs olunmuş, iki ay işgəncələrə məruz qalmışdır.

Cəfər Cabbarlıya dövlət tərəfindən ilk dəfə 1933-cü il 25 apreldə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilmiş, 1934-cü il dekabrın 10-da isə Bakı Sovetinə deputat seçilmişdir.

Böyük sənətkar vəfatından sonra ən yüksək dəyəri ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə almışdır. Bakının mərkəzində və Xızıda abidəsi ucaldılmış, ev muzeyləri açılmış, kitabları nəşr olunmuş, yubileyləri böyük təntənə ilə keçirilmişdir.

C.Cabbarlı milli sənətkardır. Milli istiqlal məfkurəsinə, milli dövlətçiliyə ruhu, yardıcılığı ilə sıx bağlı yazıçıdır. Bugünkü “Bahar oğlu” adlı ədəbi-bədii gecəni milli-mənəvi dəyərlərə diqqətin, qədirşünaslıq ənənələrinin davamı kimi də dəyərləndirmək olar. Diqqətinizə görə təşəkkürlər.
BAHAR OĞLU

Anar, xalq yazıçısı, Azərbaycanın və Türkdilli Dövlətlərin Yazıçılar Birliyi-nin sədri.

Hörmətli tədbir iştirakçıları, xanımlar, cənablar! Əziz Gülarə xanım!

Əvvəla, hamınızın Novruz bayramını təbrik etmək istəyirəm. Novruz bayramı bizə Cəfər Cabbarlını, Səməd Vurğunu, Məmməd Səid Ordubadini, Almas İldırımı və başqalarını bəxş edib. Bu əlamətdar hadisədir. Novruz yeni gün deməkdir və adlarını çəkdiyim sənətkarlar ədəbiyyatımıza yeni ruh gətiriblər, bahar təravəti gətiriblər. Mən bir dəfə demişəm. Oxuya bilmədiyim uşaqlıq çağlarımda anam (Xalq şairi Nigar Rəfibəyli) mənə “Laylalar”ı, “Koroğlu” dastanını və Nazim Hikmətin “Günəşi içənlərin türküsü”nü oxuyardı. Amma, sonralar özüm oxumağı başlayandan sonra isə anamın tövsiyəsi ilə bir sıra kitabları və Cəfər Cabbarlının pyeslərini - “Aydın”ı, “Oqtay Eloğlu”nu mütaliə etdim. Gənclik zövqümün formalaşmasında, tərbiyəsində, yetişməsində Cəfər Cabbarlı dramaturgiyasının şübhəsiz ki, çox böyük rolu, çox böyük xidməti var.
Cəfər Cabbarlı bizim parlaq və ölməz sənətkarımızdır. Mən onun haqqında bir yazı yazmışdım və onun bir şeirini nümunə gətirərək orada sənətkar taleyinin əksini gördüm:
BAHAR OĞLU

Azad bir quşdum,
Yuvamdan uçdum,
Bir bağa düşdüm
Bu gənc yaşımda.

Bu, Cəfər Cabbarlının taleyidir. O, Rusiya İmperiyası dövründə dünyaya gəl-mişdi. Azərbaycan Xalq Cümhuriyyətini alqışlamışdı, ona şeirlər həsr etmişdi. Qardaş Türkiyəyə şeirlər yazmışdı, türk xalqının şanlı tarixindən pyeslər – “Trablis müharibəsi”, “Ədirnə fəthi”, “Bakı müharibəsi” əsərlərini yazmışdı. Məlumdur ki, Qafqaz İslam Ordusunun komandanı Nuri Paşa Cəfər Cabbarlıya divar saatı bağışlamışdır... Yəni, o azad bir ölkənin azad sənətkarı idi. Sonra o başqa bir bağa düşdü...

Bir ovçu gördü,
Köksümdən vurdu,
Torpağa düşdüm
Bu gənc yaşımda.


