Azərbaycanla Gürcüstan arasında saziş imzalandı .....                        Tofiq Yaqubluya 9 il həbs verildi .....                        Fransa təkrar-təkrar əsassız iddialar səsləndirir - RƏSMİ .....                        Ceyhun Bayramov Qazaxıstana getdi .....                        Spiker Tbilisidə Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO .....                        DTX rəisi Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşdü .....                        Ehtiyatda olan hərbçilər orduya çağrıldı - FOTO .....                        Sahil Babayev ona yüksək vəzifə verdi .....                        Ermənistanın təcavüzü nəticəsində 4 min azərbaycanlı itkin düşüb .....                       
Tarix : 12-04-2017, 20:10
Azərbaycan azalan neft gəlirlərini turizmlə kompensasiya edə bilər

Azərbaycanın 2016-cı il tədiyyə balansı 539,235 mln. ABŞ dolları həcmində kəsirlə tamamlanmasının əsas səbəbi 3 625,857 mln. dollar həcmində balanslaşdırıcı maddələrlə bağlı olub.
Butov.az-ın xəbərinə görə, "Report"-ın analitik qrupu bildirir ki, balanslaşdırıcı maddələrin həcmi tarixi maksimal həddə çatıb. Yəni, ölkəyə mənbəyi məlum olmayan vəsaitlər daxil olub. Balanslaşdırıcı maddələr - statistik məlumat kimi tədiyyə balansının komponentlərində öz əksini tapmayan əməliyyatların nəticəsidir. Praktikada heç bir ölkənin tədiyyə balansının tərtibatında bu maddənin “0”-a enməsinə nail olmaq mümkün deyil.

Analitik qrup bildirir ki, balanslaşdırıcı maddələr əsasən rezidentlərin xarici banklardakı hesabları, Azərbaycanın xarici bayraqlar altında üzən gəmiləri və ya turizm gəlirlərlə bağlı ola bilər: "Lakin 3,6 mlrd. dollar həddindən böyük rəqəmdir. Bu qədər vəsaitin yuxarıda sadalanan amillər əsasında formalaşması real deyil. Balanslaşdırıcı maddələr yerli banklara kredit borcu olan iş adamlarının ödənişləri əsasında da formalaşa bilər",
Qeyd edək ki, 2014-cü ilin tədiyyə balansında balanslaşdırıcı maddələr 2,811 mlrd. dollar, 2015-ci ildə 2,037 mlrd. dollar kapitalın ölkədən çıxdığını, əksinə, 2016-cı ildə isə 3,6 mlrd. dolların ölkəyə daxil olduğunu göstərir. "Report"un analitik qrupu 2017-ci ilin tədiyyə balansında balanslaşdırıcı maddələrin azalacağını, nəticədə, mənfi saldonun arta biləcəyini ehtimal edir: "Lakin, ilin əvvəlindən yüksək olan neft qiymətləri ölkəyə valyuta axınını gücləndirdiyindən, tədiyyə balansının müsbət dinamikasını sürdürəcəyi gözlənilir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, neft qiymətlərinin azalması tədiyyə balansına təzyiqləri davam etdirə bilər. Belə bir vəziyyətlə qarşılaşılmamaq üçün turizm gəlirlərinin artırılmasına ehtiyac var. Xarici maliyyə qurumları 2017-ci ildə Azərbaycanın turizm gəlirlərinin 2 dəfə artaraq 5 mlrd. dollara çatacağını proqnozlaşdırır".


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!