TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 2-11-2021, 17:30
İlham Əliyev üçün Azərbaycanın bütün bölgələrinin inkişafı prioritet təşkil edir - TƏHLİL

Müharibədən sonra regionumuzda yaranmış yeni reallıqlar Azərbaycan dövlətinin Qarabağ və Şərqi Zəngəzurda geniş quruculuq işlərinə start verməsinə zəmin yaratdı. Ancaq ölkədə aparılan quruculuq işlərinin əhatə dairəsi yalnız Qarabağ və Şərqi Zəngəzurla məhdudlaşmır. Çünki Azərbaycan dövləti tərəfindən respublikanın bütün bölgələrində zəruri addımlar atılır, yeni yolların, təhsil və tibb müəssisələrinin tikilməsi, eləcə də bərpa-quruculuq işlərinin aparılması prosesi intensiv şəkildə davam etdirilir.

Üstəlik, bu proseslər birbaşa dövlət başçısının şəxsi nəzarətində saxlanılır. Azərbaycan Prezidenti bölgələrə mütəmadi səfərləri çərçivəsində qarşıya qoyulmuş tapşırıqların icrası səviyyəsi ilə maraqlanır, yeni tapşırıq və vəzifələri müəyyən edir.

Bu mənada dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Şamaxı və İsmayıllı rayonlarına noyabrın 1-də həyata keçirdikləri səfər də Azərbaycan dövlətinin ölkədə hərtərəfli inkişaf və yenidənqurma xəttini icra etməsinin əyani sübutuna çevrilib.

Azərbaycanın müasir simasının formalaşdırılmasında bu cür səfərlərin önəmli rol oynadığını qeyd etməliyik. Bu səfərlər çərçivəsində yerli əhali ilə söhbətləşən dövlət başçısı və birinci vitse-prezident məhz onlardan birbaşa olaraq problemli məsələləri dinləyir, müvafiq göstəriş və tapşırıqları ilə məsələnin sürətli şəkildə həllinə nail olur.

Elə İsmayıllı rayonunun Lahıc qəsəbəsində təmir olunan Bədöyün məscidi ilə bağlı vəziyyət də bu qəbildəndir. Belə ki, 2019-cu ildə Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı rayonunun Lahıc qəsəbəsində səfərdə olarkən sakinlər Bədöyün məscidinin təmiri ilə bağlı müraciət etmişdilər. Birinci vitse-prezident məsciddəki vəziyyətlə tanış olmuş və burada əsaslı təmir işlərinin aparılması barədə tapşırıq vermişdi.

Bundan sonra 1791-ci ildə inşa edilən Bədöyün məscidində və ətraf ərazilərdə Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa-təmir işləri aparılıb. Görülən işlər nəticəsində məscid orijinal formasına uyğun bərpa edilib.

Ancaq Heydər Əliyev Fondunun fəaliyyəti heç də tarixi abidələrin bərpası ilə məhdudlaşmır. Fond ölkəmizdə müxtəlif sahələri əhatə edən layihə və proqramların həyata keçirilməsi ilə məşğul olur.

Sirr deyil ki, ölkəmizin turizm potensialının artırılması da dövlətimizin daim diqqət mərkəzində dayanan məsələlərdəndir. Turizm potensialı baxımından xüsusilə seçilən Lahıc bölgəsində görülən işlər turistlərin Lahıca olan marağını daha da artırıb. Belə ki, 2019-cu ildə Lahıca 89 min nəfər turist gəlib. Onun da 37 minini xarici turistlər təşkil edib. Bu ilin sentyabrına qədər isə artıq Lahıcı 82 min turist ziyarət edib.

