Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 29-06-2023, 12:37
TÜRKİYƏ-AZƏRBAYCAN MƏDƏNİ ƏLAQƏLƏRİNİN SİMGƏSİ “TAR”

TÜRKİYƏ-AZƏRBAYCAN MƏDƏNİ ƏLAQƏLƏRİNİN SİMGƏSİ “TAR”
Bu məqaləmizə seçdiyim başlığı kecən ilin 31 dekabr və bu ilin yanvarın 2-də Türkiyənin məşhur “Anadolu Ajan”,“ahaber” kanallarına verdiyim müsahibədə yekun cümlə olaraq fikrimi tamamladığımı yaxşı xatırlayıram.

Prof. Dr. İlqar Cəmiloğlunun ilk qabırğalı tar haqda “a haber” kanalına verdiyi müsahibə
Çünki bu fikrimin bir əsası var idi. Türkiyədə Azərbaycan xalq musiqisinin şah musiqi aləti olan, Mirzə Sadıq Əsədoğlundan bizlərə yadigar qalan ecazkar səsli, klassik muğamlarımızı, xalq rəqslərimizi, dəramədlərimizi, min bir rənglərimizi, xalq mahnılarımızı çala bilən, geniş imkanlara malik tar alətimizin nə zamansa Türkiyədə istehsal olunması mənim arzularımdan biri idi. Şükürlər olsun ki, 23 illik arzumu Mustafa Akkayanın xoşməramlı münasibəti, istedadı, zəngin təcrübəyə əsaslanan biliyi və bacarığı ilə gerçəkləşdirməyin bugünkü sevincini yaşamaqdayam.

Mustafa Akkayanın əl işi, ilk qabırğalı tar 28.01- 2023
Qaziantepin məşhur bağlama ustası-sazbənd Mustafa Akkayanın araya-ərsəyə gətirdiyi ikinci şahanə görkəmli qabırğalı tarı bu gün, yəni 24 iyunda emalatxanasına etdiyim ziyarət zamanı ilk gördüyümdə, həyəcanla alıb çaldığımda qeyri iradi olaraq heyrətimi gizlədə bilmədim, dəyərli oxucularım. Səkkiz il ərzində tar alətinin bütün sirlərini, incəliklərini bu istedadlı sənət adamına: Mustafa bəyə anlatdığım zaman bir gün işvəli, nazlı-qəmzəli görünümlü, möcüzəli səsli tarı vurğunluqla, sevinc qarışıq heyrətamizliklə çaldığım zaman əlimdən yerə qoya bilmədiyimi səmimiyyətimlə etiraf edirəm. Hey çalmaq istəyirdim. Sanki bir sehirli qüvvə köksümü tarın çanağına yapışdırmışdı. Heç ayrıla bilimirdim ki? Özüm də heç ayrılmaq istəmirdim. Çünki canı-könüldən aşiq olmuşdum. Vurulmuşdum Məcnun kimi bu ağacdan cana gəlmiş tar isimli Leylimə...
Həyatda çox sevinclər yaşasam da bu sevincimin tayı-bərabəri yox idi. Səbəbi bu idi ki, uzun illər arzuladığım xoş mərama bu gün nail olmuşdum. Anidən tar qarışıq qucaqlayıb alnından öpməklə sevincimi qeyri iradi olaraq bu şəkildə ifadə etməklə təskinlik tapa bildim. Və xeyir duamı verərək gözəl görünümlü cilvəli ahəngli qəmli, kövrək, zərif səsli, incə nəfəsli, bəzən də nərə səsli hayqırtılı sədalı, tar adlı əsərin müəllifinə təşəkkürümü bildirdim. 7-8 saat necə tez gəldi-keçdi heç özüm də bilmədim. Çünki bu saatlar ömrümə həkk olan ən gözəl bəxtəvərlik hissilərini qəlbimdə yaşatdığım ən gözəl anım idi. Kaş bu günkü kimi hər günüm bəxtəfərliklə dolu, iftixar etdiyim gün olaraq bax beləcə olaydı...
Ulu babalarımız necə də gözəl demişlər: “İl var bir günə dəyməz, gün var min aya dəyər”. Məhz bu gün oldu min aya dəyən 24 iyun tarixi.
23 ildir ki, Türkiyədə tar alətinin çatışmazlığının problemini yaşamaqdadır Türk musiqiçiləri. Tar çalmaq istəsələr də tar alətini tapmaq çox çətin məsələ idi. Azərbaycandan tar aləti gətirmək də çox müşkül məsələ idi. Yolda sına, qırıla bilərdi. Bəzən də bunu risqə alaraq gətirdən musiqiçilər də oldu. Fəqət Ərzurum Atatürk Universitetində çalışdığım 2000-2006 illər arasında və 2007-ci ildən günümüzə kimi Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasında, tarın tədrisində bu alətə olan artan tələb qarşısında çarəsiz idim. Özümün çaldığım tarımın səsini dinləyən tələbələrin marağı artsa da bu aləti haradan alacaqlarının maddım-maddım baxışları qarşısında naəlac qaldıqlarını dəfələrlə müşahidə etmiş olub özüm də məyusluq hissləri keçirirdim. Uzun illər bu barədə çözüm yollarını axtarırdım. Fəqət bir xoş gündə, 2015-ci ildə yolum Mustafa Akkaya adlı həlim təbiətli, gözü-könlü tox səmimi bir qardaşımızı, sazbəndi özüm üçün kəşf etdiyimdə, mənən hiss etdim ki, Qaziantepdə türk təbiri ilə desək “tar alətinin bütün incəliklərinə kimi yapsa Mustafa Bəy yapar”. Bu inamımdan heç vaz keçmirdim. Hər dəfə görüşdüyüm zaman tar barədə gizli sirrləri, şəkilləri video görüntüləri açıb tökürdüm ki, ilgisini, marağını çəkə biləm. Şükürlər olsun ki, cəhdim hədər getmədi və söz verdi ki, imkan daxilində vaxt tapan kimi bu alətin istehsalına başlayacağam. Və 7 il ərzində nəhayət ki, arzum gerçəkləşdi və yeni qabırğalı tarın işıq üzü görməsinə şahid oldum.
Ürəyimdə şükr edirdim ki, məramım həyata keçmək, arzularım göyərmək üzrədir. İlk tarın yapılması ilə əlaqədar 2022-ci 7 avqust tarixində “525-ci qəzet”də “Tar da birdir, saz da birdir” adlı məqalə də yayınlatdım ki, xalqımız bilsin ki, ilk dəfə qabırğalı tar Gaziantep şəhərində yaşayan məşhur sənətkar Mustafa Akkaya adlı ustanın xeyir-duası ilə hasil olub.
Bugünkü tarı çala-çala mənən xəyalım böyük tar ustası, Azərbaycanın Xalq Artisti Bəhram Nəsibovdan “Şəhra-şüb” muğamını1981-ci ildə sənətkarın ocağında öyrənərkən tarın bütün simlərinə bir mizrabla coşğulu vurduğu arpeciosayağı ahəngdar sədanı, o tərzdə vurduğum zaman sanki ustadın tarını çalmış kimi qeyri iradi olaraq özümü hiss etdim bir neçə dəfə. İlk ikinci tar da birinci alət kimi səs-səda, haray-həşir salırdı. Çala-çala özüm də sanki kənardan bu sədaları aşıb-daşan çoşğulu çayın sel səsi kimi çağlarlığına dinşək kəsilərək məftun olmuşdum. Türk təbiri ilə“Ay Mustafa bəy əlinə sağlıq, nə gözəl bir tar musiqi mədəniyyətimizə, Anadolu musiqi cameəsinə bəxş etmisən. Allah səni qorusun” deməklə kifayətləndim. Özü də bu xoş sözlərimin təsiri ilə həyəcanlanmaqla, həm də məmnun qalmışdı. Beləcə tarla, çal-çağırla, muğamlarımızdan bəzi örnəklərlə səslənmə müşayiətində bir mübarək gün yaşadıq, əslində isə mənim üçün bir ömür yaşadım deyərdim.