Onu vuran “ovçu” Sovet ideologiyası idi. C.Cabbarlını məcbur edirdilər ki, ürəyincə olanı yox, ideologiyanın diktə etdiyini yazsın.
Cəfər Cabbarlının çox böyük istedadı ondan ibarət idi ki, o, quruluşun ehkamları içərisində, qəbirləri içərisində ürək sözlərini deyə bilirdi. Onun əsərləri bizim ədəbiyyatımızın sərvətidir. “1905-ci ildə” əsərində bugünkü hadisələri orada görürük. “Atan kazaklardır!” – yəni, iki xalqı qızışdıran üçüncü qüvvə var. “Sevil” əsərində qadınların azadlığından danışılır. Bu mövzunu ilk dəfə qələmə alan Cəfər Cabbarlı olub. “Od gəlini”ndə fanatizmə qarşı mübarizəni əks etdirib.
“Aydın”da, “Sevil”də, “Almaz”da mənfi personajlar ən canlı personajlardır, o dövrün insanlarıdır. Müsbət personajlar bir az plakat xarakteri daşıyırsa, mənfi obrazlar həyatidir, müəllif onları şirin bir qələmlə, müfəssəl, yerli-yataqlı təsvir etmişdir. Nəhayət özünün də bəzən bəyəndiyi, bəzən də bəyənmədiyi bir pyesi var - “Dönüş” əsəri. Mən onu digər pyeslərinin içindən ayırmıram. O bizim teatrın həyatından bəhs edən dəyərli pyesdir.
Cəfər Cabbarlı Sovet quruluşunun mənfi tərəflərini təbii ki, görürdü və eyni zamanda müsbət tərəflərindən bəhrələnərək Azərbaycan teatrını, kinosunu, hətta operasını inkişaf etdirmək istəyirdi. O bütün varlığıyla, istedadıya, bacarığıyla Azərbaycan mədəniyyətinin yeni mərhələsini qurmağa, zənginləşdirməyə çalışırdı və bu istiqamətdə də uğurlara nail olmuşdu. Lakin, təəssüf ki, o çox erkən dünyasını dəyişdi, çox qısa ömür yaşadı. Bəlkə də bu qısa ömür onu sonrakı faciələrdən qorudu. Onun nəsildaşlarından çoxu - Cavid də, Cavad da, Müşfiq də 1937-ci il repressiyasının qurbanı oldular.
Amma, hər halda Cəfər Cabbarlının bizə qoyub getdiyi irs, onun yaradıcılığı ölməzdir. Nə qədər ki, Azərbaycan ədəbiyyatı, Azərbaycan mədəniyyəti, Azər-baycan ruhu var, Cəfər Cabbarlı da bizimlə olacaqdır.

BAHAR OĞLU

- Nizami Cəfərov - Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisinin deputatı, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü.

Əziz dostlar!
Cəfər Cabbarlı haqqında danışmaq Azərbaycanın ictimai, mədəni, mənəvi fikrinin ən təzadlı, ən mürəkkəb dövrünün xarakterini müəyyənləşdirmək demək-dir. Anar müəllimin dediyi kimi, Cəfər Cabbarlı Cümhuriyyət dövründə yazıçı kimi formalaşıb: həm şairdi, həm nasirdi, həm dramaturqdu. Və eyni zamanda Sovet dövründə yaşayıb. Məsələn mən düşünmürəm ki, Cəfər Cabbarlının Cümhuriyyət dövrü yaradıcılığı ilə Sovet dövrü yaradıcılığı arasında Cabbarlı kontekstində, onun düşüncəsi kontekstində ciddi fərqlər olsun. Üslub kimi bütövdür. Bu onunla bağlıdır ki, Cümhuriyyət dövründən sonrakı illərdə, təxminən 1930-cu illərin əvvəllərinə qədər müəyyən dərəcədə müstəqillik qorunub saxlanılıb. Həmin dövr ilə Cəfər Cabbarlının, Hüseyn Cavidin yaradıcılığını müqayisə etsək bu meyl hiss olunur. Çünki onlarda eynikeyfiyyətli enerji, eynikeyfiyyətli istedad var. Amma, o da doğrudur ki, ədəbiyyat zamanın diktəsinə, təzyiqinə reaksiya verməlidir. Və nəzərə alaq ki, söhbət o yazıçıdan gedir ki, o öz içərisinə qapılan, yazdığını gələcək üçün düşünən, yazıçı deyil, publisistik, aydın düşüncəsi, təfəkkürü var bu yazıçının. Cəfər Cabbarlı ilk əsərlərindən başlayaraq cəmiyyətin, dövrün, zamanın gündəlik suallarına cavab verir və bu çox əsasdır, çox mühüm məsələdir. Bu mənada Cəfər Cabbarlı həqiqətən ictimai xadimdir, ictimai-

