Lüksemburq parlamenti siyasi avantüra meydanına çevrilib - BƏYANAT .....                        Rəsulzadənin sözləri "20 Yanvar"a qayıdacaq? - Rəsmi açıqlama .....                        Azərbaycanda yeni bulvar salınacaq .....                        Bu müəllimlərin maaşları artırıldı .....                        Rəşad Nəbiyev pakistanlı nazirlə görüş keçirdi .....                        Paşinyan İstintaq Komitəsinə yeni sədr tapdı .....                        Çovğun 70 min nəfəri işıqsız qoydu .....                        Bayden Ukraynanın 4,65 milyard dollarlıq borcunu silir .....                        Fidandan Ermənistan və Azərbaycana çağırış: bu tarixi fürsəti qaçırmayın! .....                       
Tarix : 6-02-2017, 20:02
Ramil Usubov BMT-nin nümayəndəsini qəbul etdi

Bu gün daxili işlər naziri, general-polkovnik Ramil Usubov BMT-nin ölkəmizə yeni təyin olunmuş rezident-əlaqələndiricisi Qulam İsakzaini və adıçəkilən qurumun Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Furio de Angelisi qəbul edib.

Butov.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, respublikamızın artıq 25 il müddətində BMT-nin üzvü olduğunu nəzərə çatdıran daxili işlər naziri dünyanın bu ən mötəbər beynəlxalq təşkilatı ilə əlaqələrinin genişləndirilməsi, onun çoxşaxəli əməkdaşlığa çevrilməsi və Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq aləmdə öz layiqli yerini tutması üçün olduqca fəal iş aparıldığını, qlobal sülh və təhlükəsizliyin qorunması üçün məsul olan bu qurumun daha səmərəli fəaliyyət göstərməsinə respublikamızın öz töhfəsini verdiyini vurğulayıb.

Görüşdə Azərbaycanın BMT-nin terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, narkotiklərin qanunsuz dövriyyəsinə, qanunsuz miqrasiyaya və insan alverinə qarşı mübarizə üzrə müvafiq Konvensiya və protokollarının iştirakçısı olaraq, bu təşkilatın bir çox xüsusi qurum və orqanları ilə səmərəli əməkdaşlıq münasibətlərinin davam etdiyi məmnunluqla vurğulanıb. Qeyd olunub ki, təkcə son 5 ildə respublikada və ayrı-ayrı xarici dövlətlərdə BMT-nin təşəbbüsü ilə keçirilən müxtəlif tədbirlərdə daxili işlər orqanlarının 500-dən çox əməkdaşı fəal iştirak edib.

Daxili işlər naziri rəhbərlik etdiyi qurumun insan və vətəndaş hüquq və azadlıqlarının təmini ilə bağlı ümumdövlət siyasətinin həyata keçirilməsinə, əməkdaşların peşə hazırlığı sisteminin təkmilləşdirilməsinə xüsusi önəm verildiyini, vətəndaş məmnunluğunun təmin edilməsi sahəsində də əhəmiyyətli işlər görüldüyünü diqqətə çatdırıb.

Şəxsi heyətin peşəkarlığının daha da artırılmasından, müasir informasiya-kommunikasiya texnologiyalarının, elmi-texniki tərəqqinin ən son nailiyyətlərinin əməliyyat-xidməti fəaliyyətdə tətbiqindən danışan Ramil Usubov hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi, hüquq qaydasına riayət edilməsinə videonəzarətin həyata keçirilməsi, fasiləsiz və canlı izlənilməsi, fövqəladə vəziyyətlərə çevik reaksiya verilməsi funksiyalarının yerinə yetirilməsi məqsədilə Nazirlikdə "Təhlükəsiz Şəhər" Avtomatik İdarəetmə Sisteminin, "102 " Zəng Mərkəzi sisteminin yaradıldığını xatırladıb.

Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiyanın diqqət mərkəzində dayandığı və belə qlobal xarakterli təhlükəli hallarla effektiv mübarizədə səylərin birləşdirilməsinin zəruriliyi vurğulanıb.

Qəbula və ətraflı məlumata görə təşəkkür edən Qulam İsakzai və Furio de Angelis fəaliyyət göstərdikləri qısa müddətdə ölkəmizdə böyük quruculuq işlərinin getdiyinin, iqtisadiyyatın durmadan inkişaf etdiyinin şahidləri olduqlarını, Azərbaycanda təhlükəsizlik məsələlərinin uğurla həll olunduğunu, hüquq-mühafizə, o cümlədən polis orqanlarının bu istiqamətdə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldiklərini xatırladıb, BMT-nin Azərbaycandakı strukturları ilə Daxili İşlər Nazirliyi arasında əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə səy göstərəcəklərini bildiriblər.


Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!