"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 23-04-2025, 21:46
MİLLİ DƏYƏRLƏRİMİZ  MƏNƏVİ GÜCÜMÜZDÜR


MİLLİ DƏYƏRLƏRİMİZ
MƏNƏVİ GÜCÜMÜZDÜR

(ön söz)

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə çap olunan növbəti kitabda söz adamlarının ulu Türk xanımlarının yaraşığına yaraşıq verən yeni yazılmış ədəbiyyat nümünələri ilə paralel, qorxmazlığı, cəsarəti tarixlərə səs salan, imperiyalar yaradan qəhrəmanlıq səhifələri yazan Türk kişisinin milli baş geyimi papağı tərənnüm edən şeirlər milli mənəvi dəyərlərimizin yaşadığını və yaşayacağının təsdiqidir.

Ta qədim zamanlardan Türk kişisinin başında papağın, xanımının başında kəlağay, şal, ləçək və digər milli baş geyimlərin olması əsas şərt olub. Bunlar insanın şərəf nişanəsi kimi dəyərləndirilib. Papağa və qadın baş örtülərinə hörmətsizlik müqəddəslərə, namusa, qeyrətə hörmətsizlik sayılıb. Ona görə də kişinin papağı başında Azərbaycan şifahi ədəbiyyatıının ayrı-ayrı janrlarında atalar sözlərində, zərb məsələlərində, bayatılarda, xalq mahnılarınfada, alqışlarda, qarğışlarda papağın xalqımızın həyatında, milli mənəvi dünyasında rolu ta qədim zamanlardan müdriklərimizin tərbiyə metodu kimi nəsillərdən nəsillərə keçib bu günümüzə çatıb. “Başdan papaq aparan küləkdən kol- kosa heç nə olmaz, amma sərv sınar”, “Əgər təksən, papağınla məsləhətləş”, “Papaq altında igidlər yaşar”, “Papağı tülkü dərisindən, xəbəri yox gerisindən”, “Papaq elə, işimizi bilək”, “Papaq götür deyirlər, baş götürür” və digər atalar sözlərində dərin açıq və şüuraltı məna insanları düşünüb daşınmağa, özündəki çatışmazlıqları aradan qaldırmağa, təmizliyə, ərənliyə səsləyir. Müdriklərimizə görə, baş baş olsa, papaq tapılar.
Papağa görə kişinin sosial mövqeyini, maddi vəziyyətini bilmək olardı. Papağın motal papaq, şələ papaq növlərini kasıblar başına qoyardı. Qələmi papaq, Buxara papaq, qoçu papağı nüfuzlu şəxslərin, bəy zümrəsinin, varlıların baş geyimi idi.
Papaq mövzusunda ədə¬biy¬yat nümunələri içərisində görkəmli dramaturq, yazıçı, şaiir, teatr xadimi Cəfər Cabbarlının “Papaq” hekayəsi daha çox diqqətimi özünə yönəltdi. Hekayənin qəhrəmanı 20-ci yüzilliyin əvvəllərindəki vur-tutlu, qoçulu, milli dəyərlərin prioritet olduğu köhnə Bakıda gecənin bir aləmində Böyük Səlyan küçəsində hətta oğruya “vətəndaş oğru” kimi qorxa-qorxa müraciət edildiyi dönəmdə canını qorumaqdan çox, papağını qorumaq uğrunda mücadilə edir.
İşıqsız, yağışlı, palçıqlı, qorxulu, qoxulu dar dalanın ağzındakı zibil kisəsindən qorxub canını qurtarmağa çalışan insanlara qoşulub təkcə ayaqqabılarını yox, həm də başını itirən qəhrəmanın yadına nəhayət papağı düşür:
“Doğrusu, bu işlərin hamısı mənə bir növ təsir etdi. Ciddi düşünmək lazım idi. Əlimi atdım pencəyimin cibinə ki, papağımı çıxarıb yenidən qoyum qabağıma və əməlli-başlı düşünüm. Birdən əlim süsləndi və gücsüz yanıma düşdü. Baxdım...
Papaq düşmüşdü...”
Papağını itirən “qəhrəman”ın halına acıdım...
Artıq milli kişi baş geyimi papağı vəsf edən şeirlər də işıq üzü görməkdədir. Qarşınızdakı kitabın çapdan çıxma ərəfəsində növbəti ilkə imza atdıq. Xətai Sənət Mərkə¬zində Xətai Rayon İcra Hakimiyyətinin və Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə “Milli üslubda baş geyimləri və örtükləri” adlı yeni layihəyə start verildi. Tədbirə gələn çoxsaylı iştirakçıların papağa və kəlağayıya diqqəti, ehtiramı, marağı və sevgisi bizi ruhlandırdı.