fəlsəfi düşüncə adamıdır. Amma siyasətçi deyil. Əgər müqayisə etsək onun “Vəfalı Səriyyə və ya göz yaşı içində gülüş”, “Solğun çiçəklər”, “Aydın”, “Oqtay Eloğlu”. Bu əsərlərdə Cümhuriyyət dövrünün siyasəti yoxdur, amma mənəviyyatı var, ictimai münasibətlər var. Bu dövrdəki insanın təbiəti var. İctimai hadisələr də bütün gərginliyi, miqyası, enerjisi ilə bura məhz insan taleyi kimi gətirilir, insan taleyinin zəminində, fonunda təqdim olunur. Dövrün ictimai-siyasi münasibətlərinə o qədər də fikir verilmir. İnsan necə reaksiya verirsə onu elə tətbiq və təqdim edir. Cəfər Cabbarlı emosionallığı, mənəvi-ruhi sarsıntıları qabartmağa meyllidir. Bu xüsusiyyət şeirlərində də var. Onun şeirlərində siyasət görünür, türkçülük görünür. O dövrdə bunlar Abdulla Şaiqdə, Hüseyn Caviddə və digər şairlərdə də vardı. Amma Cəfər Cabbarlını səciyyələndirən cəhət odur ki, o düşüncələrini açıqlığı ilə, siyasi konyuktura, ideoloji konyuktura ilə vermir. İnsan taleyi kimi, Sovet dövründə yenilikçi, inqilabçı insan kimi verir. Və bu insanlar Cümhuriyyət dövründə də yenilikçi, inqilabçı idi. İnqilabçılıq Cəfər Cabbarlı yaradıcılığında bir dövrlə, bir mühitlə məhdudlaşmır. Amma bununla yanaşı dövrün reaksiyasını onun tarixi əsərlərində də görürük. “Od gəlini”ndəki inqilab, insanın oyanışı, insanın daxilində olan azadlıq hissi. “Bizim aramızda hələ bu mübahisəlidi. Bilmirəm o məni yaradıb, ya mənmi onu yaratmışam” - məntiqi! Yəni bunlar o qədər də asan deyilən, ağıla gələn və dərhal da ictimai-siyasi ideologiyanın ortalığa çıxardığı bir məhsul deyil. Cəfər Cabbarlının bu həqiqəti ən aydınlığıynan ortaya çıxardığı ən səmimi, munis bir ifadəsi idi.
BAHAR OĞLU

Cəfər Cabbarlı Azərbaycanın ən səmimi yazıçılarından biri olub. Onun hər bir əsərini dövrdən də çıxarıb, hər bir dövrün kontekstinə salıb böyük bir səmimiyyət hadisəsi kimi də təqdim etmək olar. Cəfər Cabbarlı üçün ən ağır məsələ özünün o canlılığını, reaksiyalarını, səmimiyyətini dövrün nə dərəcədə səmimi olub-olmaması ilə müqayisə etmək olur. Bu ciddi bir məsələdir, bu yazıçı vicdanı deməkdir. Və həm də Cəfər Cabbarlı öz vicdanını xalqının vicdanı kimi yaşamağa imkan tapıb. Həm də çalışıbdı ki... onun əsərlərini sıraynan, xronologiya ilə düzsə-niz axırdan əvvələ və əvvəldən axıra bütöv bir sistemdir. Yalnız üslubi, poetika

sistemi yox, həm də ideya sistemidir. Bir-birini açan, bir-birindən doğulan bütöv bir hadisədir.

Cəfər Cabbarlının ən gözəl şeirlərindən biri də “Ölkəm”dir və onu Tünzalə Ağayeva oxudu. Təəssüf ki, müğənnilərimiz həmin şeirin bu bəndini oxumurlar:

Coşğun Xəzər oynar ayaqlarında,
İşıq saçar nefti torpaqlarında.
Tarixlərin qızıl yarpaqlarında,
Dadlı-dadlı sözləri var ölkəmin.