Prof.Dr. İlqar Cəmiloğlu, Qaziantepli məşhur usta Mustafa Akkayanın əl işi, ikinci qabırğalı tar ilə / 24.06-2023
Uğurlar olsun Mustafa bəy! Bugünkü görüşümüzdə daha bir söz verdin ki, Azərbaycan aşıq sazını da qısa zamanda yapmağa dair razılaşma əldə etdiyimin mutluluğunu da yaşamış oldum. Bilirəm ki, söz verməkdə çətinlik çəkirsən. Lakin sözü verdinsə demək nə olursa olsun o işi gerçəkləşdirəcəksən. Çünki, mən sənin səmimiyyətinə inanmaqla, doğru-dürüstlüyünü, sözü bütöv əsl insan olduğunu dəfələrlə müşahidə etmişəm. Yeri gəlmişkən qeyd etməliyəm ki, son illərdə Azərbaycan sazına da maraq Anadoluda atrmaqdadır. Hələki iki keçmiş tələbəm Arzu Qurbani və Yusuf Altunun“TRT İnt” və “TRT Müzik” kanalında Azərbaycan aşıq sazını çaldıqlarını xalqımız üçün xatırlatmaq istərdim.

Prof.Dr. İlqar Cəmiloğlu və keçmiş tələbələrim Arzu Qurbani və Yusuf Altun
Heç şübhəsiz sənin istedadın sayəsində, mübarək əllərinlə icad olunacaq durnagörünümlü Dədə Qurqud yadigarımız, az bir vaxtda öz həllini tapacaq və qabırğalı aşıq sazımızın Qaziantep-Azərbaycan musiqi kültürü sahəsində daha bir mənəvi körpü kimi, “Bir millət iki dövlət” adlı qardaşlarımızın, sənətçilərimizin bir-birinə yaxınlaşmasına vəsilə olacaq. Uğurlar olsun Mustafa bəy!!!

İlqar CƏMİLOĞLU İMAMVERDİYEV
Sənətşünaslıqelmləri doktoru, professor,
QaziantepUniversiteti Türk MusiqisiDövlətKonservatoriyasınınmüəllimi.
Türk Xalqmusiqisinəxidmət mükafatçısı
24.06 -2024 /Qazianep


Paylaş



Bölmə: Turan / Mədəniyyət / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!