Ölkədə yol infrastrukturunun qurulması və yenilənməsi məsələsini də daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev səfər çərçivəsində eyni zamanda İsmayıllı rayonunda Basqal-Sulut avtomobil yolunun açılışında iştirak edib. Bu yolla 4 minə yaxın əhalinin yaşadığı üç yaşayış məntəqəsi arasında gediş-gəlişin rahatlaşdırılması planlaşdırılıb. Daim əhalinin problemlərini diqqət mərkəzində saxlayan Azərbaycan dövləti yeni yolların çəkilməsi ilə eyni zamanda ölkədə iqtisadi proseslərin inkişafına təkan verir. Yeni yollar regionlararası ticarət münasibətlərinin inkişafında mühüm rol oynayır.

Son illər ölkədə enerji təchizatı sisteminin yenidən qurulması ilə bağlı da əhəmiyyətli addımlar atılır. Bu istiqamətdə müasir şəbəkələrin yaradılması və bu şəbəkələrin bir-biri ilə əlaqələndirilməsi sürətlə davam edir. Bu proses həmçinin dövlət başçısının səfər etdiyi Şamaxı ərazisində də uğurla davam etdirilir. Belə ki, səfər zamanı Azərbaycan Prezidenti tərəfindən “Azərişıq” ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzinin açılışı olub. İlk dəfə olaraq Regional SCADA sistemi Mərkəzi SCADA sisteminə qoşulub.

Rayonda həmçinin “Meysəri” yarımstansiyasında da əsaslı yenidənqurma işləri aparılıb. Perspektivdə bu yarımstansiya Şamaxı və İsmayıllı rayonlarının elektrik şəbəkələrini əlaqələndiriləcək.

Prezidentin Şamaxı səfəri çərçivəsində diqqət çəkən digər bir məqam Şamaxıda yerli futbol ənənələrinin yenidən bərpasına yönəlmiş addımların atılmasıdır. Azərbaycan dövlətinin idman sahəsinə göstərdiyi qayğı futboldan da yan keçmir. İdmanın ölkədə kütləviliyinin təmin olunması üçün görülən işlər çərçivəsində bir çox komplekslər tikilir, regionlarda müasir idman meydançaları istismara verilir. Dövlət tərəfindən əsas diqqət yeni idmançı nəslinin yetişdirilməsinə yönəlib və bu cür idman obyektlərinin istifadəyə verilməsi sözügedən məqsədə çatmaq üçün mühüm rol oynayır.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxıda səfərdə olarkən yeni məktəb binasının açılışında iştirak edib. 1972-ci ildə inşa olunan akademik Heydər Hüseynov adına Çarhan kənd tam orta məktəbi tədris üçün artıq yararsız vəziyyətə düşdüyündən Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəb üçün yeni binanın tikilməsinə qərar verilib. Təhsilin inkişafı ilə bağlı layihələrin icrasında da Heydər Əliyev Fondu öz dəsti-xətti ilə seçilir. Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə təhsil sahəsində ardıcıl olaraq irimiqyaslı layihələr həyata keçirilir. Bu layihələr sırasına “Uşaq evlərinin və internat məktəblərinin inkişaf proqramı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” və “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramları daxildir. Fondun bu proqramları çərçivəsində Şamaxı rayonunda da müxtəlif illərdə yeni təhsil ocaqlarının tikintisi, təmiri və lazımi avadanlıqla təmin edilməsi üzrə bir sıra layihələr reallaşdırılıb.

İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qarşısında dayanan əsas tapşırıq bütün sahələrdə sürətli inkişafa nail olmaqdır. Məhz bu baxımdan görülən işlər sadəcə yol-nəqliyyat, enerji məsələləri ilə yekunlaşmır. Eyni zamanda təhsilin inkişafına qayğı göstərilir, müasir məktəb binaları tikilərək istifadəyə verilir. Həmçinin regionların iqtisadi potensialı nəzərə alınaraq, burada müvafiq sahələrin inkişafı üçün addımlar atılır. Bütün bunlar Azərbaycan dövlətinin əhalinin rifah halını yüksəltmək naminə kompleks işlər gördüyünün əyani sübutudur.

Bütöv.az


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!