Hər misra öz yerində, hər söz üslubi terminologiyadır. Hər kəlmə elə yazılıb ki, elə bil Azərbaycanı ifadə edir.

Cəfər Cabbarlı haqqında tragik sözünü işlətmək mümkündürsə - əlbəttə bu sözü onun şəxsiyyəti, xarakteri haqqında demək çox çətindir, baxmayaraq ki, onun bütün yaradıcılığı tragediyadır, yəni dünyanı dərk ziddiyyətlər, suallar üzərində qurulub. Bəlkə də həmin suallara cavab aramaq Cəfər Cabbarlı üçün bir o qədər də əhəmiyyətli deyildi. Bəlkə də o simvollaşdırırdı ki, dünyanın özü də ziddiyyətlər üzərində qurulub və onun bütövlüyü də elə bu ziddiyyətlərdədir. Cəfər Cabbarlı üçün Cümhuriyyət dövründə milli müstəqillik düşüncəsilə yazan bir şair, yazıçı, dramaturq Sovet dövründə sovet poeziyası haqqında məqalə yazır, Azərbaycan Sovet dramaturgiyasının banisi olub. Amma bir şey də var ki, onun Azərbaycan Sovet dramaturgiyasının banisi olmaqdan başqa bir çarəsi də olmayıb. Bu istedadı necə təqdim edəsən?! İmtina etmək mümkün deyil, danmaq mümkün deyil?! Ona görə də Cəfər Cabbarlı yaradıcılığının daxilində olan milli hissiyyatların naminə ideoloji razılaşmalara da gedə bilirdi. Niyə? Çünki bu, dövrün xarakteri idi. Məsələn, Üzeyir Hacıbəyli həm Müstəqil Azərbaycanın himnini yazıbdı, həm də Sovet dövrü Azərbaycanının himnini yazıbdı. Amma Üzeyir Hacıbəyli qaldı, ola bilərdi ki, Üzeyir Hacıbəyli Sovet musiqisinə xidmət etməsin. Onda bizim halımız necə olardı?!

Cəfər Cabbarlının çox zəngin dili var. Onun dil siyasəti, onun dil fəlsəfəsi bu gün bizim dilimizi yaradan məntiqin əsaslarından biridir. Cəfər Cabbarlı dilimizə çoxsaylı sözlər gətirib. Onun “Kommunist” qəzetində, başqa orqanlarda işlədiyi

vaxt dilin saflığı, təmizliyi uğrunda apardığı praktik mübarizə özü ayrı bir tarixdir. Cəfər Cabbarlının dili qədər gözəl, səmimi, duru, subyektiv və konyuktur metafo-ralar ilə korlanmamış, açıq düşüncəli bir dil - əlbəttə dilçilik tariximizdə kəşf kimi qiymətləndirilir.

Tamamilə doğru bir qənaətdir və onun bütün yaradıcılığını təhlil edib inana bilmirsən ki, Cəfər Cabbarlı 1937-ci il repressiyasından sağ-salamat çıxa bilərdi. Bəlkə də bu, taleyin Cəfər Cabbarlıya böyük bir iltifatıdır ki, 37-ci ilə qalmadı. O, 37-ci ilə qalmadığına görə 40-cı ilə də qaldı, 50-ci ilə də, 60-cı ilə də... 37-ci ildə onu da həbs etsəydilər, Müşfiq kimi məhv etsəydilər uzun illər onun barəsində danışa bilməyəcəkdik. Uzun illər o tədqiqatdan, Azərbaycan xalqının dünyagörü-şündən kənarda qalacaqdı. Onda da Azərbaycan ədəbi mühitində daha böyük təhlükə ola bilərdi.

Cəfər Cabbarlı “Bahar oğlu”dur və Asif Rüstəmli bu adı yaxşı müəyyənləşdi-rib. Baharda doğulduğuna görə yox, həm də bizim ədəbiyyatımızda, ictimai fikri-mizdə həmişə gənc qaldığına, yaşıl qaldığına görə. Bu mənada mən də elə bilirəm ki, Cəfər Cabbarlı Bahar oğludur və belə sənətkarlar bizim düşüncəmizi həmişə Bahar kimi təravətli edir. Sağ olun!

