Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 3-07-2019, 13:41
AzTV-dən haqsız iddialarla bağlı AÇIQLAMA: 30 dan çox yeni veriliş açılıb

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) son vaxtlar bəzi saytlarda və sosial şəbəkədə yayılan, həqiqəti əks etdirməyən məlumatlara aydınlıq gətirib.
“Report”un sorğusuna cavab olaraq AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov bildirib ki, Azərbaycan Televziyası ilə bağlı bu yazılar və iddialar barədə kanalda sədr səlahiyyətlərini icra edən Rövşən Məmmədova qarşı tərəfin mövqeyinin öyrənilməsi, yaxud aydınlıq gətirilməsi üçün heç bir zəng olmayıb:
“Həmin yazılar çoxsaylı qrammatik səhvləri, primitiv cümlə quruluşları, bəsit və birtərəfli yanaşması ilə müəllifin hansı bacarığa, səviyyəyə malik olduğunu açıq şəkildə ortaya qoyur. Amma nə edəsən, jurnalistikada belələrinə də rast gəlinir. Yazılarda müəllif qeyd edir ki, “məsələ ilə bağlı AzTV sədri Rövşən Məmmədovun telefonuna etdiyimiz zənglər cavabsız qaldı”. Özünü qələm əhli hesab edən müəllif hələ bilmir ki, hər hansı məsələ ilə bağlı qarşı tərəfin, bu halda isə təşkilatın fikrini öyrənmək üçün həmin qurumun rəhbərinə deyil, ictimaiyyətlə əlaqələr şöbəsinə zəng etmək lazımdır. Halbuki, nə kanalda sədr səlahiyyətlərini icra edən R.Məmmədova, nə də Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri kimi mənə belə zəng gəlməyib”.
Kanalda verilişlərin bağlanması iddiası ilə bağlı bildirilib ki, nəinki AzTV-də, həmçinin Mədəniyyət və İdman kanallarında onlarla veriliş bağlanılır və yeniləri açılır: “Azacıq televiziya anlayışı olan və ya ümumiyyətlə, TV-yə baxan istənilən şəxs gözəl bilir ki, hər hansı verilişin, xüsusən də mövsümün sonunda bağlanması, yaxud açılması istənilən media qurumunun daxilində baş verən normal prosesdir. İstənilən kanal tamaşaçı marağına cavab vermək və baxımlı olmaq üçün bu addımı atır və atmalıdır. Yaxşı, əgər verilişlərin bağlanması kimlərisə narahat edirsə, o zaman yeni verilişlərin adları niyə çəkilmir? Qeyd edilən 24 bağlanan verilişin əvəzinə həftə içi 5 gün yeni studiyadan, yeni formatda efirə gedən “Əsas Məsələ” siyasi tok-şousu ilə yanaşı, bu verilişlər efirə gedir:

