20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 7-12-2021, 15:24
Yanacağa qatqı qatan YDM-lar hansılardır?

Sürücülər daim yanacaqdoldurma məntəqələrinin satdığı benzinin keyfiyyətindən narazılıq etsələr də, hələki ölkəmizdə hər hansı yanacaqdoldurma məntəqəsinin ((YDM) adı keyfiyyətsiz yanacaq satmaqda hallanmayıb.

Amma bu günlərdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov jurnalistlərə açıqlamasında YDM-nin məntəqələrinin keyfiyyətsiz yanacaq satdığını təsdiq edib. Onun sözlərinə görə, Azərbaycanda benzin və yanacağın keyfiyyəti dövlət orqanları tərəfindən yoxlanılır, YDM-də aparılmış yoxlamalar zamanı daxili standartlarla bir sıra uyğunsuzluqlar aşkar edilib.
"Bu pozuntular yanacağın saxlanması ilə bağlıdır. İstisna olunmur ki, yanacağa bəzi qatqılar əlavə edilir. Zavodumuzda istehsal olunan Aİ-92 benzini Azərbaycanda mövcud olan norma və standartlara cavab verir".

SOCAR sözçüsünün bu açıqlaması birmənalı qarşılanmayıb. Sosial platformada da keyfiyyətsiz yanacaq satan YDM-nin yanacaqdoldurma məntəqələrinin adlarının ictimaiyyətə açıqlanması tələb olunur.

Benzinə qatqı qatan YDM-lar hansılardır?

İ. Əhmədov Sputnik Azərbaycan-ın sorğusuna cavabında bildirib ki, SOCAR yanacaqdoldurma məntəqələrində satılan yanacağın keyfiyyətinə nəzarət etmir: "Bizə verilən məlumata görə, bəzi YDM-lərdə satılan yanacağın keyfiyyətində, istehsal etdiyimiz məhsuldan fərqli olaraq kənarlaşmalar qeydə alınıb. Amma yoxlamanın təfərrüatlarını bizə açıqlamırlar. Sadəcə təxmin etmək olar ki, bu yanacağın saxlama şəraitinə görə ola bilər".
İ. Əhmədov bildirir ki, yanacaq vahid mərkəzdən bütün YDM şəbəkələrinə paylanılır, lakin hər bir YDM şəbəkəsində yanacağın saxlanma şəraiti və s. ilə bağlı bizim məlumat yoxdur. SOCAR-ın yanacaqdoldurma məntəqələrində isə yanacağın keyfiyyəti məhz SOCAR-ın təşəbbüsü ilə mütəmadi yoxlanılır: " Yəni SOCAR Petroleum istismar etdiyi YDM-lərdə yanacağın keyfiyyətinin hər ay yoxlanılması üçün Dövlət Xidmətinə müvafiq rüsum ödəyir, çünki özü də bunu təsbit etməkdə maraqlıdır. Sözügedən yoxlama digər YDM-lərdə aparılıb, çünki SOCAR-da satılan yanacağın keyfiyyəti onsuz da SOCAR-ın təşəbbüsü və təkidi ilə mütəmadi olaraq, hər ay yoxlanılır".

Həm cibimizə girirlər, həm də...

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, YDM-lər yanacağa qatqılar əlavə etməklə həm cibimizə girir, həmçinin də ekologiyaya ziyan vururlar: "Sürücülər YDM-də avtomobilə yanacağı doldurub evə gəlir, sürməmiş görür ki, dünənki şkala aşağı düşüb. Yaxud da yanacaq vuranda şkala yanacaq çəninin dolu olduğunu göstərsə də, az keçmir aşağı düşür. Məlum olur ki, yanacağa qatılan qatqılar benzinin keyfiyyətini dəyişir və nəticədə mühərrikdə alışma daha sürətli gedir. Bu səbəbdən də benzin tez qurtarır".
E. Muradlı bildirib ki, yanacağa müxtəlif qatqılar qatdıqdan sonra "oktan" qaldıran maddələr də əlavə edir. Bu isə yanacağın tərkibini dəyişir.

