Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                       
Tarix : 20-06-2016, 12:35
"Rusiyanın mövqeyində yumşalma var"


Avropada qaçqın problemi çox ciddidir. Bu problem bəlkə də kulminasiya nöqtəsinə çatıb. Azərbaycan dövləti bu problemin həllinə sistemli yanaşıb, Avropa istəyərsə, bizim təcrübəmizdən yararlana bilər.

Butov.az-ın APA-ya istinadən məlumatına görə, bu sözləri Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Ə. Həsənov bu ilin aprelində Ermənistan tərəfinin cəbhədə törətdiyi təxribatın qarşısının alındığını, 2-4 apreldə Azərbaycan Silahlı Qüvvələrinin torpaqları azad etməyə hazır olduğunu ortaya qoyduğunu söyləyib: “Mən həmişə ATƏT-in Minsk Qrupunun həmsədrlərini tənqid etmişəm. Amma son dövrlər münaqişənin tənzimlənməsinə münasibətdə Rusiyanın mövqeyində obyektiv yumşalma görürük. İndi Ermənistanda Rusiyaya qarşı çıxışlar etməyə başlayırlar. İrəvanda İkinci Dünya müharibəsində faşist rejiminə xidmət etmiş şəxsin heykəlini qoyublar. Bu gün Rusiya prezidentinin vasitəçiliyi ilə Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü var. Ümid edirik ki, bu görüşdə irəliləyiş olacaq, proqnozlar da bunu göstərir. İnanırıq ki, Rusiya prezidenti obyektiv mövqe ortaya qoyacaq. Bu, gec-tez olmalı idi, daim belə qala bilməzdi, haqq-ədalət öz yerini tutur. Biz münaqişənin obyektiv həllini gözləyirik. Azərbaycan prezidenti erməni anlarının da gözüyaşlı qalmasını istəmədiyini bildirib, biz sülh tərəfdarıyıq. Ancaq Ermənistan prezidenti Serj Sarkisyan biri neçə il əvvəl erməni gəncləri ilə görüşdə dedi ki, Dağlıq Qarabağı aldıq, siz gənclər də Ağrı dağını alarsınız. Belə insanla necə Qarabağ problemini həll etmək olar?! Təsəvvür edirsiniz ki, bizim prezidentin Serj Sarkisyanla oturması necə çətindir”.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!