Husilər də İran müharibəsinə qoşulurlar .....                        ABŞ ilə İsrail hərbi məqsədlərinə çatmağa yaxındır - KİV .....                        Avropa Komissiyasının sədrinə ağır ittiham .....                        İlham Əliyev Müctəba Xameneyini təbrik etdi .....                        Rumıniya Azərbaycanı dəstəklədi .....                        Qətər əmiri: İran bizə xəyanət etdi .....                        Raket hücumu ilə bağlı İrana XƏBƏRDARLIQ .....                        Azərbaycan Türkiyəyə raket hücumuna ETİRAZ ETDİ .....                        Paşinyan İranın yeni Ali Liderinə məktub yazdı .....                       
Tarix : 8-11-2016, 19:18
Mərkəzi Bank təlim keçirəcək


Mərkəzi Bank tərəfindən maliyyə savadlılığının artırılmasına yönəldilmiş təlim keçiriləcək.

Butov.az xəbər verir ki, qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Mərkəzi Bank beynəlxalq maliyyə təşkilatları və digər dövlət orqanları ilə birgə həyata keçirilən “Maliyyə Savadlılığı” layihəsi çərçivəsində bir sıra bank və maliyyə qurumlarının iştirakı ilə 2015-2016-cı illərdə tələbələr üçün “Maliyyə Savadlılığı: Peşəkar karyeraya aparan yol” adlı müsabiqə xarakterli təlimlər keçirib.

Sözügedən təlimə tələbələrin böyük marağını və daxil olmuş çoxsaylı müraciətləri nəzərə alaraq, Mərkəzi Bank bu ilin noyabr-dekabr aylarında növbəti təlimlərin keçiriləcəyini elan edir.

Təlim 2 mərhələdən ibarət olacaq. Birinci mərhələdə tələbələrə Mərkəzi Bank tərəfindən maliyyə sisteminin fəaliyyətinə dair maarifləndirici seminar keçiriləcək. Bu mərhələdə seçilmiş tələbələr növbəti - ikinci mərhələdə iştirak hüququ əldə edəcəklər.

İkinci mərhələdə tələbələr Əmanətlərin Sığortalanması Fondu, Amrahbank, Bakı Sığorta, DəmirBank, “FINCA Azərbaycan”, AccessBank və Unibankda tədris səfərlərində olacaq və müxtəlif seminarlarda iştirak edəcəklər.

Layihəni uğurla başa vurmuş tələbələr adları qeyd olunan qurumlarda təcrübəçi olmaq imkanı qazanacaqlar.

Təlimdə III və IV kurs tələbələri iştirak edə bilər. Qeydiyyat üçün CV-ləri 21.11.2016-cı il, saat 18:00-dək Aydan_Aliyeva@cbar.az ünvanına göndərməyiniz xahiş olunur.

Daha ətraflı məlumat əldə etmək üçün +994 12 493 89 46 (daxili 101) nömrəsinə zəng edə bilərsiniz.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!