1. Kitab klubu (AzTV)
2. Milli istehsal (AzTV)
3. Gün başladı (AzTV)
4. Sağlam ol (AzTV)
5. Uğur düsturu (AzTV)
6. Texnoxəbər (AzTV)
7. Tarixin izi ilə (AzTV)
8. Məmləkətim (AzTV)
9. Günellə səyahət (AzTV)
10. Təhsil üçbucağı (AzTV)
11.Nəsillərin debatı (AzTV)
12.“Rakurs” (AzTV)
13. Ağ-qara (AzTV)
14.Gəncsən (AzTV)
15.Gənclik stansiyası (AzTV)
16.Döyüşçü (AzTV)
17.Vətənə xidmət (AzTV)
18.Telesəhər (AzTV)
19. İrfan səması (Mədəniyyət TV)
20.Şirin yuxular (Mədəniyyət TV)
21.Torpağın sirri (Mədəniyyət TV)
22.Səhərçağı (Mədəniyyət TV)
23.Teleafişa (Mədəniyyət TV)
24. Peloton (İdman Azərbaycan)
25. Legioner mətbəxi (İdman Azərbaycan)
26. Ay-ulduzlu liqa (İdman Azərbaycan)
27.Transfer gündəmi (İdman Azərbaycan)
28. Sabahın ulduzları (İdman Azərbaycan)
29.Döyüşçü klubu (İdman Azərbaycan)
30.Döyüş zonası (İdman Azərbaycan)
31.Tur de Stad (İdman Azərbaycan)
Bütün bu verilişlər, “Xəbərlər” informasiya buraxılışlarının sayının artırılması, yeni studiyası, canlı bağlantılar, təqdim olunan rəngarəng sujetlər, şənbə reportajları, televizyanın nəzdində fəaliyyət göstərən “Azərbaycantelefilm”in işinin bərpası, çəkilşinə start verilən teletamaşalar, bədii televiziya filmləri, sənədli oçerklər ( Nəsiminin 650 illiyinə həsr olunan “Sonuncu gecə” filmi, “Gül dedi bül-bülə”, “Zəng” kimi teletamaşalar), həmçinin kanalın rebrendinqi, təbliğat və sosial xarakterli müxtəlif videoçarxlar, eləcə də müxtəlif istiqamətlərdə təşkil olunan müsabiqələr (Muğam müsabiqəsi, Nəsimi şerləri üzərində qurulmuş bədii qiraət müsabiqəsi, vokal müsabiqəsi və s.) cəmi 5 ay ərzində reallaşdırılan layihələrdir. Xüsusən qeyd etmək istəyirik ki, açılan yeni verilişlərin heç biri yazılan kimi “prodakşn” verilişlər deyil. Bu layihələrin hər birini AzTV, Mədəniyyət və İdman Azərbaycan kanallarının əməkdaşları hazırlayır. Bu layihələrin hər birinə görə, həmin əməkdaşların qonorarı 2, bəzi hallarda 3 dəfə artıb. Proses davam edir. Əlbəttə, yeni və kreativ proyektlər yeni işçi heyəti də tələb edir ki, bu gün sıralarımıza TV sahəsində öz sözünü deyən peşəkar əməkdaşlar cəlb olunur. Onlar arasında Lider TV ilə yanaşı, müxtəlif kanalların əməkdaşları da var. Üstəlik, kanalda fəaliyyət göstərən TV Akademiyasının məzunları bu gün bizimlə əməkdaşlıq edir”.
M.Aslanov qeyd edib ki, sosial şəbəkələrdə, əsasən də naməlum profillər və bəzi şəxslər tərəfindən ən azı bir il əvvəl efirdə buraxılmış hər hansı texniki səhvi “bu günün səhvi” kimi təqdim olunmasının özü qərəzin ən yüksək həddindən xəbər verir: “Rəqəmlərin dili ilə desək, son 6 ayda ümumilikdə 230 nəfər işlə təmin olunub (məlumat üçün deyim ki, onların heç biri R. Məmmədovun qohumu deyil). Əlbəttə, müxtəlif səbəblər üzündən işdən azad olunanlar da var və bu normal prosesdir. Üstəlik, son 6 ayda TV-də təxminən 442 nəfərin əmək haqqı, 70 faiz əməkdaşın qonorarı artırılıb. Həmçinin, yeni texniki avadanlıqlar alınır, müasir studiyalar tikilir, iş şəraiti yaxşılaşdırılır və s. Deməli, bəzi saytlarda AzTV-də kütləvi ixtisarlar və ya əməkdaşların maaşsız qalması ilə bağlı yer alan yazılar da əsassızdır. Onu da əlavə edək ki, TV-də kadr məsələsi yazıldığı kimi Zemfira Əliyevaya həvalə olunmayıb. AzTV-nin Kadrlar və xüsusi işlər departamentinin rəhbəri İlhamə Hüseynovadır və onun da hər hansı qohumu TV-də çalışmır.
Maliyyə məsələsinə gəlincə, TV-də maliyyə işinə necə həssas yanaşıldığını sədr səlahiyyətlərini icra edən R. Məmmədovun fəaliyyətinin ilk günündən, xüsusən bu sektorda aparılan kadr islahatlarından da aydın görmək olar. Əlavə olaraq onu da qeyd edək ki, iyulun 1-dən kanalda Audit departamenti fəaliyyət göstərir. Qurumun məqsədi sırf maliyyə sahəsində mövcud neqativləri aşkarlamaq və vaxtında qarşısını almaq, TV daxilində tam şəffaflığa nail olmaqdır.
Nəhayət, biz dəfələrlə demişik, həmkarlarımız AzTV-də aparılan islahatlar, atılan addımlarla bağlı hər hansı məlumat əldə etmək istəyirsə TV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinə müraciət edə bilərlər. Amma təəssüflər olsun ki, son zamanlar buna rast gəlmirik”.


Paylaş



Bölmə: Sosial şəbəkələr / Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!