Çənləri təmizləmək onlara sərf etmir

Ekspert bildirir ki, YDM-lər yanacaq saxlanılan çənləri vaxtı-vaxtında təmizləməlidirlər. Amma bu YDM-lərin gəlirinə təsir etdiyi üçün onlar çənləri təmizləmirlər: "YDM-lər benzinin saxanma qaydalarına əməl etmirlər. YDM-lər çəni yumaq üçün bir neçə gün təmizləmə işləri aparmalıdırlar. Bunun üçün yanacaq çəni boşaldılmalı, bir neçə gün boş saxlanılmalıdır ki, onun içində təmizlik işi aparıla bilsin. Bu da YDM-lərin gəlirinə təsir göstərir. Ona görə də çəndə olan çöküntü təmizlənmir".
Ekspert deyir ki, YDM-lər keyfiyyətsiz yanacağa qatqı əlavə etməklə həm yanacağın həcmini azaldır, həmçinin də avtomobili sıradan çıxardırlar: "YDM-lər bizim cibimizə ikiqat ziyan vururlar. Onlar həm yanacaq satanda yanacağın həcmində bizi aldadır, həmçinin də keyfiyyətsiz yanacaq satmaqla avtomobilin hissələrinin tez sıradan çıxamasına səbəb olurlar. Onların bu əməli cinayətdir. Hüquq mühafizə orqanları YDM-lərdə keyfiyyətsiz yanacaq satışının üstünə ciddi düşməli, bunu araşdırıb həmin şirkətlərin rəhbərlərini məsuliyyətə cəlb etməldirlər".

Sürücülər nəyi bilməlidirlər?

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycana əsasən yüksək keyfiyyətli Aİ 95 markalı benzin xaricdən idxal olunur. Ölkədə benzin istehlakının 90 faizindən çoxu Aİ-92 markalı benzinin payına düşür. Aİ -92 markalı benzin isə ölkəmizdə istehsla olunur.
Ekspert deyir ki, yanacağın keyfiyyətindən sürücülər də narazıdır:
"SOCAR sözçüsünün açıqlaması isə sürücülərin haqlı olduğunu təsdiqləyir. Ona görə də benzinin standartını ölçən, həmin şirkətlərdə yoxlama aparan dövlət qurumları nəticəni ictimaiyyətə açıqlamalıdırlar. Sürücülər də bilməlidir ki, yanacağa hansı qatqılar qatılır,bunu hansı YDM-lar edir. Çünki, keyfiyyətsiz yanacaq səbəbindən avtomobillər nasaz vəziyyətə düşüb qəza şəraiti yaradır".

Ekspert bildirir ki, satılan yanacağın keyfiyyəti daim diqqətdə saxlanılmalıdır.

Hər həftə şikayət var

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, istehlakçılardan AİB-ə YDM-lərlə bağlı hər həftə bir neçə şikayət daxil olur. Əsas şikayətlər isə yanacağın həcminin az vurulması və keyfiyyətinin aşağı olması ilə bağlıdır. E. Hüseynov deyir ki, hazırda Azərbaycanda yanacağın tərkibinin yoxlanılması üçün özəl laboratoriyalar yoxdur: "Əgər vətəndaş hansısa YDM-in yanacağından narazıdırsa, bunu ancaq dövlət ekspertizasından keçirdərək öyrənə bilər. Bizim həmin yanacağın tərkibini xarici ölkələrdə təhlil etmək imkanlarımız var. Amma məhkəmələr xarici ölkələrdə, həmçinin özəl laboratoriyalarda aparılan yoxlamanın nəticəsini hüquqi sənəd kimi qəbul etmir".