Aparıcı (Asif Rüstəmli): - Əziz dostlar! Tədbirimizin bu məqamında Elazığ panelinə keçid alırıq. Elazığ Türkiyənin kültür, adət-ənənə baxımından fərqli bir bölgəsidir. Azərbaycanın didərgin şairi Almas İldırımın ikinci vətənidir. Elazığda Azərbaycan parkı salınıb, şəhidlərimizin xatirəsinə bu parkda abidə ucaldılıb. Bəxtiyar Vahabzadənin, Almas İldırımın adına prospektlər verilib. Cəfər Cabbarlının, Almas İldırımın, Bəxtiyar Vahabzadənin kitabları bu şəhərdə fəaliyyət göstərən “Manas Yayıncılık” nəşriyyatı (direktoru Şener Bulut) tərəfindən nəşr edilib. Elazığın “Günişığı” qəzetində Cəfər Cabbarlı ilə bağlı iki səhifə material çap olunub. Həmin vilayətin bələdiyyə başqanı, hörmətli Mücahit Yanılmaz bu mərasimə təbrik məktubu göndərib. Tədbirimizə Fırat Universitetinin professoru Ercan Alkaya və dövlət sənətçisi Mustafa Turan Elazığdan təşrif gətiriblər. Prof. E.Alkaya C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım İctimai Birliyinin “Cəfər Cabbarlı mükafatı”na, M.Turan isə Yeni Yurd

İctimai Birliyinin “Böyük yurdsevər” mükafatına layiq görülmüşlər. Laureatlara mükafatları təqdim etmək üçün söz ictimai birliklərin rəhbərlərinə verilir.

Qəmər Seyfəddinqızı, Cəfər Cabbarlının nəvəsi və Ev Muzeyinin direktoru.
Möhtərəm tədbir iştirakçıları, hörmətli qonaqlar!

Cəfər Cabbarlı Mükafatı ilk dəfə Cəfər Cabbarlı Ev Muzeyinin layihəsi əsasında C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım İctimai Birliyinin iştirakı və “BP” şirkətinin sponsorluğu ilə 2001-ci ildə təsis olunmuşdur. Mükafat böyük yazıçının 100 illiyi münasibəti ilə Cəfər Cabbarlı teatrının və yaradıcılığının səhnə təcəssümü, tədqiqi və təbliği sahəsində müstəsna işlərə, əsərlərə, Azərbaycan ədəbiyyatının və teatrının, estetik fikrinin inkişafında xüsusi hadisə olan bədii nümunələrə görə teatr xadimlərinə və dramaturqlara təqdim edilmişdi.

Cəfər Cabbalı Mükafatının ilk qalibləri C. Cabbarlının “Aydın” tamaşasının rejissor işinə görə xalq artisti Mikayıl Mirzə, “Sevil” operasında Balaş obrazına görə xalq artisti Azər Zeynalov, Sevil obrazına görə əməkdar artist Zemfira İsmayılova olmuşdur. “Ən yaxşı bədii əsər” nominasıyasında yazıçı Firuz Musta-fanın “Adsız” pyeslər kitabı mükafata layiq görülmüşdür.

Ədibin yaradıcılığının zənginliyi və incəsənətin müxtəlif sahələrindəki əvəzsiz xidmətləri nəzərə alınaraq sonrakı illərdə Mükafat müxtəlif nominasiyalar üzrə müəyyənləşdirilmiş, ədəbiyyat, teatr və kino, jurnalistika, musiqi sahələri üzrə çalışan yaradıcı insanlar, ədəbiyyat və incəsənət xadimləri bu Mükafata layiq görülmüşlər.

Cəfər Cabbalı Mükafatı 2012-ci il təqdimatını qardaş Tükiyənin Elazığ şəhərində həyata keçirmişdir. Professor Asif Rüstəmlinin Azərbaycanın görkəmli dramaturqu, türk dünyasının böyük şəxsiyyətlərindən olan Cəfər Cabbarlının həyat və yaradıcılığına həsr etdiyi “ Cəfər Cabbarlı: Hayatı, sanatı ve mücadilesi” adlı kitabı 2011-ci ildə Türkiyənin “Manas” nəşriyyatında işıq üzü görmüşdür. Bu monoqrafiya C. Cabbarlı haqqında Türkiyədə çap olunan ilk iriihəcmli monoqrafik əsərdir və bu baxımdan kitab, dramaturqun ədəbi irsinin Türkiyədə tanınması və təbliği sahəsində əhəmiyyətli rol oynamışdır. Mükafat komissiyasının qərarı ilə

2012-ci il Cəfər Cabbarlı Mükafatına Türkiyənin Firat Universitetinin alimləri - Prof. Dr. Ahmet Buran, Dos.Dr. Süleyman Kaan Yalçın və Manas Yayınçılık nəşriyyatının koordinatoru Mühemmet Şener Bulut layiq görülmüşlər.

