“Özümüzü kəsən qılınc” kitabının təqdimatı oldu .....                        Ədaləti təmin etmək üçün gərək yumruğun olsun - Prezident .....                        Ukrayna hücuma keçməlidir - Tramp Zelenskiyə daha nələr deyib? .....                        Anomal istilər bu tarixədək davam edəcək .....                        Ayağı amputasiya olunmuş aktyor vəfat etdi .....                        Azərbaycan futbolçusu faciəvi şəkildə öldü .....                        Tramp Netanyahuya zəng etdi .....                        Təbrizdən Bakıya aviareyslər bərpa edilir .....                        "Qarabağ"ın yeni oyunçusu .....                       
Tarix : 14-04-2017, 18:52
"AccessBank"da yeni rəhbər təyinatı

"AccessBank"ın İdarə Heyətinin sədri Mixael Hoffmannın beş illik səlahiyyət müddətinin bitməsi ilə əlaqədar olaraq, bankın səhmdarlarının ümumi yığıncağının qərarı ilə bu vəzifəyə Rolf Rayhardt təyin olunub.

Butov.az xəbər verir ki, bankdan Modern.az-a verilən məlumata görə, doktor R.Rayhardt 2014-cü ildən "AccessBank"da maliyyə üzrə icraçı direktor vəzifəsində çalışıb.

R.Rayhardt təyinatını belə şərh edib: “AccessBank"ın güclü komandası ilə çalışacağımdan və əvvəlki sədrin uğurlu fəaliyyətini davam etdirməkdən çox məmnunam. Azərbaycanın aparıcı banklarından biri olaraq, biz hər zaman olduğu kimi, müştərilərimizə müasir və etibarlı maliyyə xidmətləri təqdim edəcəyik”.

"AccessBank"da iş fəaliyyətindən öncə R.Rayhardt 20 ildən artıq Almaniyanın bir sıra iri banklarında risklərin idarə edilməsi üzrə müxtəlif vəzifələrdə çalışıb. O, Höte Universitetində fəlsəfə doktoru dərəcəsini alıb və Yeni Zelandiyanın Oklend, Almaniyanın Kil və ABŞ-ın Yuta universitetlərində iqtisadi təhsil alıb.

Qeyd edək ki, "AccessBank" 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, "KfW", Almaniyanın "LFS Financial Systems GmbH" konsaltinq şirkəti və "AccessHoldinq" tərəfindən yaradılıb. Azərbaycanın aparıcı banklarından biri olan "AccessBank" tam çeşidli bank xidmətləri təqdim edir.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!