Dövlət Xidməti SOCAR rəsmisinin sözünü təkzib edir

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən isə Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, Xidmətin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin Neft-Qaz və Neft-Kimya məhsullarının sınaq laboratoriyası tərəfindən “SOCAR-Petroleum” QSC-yə məxsus yanacaqdoldurma məntəqələrindən mütəmadi olaraq sınaqların aparılması üçün yanacaq nümunələri götürülür. Sınaqlar, ГОСТ 2517-2012 "Нефть и нефтепродукты. Методы отбора проб" dövlətlərarası standartın 4.4-cü bəndinin tələblərinə uyğun müntəzəm olaraq dizel, A-92, A-95 və A-98 markalı benzin yanacaqlarından nümünələri götürülməklə, AZS 376-2009 "Dizel yanacağı. Texniki şərtlər", AZS 059-2001 “Etilsiz avtomobil benzinləri. Texniki şərtlər", AZS 388-2011 "Motor yanacaqları. Etilsiz benzin. Texniki şərtlər" dövlət standartlarının tələblərinə uyğun yanacaqların keyfiyyətinin yoxlanılması üçün aparılır.
Cari il ərzində “SOCAR-Petroleum” QSC-yə məxsus müxtəlif yanacaqdoldurma məntəqələrindən dizel, A-92, A-95 və A-98 markalı benzin yanacaqları üzrə götürülən nümunələrdə hər hansı nöqsan və qatqı aşkar edilməyib.
Qurumdan həmçinin sorğumuza verilən cavabda qeyd olunub ki, yanacağın saxlanılmasına, keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri müəyyən edən altı dövlət standartı və digər normativ aktlar mövcuddur:
1. AZS 059-2001 «Etilsiz avtomobil benzinləri. Texniki şərtlər.»
2. AZS 072-2001 «İlkin emal benzini. Texniki şərtlər.»
3. AZS 388-2011 «Motor yanacaqları. Etilsiz benzin. Texniki şərtlər.»
4. AZS 376-2009 «Dizel yanacağı. Texniki şərtlər.»
5. AZS 380-2011 «Dizel yanacağı. Texniki şərtlər.»
6. AZS 381-2011 «Avro dizel yanacağı. Texniki şərtlər.» dir.

Sürücülər sınadıqları YDM-a üstünlük verir

Qeyd edək ki, dövlət qurumu rəsmi sorğumuza verdiyi cavabda yoxlamalar zamanı nöqsanların aşkarlanmadığını bildirsə də, sürücülər bunun əksini söyləyirlər. Hətta sürücülər daha keyfiyyətli yanacaq almaq üçün bəzən uzaq məsafə qət edirlər.
Sürücü Fəxriyyə Kazımova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, paytaxtda fəaliyyət göstərən YDM-lardan iki adda YDM-nın yanacağı qismən keyfiyyətlidir:
"Mən avtomobilimə yanacaq vurmaq üçün yaxında yerləşən və yolumun üstündəki YDM-nı yox, keyfiyyətli yanacaq satanı seçirəm. Bakıda iki YDM nisbətən daha keyfiyyətli yanacaq satır. Elə YDM-lar var ki, nəinki yanacağı keyfiyyətsizdir, həcmdə də aldadır. Ona görə məcbur olub sınadığım YDM-a gedirəm".

Sürücü bildirir ki, yanacağın keyfiyyətini avtomobilin işləməsindən bilir: "Çöküntüsü çox olan yanacaq vurduqda avtomobil yaxşı işləmir. Ona görə sınadığım uzaq olsa da, YDM-a gedirəm ki, keyfiyyətli benzin alım".

36 YDM-nın adı niyə ictimaiyyətə açıqlanmır?

Xatırladaq ki, bu ilin fevral ayında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin apardığı monitorinqin nəticəsi olaraq avtomobil yanacağının keyfiyyətində problemlər aşkarlanıb. Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli yanacağın keyfiyyəti ilə bağlı çoxsaylı müraciətlərin daxil olduğunu söyləyib:
"Tərəfimizdən aparılan monitorinqlərə əsasən, bu şikayətlər əsaslıdır. Monitorinqin nəticəsi olaraq yanacağın keyfiyyətində problemlər aşkarlanıb. Tərəfimizdən 36 yanacaqdoldurma məntəqəsində (YDM) müşahidələr aparılıb və onların əksəriyyətində kənarlaşmalar müşahidə edilib. Yeni standart hazırlanır. Bu standarta yanacağın istehsalından və yaxud idxalından tutmuş istehlakçıya qədər olan bütün keyfiyyətə nəzarət prosesləri daxil olacaq. Hazırda yeni standart razılaşdırılmanın son mərhələsindədir və bu yaxında onun tətbiqi nəzarətin gücləndirilməsinə səbəb olacaq".

Bütöv.az


Paylaş



Bölmə: İqtisadiyyat / Sosial / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!