2024-ci ildə də Azərbaycan Respublikası Prezident Administrasiyasının, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakının, bölgələrimizin mədəniy¬yət ocaqlarında, ali təhsil müəssisələrində kəlağayıya aid festivallar, sərgilər, tədbirlər keçirilib. Azərbaycan Res¬pub¬¬li¬kasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqəsində Mirvarid Dilbazi Poeziya Məclisi “Azərbaycan kəlağayıla¬rının təbliği” layihəsi qalib oldu. Layihə çərçivəsində kəla¬ğa¬yımızı geniş təbliğ, təqdim etdik. “Sazlı, Sözlü Kəlağayı Günləri” layihəsi çərçivəsində Xətai, Suraxanı, Yasamal Rayon İcra Hakimiyyətlərinin dəstəyi ilə Kəlağayı Fes¬ti¬val¬ları, Xətai Sənət Mərkəzində keçirilən “Papaq qeyrəti¬miz¬dir, kəlağayı ismətimiz” layihəmiz milli dəyərlərimizə diqqət və sayğı ilə yanaşanların böyük marağına səbəb oldu.
Artıq dörd ildir ki, milli baş geyimlərimizi təqdim və təblig edən layihələrimizlə Azərbaycanı qarış-qarış gəzib milli baş geyimlərimizi tanıdırıq. Həmçinin Rusiya Federasiyasında, Gürcüstan Republikasında yaddaqalan möhtəşəm tədbirlər keçirdik. 2025-ci ildə də İctimai Birliyimizin təqdim etdiyi “Milli üslubda baş örtükləri və geyimləri” layihəmiz Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kiçik qrant müsabiqəsinin qalibi elan olundu. Fəaliyyət dairəmizi genişləndirərək biz ipək kəlağayımızla yanaşı, başqa baş örtüklərimiz və geyimlərimizi - çalmanı, naz-nazını, ləçəyi, eləcə də qeyrət və namus rəmzi buxara, motal, çoban və digər papaq növlərini, həmçinin araqçını, təsəyi və başqa baş geyimlərinin mənəvi tərəflərini xalqımıza tanıtmaq üçün müxtəlif mədəni tədbirlər keçirəcəyik. Yeni kitabımızda toplanmış bədii nümunələr bu işimizin başlanğıcıdır.
2025-ci il başlanandan İctimai Birliyimiz müxtəlif tədbirlərə start verib. Rəssam Gülnarə Məmmədovanın İmişlinin Differensial Təhsil və Tədris Mərkəzində 6 gün dalbadal nümayiş etdirilən “Zəfərimiz Gülnarənin rənglər dünyasında” sərgisi Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin mənəvi dəstəyi ilə keçirildi.
Beynəlxalq Kitab Bağışlanma Günü münasibəti ilə Xəzər Universitetində keçirilən tədbirdə birliyimizin nəzdində işıq üzü görən müxtəlif 100 kitabı tələbələrə hədiyyə etdik və 100 kitab da İmişliyə Diferensial Təhsil və Tədris Mərkəzinə göndərdik.
2025-cı ildə Bilgəhdə Ahıl şəxslər üçün sosial xidmət müəssəsində, Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilita¬siya Mərkəzində, İmişlidə Diferensial Təhsil və Tədris Mərkəzində Mirvarid Dilbazi Poeziya Məclisinin təşəb¬büsü ilə “Zəfər ətirli Novruzum” adlı konsertlərimiz və Kəlağayı Muzeyinin yaşı əsrlərə söykənən müasir və qədimi kəlağayıları, mərkəzin sakinlərinin və bu yazının müəllifinin əl işlərindən ibarət sərgi oldu. Yeri gəlmişkən qeyd edim ki, 300-dən çox əl işlərim, 200-dən çox kəlağayı və digər eksponatlar geniş, işıqlı yerini, tamaşaçı bolluğunu gözləyir.
2025-ci ildə ilboyu yeni kitabımızla “Milli üslubda baş geyimləri və örtükləri” layihəsi çərçivəsində milli dəyərlərimiz ismət və qeyrət rəmzimiz kəlağayı və papaq təbliğ olunacaq.
Ədəbiyyat tarixini araşdıranda məlum olur ki, son bir neçə ildəki qədər papağa həsr olunan şeirlər yazılmayıb. 2025-ci ildə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi yeniliklərə imza atmağı qarşısına məqsəd qoyub. 2024-cü ildə təkcə Azərbaycanda deyil, qonşu Gürcüstanda, Rusiya Federasiyasında da “Sazlı, Sözlü Kəlağayı Günləri” layihəsi çərçivəsində möhtəşəm tədbirlər keçirildi. 2025-ci ildə İctimai Birlik və şəxsi “Kəlağayı Muzeyi” belə tədbirlərin auditoriyasını, sərhədlərini və mövzusunu genişləndirmək məqsədi ilə “Milli üslubda baş geyimləri və örtükləri” adlı yeni layihəsini gerçəkləşdirməyi, milli qeyrət, ərənlik, şücaət rəmzi papaqların təbliği üçün sərgilər təşkil etməyi və yeni kitablar çap etdirməyi, görüşlər keçirməyi planlaşdırılır.