Cəfər Cabbarlı Mükafatı 2015-ci il noyabrın 25-də AYB-nin Natəvan klubunda sahiblərinə təqdim olundu. Mükafata xalq yazıçısı, professor Elçin, kinorejissor Oqtay Mirqasımov, teatrşünas, professor Məryəm Əlizadə, xalq artisti Zərnigar Ağakişiyeva, professor Elman Quliyev və Türkiyənin Fırat Universitetinin profes-soru Ercan Alkaya layiq görülmüşlər. Cəfər Cabbarlı Mükafatını təqdim etmək üçün prof.Ercan Alkayanı səhnəyə dəvət edirəm (Mükafat E.Alkayaya təqdim edilir).

Ercan Alkaya, Türkiyə Cümhuriyyəti Fırat Universitetinin professoru.

Hörmətli dostlar, hamınızı Novruz bayramı münasibətilə təbrik edirəm, Sizləri salamlayıram. Az öncə Asif Rüstəmli xocam Elazığla Bakı arasındakı bağlardan, əlaqələrdən bəhs etdi. Elazığla Bakı arasında sıx dostluq əlaqələri keçmiş zamanlardan mövcuddur. Azərbaycan şairi Almas İldırımın ikinci vətəni Elazığdır. O sonralar Xəzər adı verdiyi Elazığ gölcüyünə üz tutub deyirdi:

Aç qоynunu, uzaqdan gəlmişəm, çох yaslıyam,
Еli, yurdu çalınmış bir qərib Qafqaslıyam,
Zənn еtmə ki, yохsulam, Kürlüyəm, Araslıyam,
Bakıdan ayrılalı yaхın zamandır, Gölcük!


Ana Xəzərdən ad alan, bala Xəzəri bal dadan bir şəhərdi Elazığ... Azərbaycanı ürəyimizdə, qəlbimizdə yaşadırıq hər zaman. Sizlərin dəvəti ilə, dövlət sənətçisi Mustafa Turanla bərabər olaraq ilk dəfə Bakıya gəldik. Burada Sizinlə bir arada, bərabər olmaqdan çox xoşbəxtəm, bəxtiyaram. Əvvəla ona görə ki, çox gənc yaş-larından həyatdan getsə də, zəngin ədəbi irs yaratmış, böyük sənətkar Cəfər Cabbarlı mükafatına layiq görüldüyüm üçün çox qürurluyam. İkincisi də sizin kimi çox dəyərli elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimlərinin hüzurunda, can Azərbaycanda bu mükafatı aldığıma görə sevinc və həyəcan hissi yaşayıram. Üçüncüsü də Mustafa Turan bəylə bərabər bu mükafatı aldığım üçün iftixar hissi keçirirəm. Mustafa Turan bəy türk xalq rəqslərinin böyük bilicisidir, şəhərimizinrimizin qürurudur. O dövlət sənətçisidir. Türkiyədə dövlət sənətçisi çox yüksək bir fəxri addır. Türk mədəniyyəti tarixində yalnız 60 nəfərə dövlət sənətçisi fəxri adı verilmiş və onlardan türk xalq rəqsləri sahəsində bu titulu birinci alan Mustafa Turandır.
Bir daha demək istəyirəm ki, Cəfər Cabbarlı mükafatı almağımla fəxr edirəm. Allah Cəfər Cabbarlıya rəhmət eləsin. Cəfər Cabbarlı Mükafatı Komissiyasının sədri, böyük dramaturqun qızı Gülarə xanım Cabbarlıya və əməyi olanlara minnətdarlığımı bildirirəm.

Mahirə Əsəd, Yeni Yurd İctimai Birliyinin sədri.

