Ramazanın 12-ci gününün duası - İmsak və iftar vaxtı .....                        Paşinyan Türkiyə mediasına müsahibə verdi .....                        Sahibə Qafarova Gürcüstan prezidenti ilə görüşdü - FOTO .....                        Azərbaycan vətəndaşlarının böyrəyini satan ukraynalı qadın Polşada həbs edildi .....                        Türkiyə Suriyaya hərbi müdaxilə edəcək? - Ankaradan reaksiya .....                        Azərbaycanlı deputat erməni təxribatının qarşısını aldı .....                        Ermənistan Azərbaycanla yeni müharibəyə hazırlaşır - "Caliber" .....                        Şimali Makedoniya Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib .....                        Paşinyan AŞ baş katibi ilə Ermənistan-Azərbaycan məsələsini müzakirə etdi .....                       
Tarix : 21-02-2017, 19:52
İlk devalvasiyadan sonra dollar nə qədər bahalaşıb?

Azərbaycanda 2015-ci il fevralın 21-də həyata keçirilən milli valyutanın ilk devalvasiyasından indiyədək ABŞ dollarının məzənnəsi 120,7% artaraq bu ilin fevralın 21-nə 1,7352 AZN/USD təşkil edib.
Butov.az “Report”a istinadən xəbər verir ki, ilk devalvasiya qərarından sonra dolların rəsmi məzənnəsi 34,6% artaraq 0,7862 AZN/USD səviyyəsindən 1,0500 AZN/USD-yə, həmin ilin dekabrın 21-də isə daha 48% artaraq 1,5500 AZN/USD-yə çatıb.

Son 14 ay ərzində dolların məzənnəsində artım tempi davam edib və bu göstərici 12% təşkil edib.

Son 14 ayda rəsmi məzənnə 2016-cı il mayın 25-də 1,49 AZN/USD səviyyəsinə enərək ən minimal həddə, 2017-ci il fevralın 1-də isə 1,92 AZN/USD səviyyəsinə yüksələrək ən maksimal həddə çatıb.

2006-cı il yanvarın 1-də 1:5000 miqyasında həyata keçirilən denominasiyadan sonra ilk devalvasiyaya qədər dolların məzənnəsi 2006-cı il yanvarın 3-də (0,9184 AZN/USD) ucuzlaşmağa başlayaraq, 2014-cü il iyunun 10-da minimal həddə (0,7842 AZN/USD) enib.
“Report”un analitik qrupu qeyd edir ki, dolların ucuzlaşmasına səbəb qlobal əmtəə bazarlarında neftin qiymətinin 120 dollar/bareldən 55 dollar/barelə qədər kəskin ucuzlaşması olub.

Nəticədə, Azərbaycanın ixrac gəlirləri kəskin azalıb və tədiyə balansında yaranan iri həcmdə mənfi saldo dolların məzənnəsinin artırılmasını qaçılmaz edib.

Daha sonra isə neftin qiymətində ucuzlaşmanın ikinci dalğası baş verib və qiymətlər 65 dollar/bareldən 30 dollar/barelə qədər azalma göstərib ki, bu da növbəti devalvasiyaya səbəb olub.

Qeyd edək ki, hazırda neftin qiyməti ilk devalvasiyaya səbəb olan 56 dollar/barel həddində olsa da, Azərbaycanda dolların məzənnəsi 1,05 AZN/USD-dən 65% yuxarıdır. Bu da əhalinin iqtisadi inam göstəricisinin aşağı olduğunu göstərir.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!