Xanım-xatın ağbirçək nə¬nə¬lər, ismətli qızlar, gəlinlər, nazlıqəmzəli el gözəlləri deyəndə gözlərimin önünə abırlı, həyalı, əhdinə, sevgisinə sadıq, ismətli, düşməninin qarşısına mərdi- mərdanə çıxan Azərbaycanın qızı gəlir. Onların gül çöhrəsini daha da cazibədar, başını uca edən, gözəlliyinə gözəllik, zərifliyinə zəriflik, duruşuna, yerişinə incəlik qatan kəlağayıda milli ruh, milli mənlik, milli qürur, ismət, namus, ləyaqət, bir çox xalqların xarakterində tapılmayan ali milli mənəvi dəyərlər yaşayır. Bir cümlədə “milli” sözünü bilərəkdən bir neçə dəfə təkrarladım. Millilik xalqın özüdür. “Öz” isə millətin əbədiliyidir, kimliyidir, başqalarından fərqliliyidir.
Kəlağayı Azərbaycan qadınının milliliyinin nişanəsidir. İnanmıram ki, hansısa bir xalqda baş örtüyü bu qədər müsbət emosiya, mənəvi kriteriyalar daşısın. Bunlar dövlət quruculuğu, sözü, sənəti eramızdan çox-çox əvvəllərə gedib çıxan böyük Türklərin dünyagörüşüdür, əxlaqıdır, şərəfli ömür yolunun timsalıdır.
Azərbaycan Respublikasının Birinci vitse-prezide¬ti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətləri sayəsində Azərbaycanın 24 qeyri-maddi mədəni irs nümunəsi ilə yanaşı Azərbaycan kəlağayısı da UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. 24-28 noyabr 2014-cü il tarixində Parisdə keçirilən Qeyri-maddi Mədəni İrsin qorunması üzrə Hökumətlərarası Komitənin 9-cu sessiyasında çıxışı zamanı Mehriban xanım fəxrlə vurğulamışdır:
“Biz azərbaycanlılar öz qədim, zəngin tariximizlə, mədəniyyətimizlə fəxr edirik, dünyada Azərbaycanı əsrlər boyu mədəniyyətlərin, sivilizasiyaların qovuşduğu sülhsevər, qədim və bərəkətli bir torpaq kimi tanıtmaq istəyirik”.
Həmin sessiyada noyabrın 26-da Azərbaycan xalqına aid daha bir əlamətdar element - “Ənənəvi kəlağayı sənəti və simvolizmi, qadın baş örtüklərinin hazırlanması və istifadəsi” UNESCO-nun Qeyri-maddi Mədəni Irs üzrə Reprezentativ Siyahısına daxil edildiyindən hər il 26 noyabr “Azərbaycan Kəlağayısı Günü” kimi qeyd edilir.
“Hava kimi yüngül, buz kimi şəffaf” ipəkdən hazırlanan kəlağayılar Azərbaycan xalqının milli pasportudur, özünütəsdiq üçün mükəmməl sübutdur, qan və gen yaddaşımızdır. Azərbaycan qadınını bütün ömrü boyu olumundan ölümünə qədər müşayiət edən milli geyim, kvadrat formalı qadın baş örtüyü kəlağayıdır. Çadradan fərqli olaraq kəlağayının dinlə heç bir əlaqəsi yoxdur.
Son illərə qədər kəlağayını tərənnüm edən mahnılar da yazılmamışdı. İlk dəfə bu sətirlərin müəllifinin “Kəlağayı” şeirinə aşıq havacatı üstündə aşıq Gözəl Kəlbəcərli şaqraq səslə gözəl mahnı oxudu. Bundan sonra bir neçə kəlağayıya həsr olunmuş yeni mahnılar yarandı.
2019-cu ildə ilk dəfə yenə bəndənizin təşəbbüsü ilə Rəşid Behbudov adına Mahnı Teatrında “Kəlağayı Günü” bayram tədbiri səviyyəsində qeyd edildi.
Kəlağayı sülh, barış rəmzidir. Sehirli incəliyi ilə üzü¬yün ortasından keçən kəlağayı millətin varlığının keşikçisidir, qadınların təkcə başlarını yox, həm də bütün varlığını, əxlaq dünyasını qoruyur.
Milli dəyərlərinə laqeyd yanaşan, sahib çıxmayan xalqların düşmənləri daha çox olar. Hiyləgər tülkü, yaxud tamahkar kaftar sürüsü xislətli əzəli düşmənlərimiz daim pusquda dayanıb ki, istehsal edə, tapa bilmədikləri, həsrətində olduqları maddi və mənəvi milli dəyərlərimizi ələ keçirsinlər, özününkü etməyə çalışsınlar. Son 30-35 ilin hadisələri bunu təsdiqlədi.
Milli dəyərlərimizin qədrini bilək, sahibi olaq, ona uzanan məkrli əlləri dibindən kəsək. Türk xalqını sevməyənləri anladaq ki, Türkün gücü onun mənəvi dünyasındadır min illərin o tayından müdrik babalarımızın, üzü nurlu ağbirçək nənələrimizin bizə miras qoyduğu dəyərlər də...

Güllü Eldar TOMARLI
Mirvarid Dilbazi Poeziya Məclisi
İctimai Birliyinin sədri, şəxsi Kəlağayı
Muzeyinin direktoru, şair, publisist


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!