Əziz qonaqlar, möhtərəm ziyalılar! Öncə mən Sizi salamlayıram.
Təmsil etdiyim Yeni Yurd İctimai Birliyi on ildən çoxdur ki, fəaliyyət göstərir. Əsas məramımız millətimizə və dövlətimizə təmənnasız xidmət etməkdir. Təvazö-karlıqdan kənar səslənsə də, hesabat formatında diqqətinizə çatdırmaq istəyirəm ki, yeniyurdçular hər il təmas xəttində xidmət edən əsgərlərimizlə görüşməyi, onların arzusunu nəzərə alaraq iş planı tərtib etməyi vacib sayır. Ümummilli liderimiz Heydər Əliyevin doğum və anım günləri münasibətilə Türkiyədə konfranslar təşkil etməyi, Azərbaycanda tədbirlər keçirməyi vacib və əhəmiyyətli missiya olaraq yerinə yetirir. Yeni Yurdun sifarişi ilə Çanaqqala zəfərinə, Bakının qurtuluşuna həsr edilmiş sənədli filmin keçən il Bakı, Budapeşt şəhərlərində təqdimat mərasimi olmuşdur. AMEA Nizami adına Ədəbiyyat İnstitutu ilə birgə keçirdiyimiz silsilə tədbirləri fəaliyyət tariximizdə əhəmiyyətli hadisə hesab edirik.

Yeni Yurd İctimai Birliyinin təsis etdiyi “Böyük Yurdsevər” mükafatı 2015-ci ildə görkəmli elm, ədəbiyyat və mədəniyyət xadimlərinə təqdim olunmuşdur. Bu il isə xalq rəqsləri üzrə Türkiyənin YUNESKO-dakı təmsilçisi və jüri başkanı, dövlət sənətçisi Mustafa Turan Azərbaycan – Türkiyə arasında mədəni əlaqələr sahəsində göstərdiyi səmərəli xidmətlərə görə “Böyük Yurdsevər” mükafatına layiq görülmüşdür. Xalq oyunlarının, qədim milli türk rəqslərinin üzə çıxarılmasında, təkmilləşdirilməsində və həyata yeni vəsiqə qazanmasında Mustafa Turanın Türk xalqları qarşısında xidmətləri misilsizdir. Bildiyiniz kimi türklərin xalq oyun-larının, rəqslərinin qədimliyini daş kitabələr, Qobustanın qayaüstü təsvirləri də təsdiqləyir. Rəqslər mənsub olduğu xalqın həyat tərzini, dünyagörüşünü, mədə-niyyət ənənələrini, zövqünü, ovqatını, mübarizliyini göstərən və yaşadan incəsənət növüdür. Rəqslər – milli düşüncənin hərəkətlə ifadəsidir. Türk xalq rəqslərinin inkişafı üçün yarım əsrdən çox fədakarlıqla çalışan sayın Mustafa Turan əslində türk dünyasının mədəniyyətinə, incəsənətinə xidmət göstərmişdir. Yeni Yurd İctimai Birliyinin “Böyük Yurdsevər” mükafatın təqdim etmək üçün Türkiyənin Dövlət sənətçisi Mustafa Turanı səhnəyə dəvət edirəm (Mustafa Turan “Böyük Yurdsevər” mükafatı və gül-çiçək dəstələri təqdim edilir).
BAHAR OĞLU

Mustafa Turan, Türk Xalq Rəqsləri üzrə Türkiyənin YUNESKO-dakı təmsilçisi, Dövlət Sənətçisi.

Öncə Novruz bayramınızı təbrik edirəm, bütün Türk dünyasına sağlıq və hüzur gətirməsini diləyirəm. Bu gün, bu gözəl şəhərdə, bu qardaş ölkədə olmağımdan çox xoşbəxtəm. Mən, Yeni Yurd İctimai Birliyinin başkanı Mahirə Əsəd xanıma və Mükafat Komissiyasının başkanı, hörmətli Asif Rüstəmliyə Sizin hüzurunuzda dərin minnətdarlığımı bildirirəm. Mədəniyyətə çox böyük dəyər verilən bu ölkədə mənim xidmətlərimi yüksək qiymətləndirdiyinə görə İctimai Birliyə şükranlığımı çatdırır və mən də Azərbaycan kültürünə xidmətləri olan xalq artisti, milli rəqslərin bilicisi, hörmətli Afaq Məlikovaya Türkiyədə keçirilməsi nəzərdə tutulan Ulus-lararası xalq oyunları üzrə yarışların jüri üzvlüyünə rəsmi dəvət məktubu gətir-mişəm. Afaq xanım İstanbulda olduğu üçün həmin dəvət məktubunu Asif Rüstəm-liyə təqdim edəcəm. Bilirəm ki, Afaq Məlikova Azərbaycan kültüründə, incəsənə-tində xidmətləri olan bir xanım əfəndidir.

Bu səhər bizi Qala kəndinə aparıb gəzdirdilər. O, Qala kəndinə ki, 1907-ci ildə orada Almas İldırım dünyaya gəlib. İllər keçir, sovet rejimi şairi təhdid edəndə Almas İldırım Türkiyənin Elazığ şəhərinə sığınır. Elazığ qollarını açaraq şairi doğma övladı kimi bağrına basır. Almas İldırım buradakı məktəblərdə müəllim işləyir, nahiyə müdirliyində xidmət göstərir, 1952-ci ildə Elazığ yaxınlığında, Qala kəndində dünyasını dəyişibdir. Tarixin qəribə təsadüfünə baxın: Azərbaycanın Qala kəndində dünyaya gələn Almas İldırım Türkiyənin Qala kəndində dünyadan köçübdür. Bizim üçün Almas İldırım Azərbaycanın və Türkiyənin müştərək, ortaq

şair övladıdır. Bu baxımdan Almas İldırımın abidəsini, onun doğulduğu kəndi ziyarət etmək bizim üçün çox önəmli idi.

Azərbaycanın digər bir şair övladı, ünlü sənətkar Cəfər Cabbarlının həyatı, sənəti və mücadiləsindən bəhs edən Asif Rüstəmli bəyin kitabı Elazığda, Manas Yayıncılıqda beş il öncə nəşr edilmişdir. Bu kitab Türkiyədə Cəfər Cabbarlını milli sənətkar kimi tanıtdı və sevdirdi. Elazığda fəaliyyət göstərən Fırat Universitetinin dosenti Süleyman Kaan Yalçın bu gün ünvanına ədəbi-bədii gecə yapılan Cəfər Cabbarlının əsərlərini Türkiyə oxucusu üçün nəşrə hazırlayır.

Sizlərə, bu fövqəladə qədirşünaslığa görə, verdiyiniz yüksək dəyərə görə çox təşəkkür edirəm. Sənətkara vəfa göstərmək, mədəniyyətə, incəsənətə dəyər vermək mənim fikrimcə insani xasiyyətlərin ən ucası, ən gözəlidir. Təkrar minnətdarlığımı bildirir, bayramınızı təbrik edirəm.
BAHAR OĞLU


Ədəbi-bədii gecədə Cəfər Cabbarlının şeirlərini və sözlərinə yazılmış mahnıları xalq artisti Mələkxanım Əyyubova, əməkdar artistlərdən Tünzalə Ağayeva, Mətanət İsgəndərli, Elza Seyidcahan, Hüsniyyə Mürvətova, ADMİU Aşıq sənəti kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aşıq Əhliman Rəhimli, İ.Əbilov adına Mədəniyyət Mərkəzinin “Oğuzlar” musiqi qrupu, ART Qrupu (bədii rəhbəri Niyazi Şeydayev), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Gülşən İbadova, C.Cabbarlı şeir müsabiqəsinin qalibi Zeynalabdin Bağırzadə və b. ifa etmişdilər.

P.S. Cəfər Cabbarlıya həsr edilmiş “Bahar oğlu” adlı ədəbi-bədii gecənin materialı “Ədəbiyyat qəzeti” üçün hazırlanarkən Elazığda fəaliyyət göstərən Kanal Fırat Televiziyası (30 mart 2016-cı il, saat 22-00-dan 00-45-dək) tədbirin tam görüntüsünü nümayiş etdirirdi...

Aynurə Paşayeva,

AMEA Nizami adına Ədəbiyyat İnstititu
Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi


"Bütöv Azərbaycan"
14 aprel 2016-cı il


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!