Zelenski Alyaska görüşünə niyə dəvət edilməyib? - Ağ Evdən CAVAB .....                        Azərbaycan və Ermənistanla sülh sazişi buna misaldır - Rubio .....                        Çin Çexiya Prezidenti ilə əlaqələri kəsdi .....                        Kür çayında kritik vəziyyət .....                        Elmar Məmmədyarov İrəvana səfir gedə bilər: "Necə məsləhətdir..." .....                        Zəngəzur dəhlizi qədim İpək yolunun bərpası deməkdir - Deputat .....                        Müəllimlərin sertifikasiyasının müsahibəsi nə vaxt başlayır? - RƏSMİ .....                        Ukrayna Rusiyanın işğal etdiyi ərazilərdən imtina edə bilər .....                        Tarix dərsliklərində Zəngəzur dəhlizindən BƏHS EDİLƏCƏK - RƏSMİ .....                       
Tarix : 3-10-2016, 18:16
Ramil Usubov İran daxili işlər nazirini qəbul edib


Daxili işlər naziri Ramil Usubovun dəvəti ilə İran daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli Azərbaycana rəsmi səfərə gəlib.

Butov.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, R. Usubov İran nümayəndə heyətini qəbul edib. Avqust ayında Bakıda üçtərəfli Azərbaycan-İran-Rusiya yüksək səviyyəli sammitinin keçirildiyini xatırladan nazir belə görüşlərin transmilli mütəşəkkil cinayətkarlıq və beynəlxalq terrorizmlə mübarizədə səylərin birləşdirilməsi üçün geniş imkanlar yaratdığını söyləyib. Oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ilinin tamam olacağını nəzərə çatdıran R. Usubov Ermənistanın hərbi təcavüzü və onun doğurduğu nəticələr barədə danışıb.

İran daxili işlər naziri Ə. R. Fəzli isə deyib ki, imzalanmış sazişlərin müddəalarının yerinə yetirilməsi eyni dinə, oxşar mədəniyyətə və tarixi köklərə malik iki ölkənin mənafelərinə tam uyğundur və bütün sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinə kömək göstərir. İstənilən inkişafın təməlində sabitlik amilinin dayandığı barədə həmkarının mövqeyini bölüşən Ə. R. Fəzli İran və Azərbaycandan fərqli olaraq, regionda qeyri-sabit situasiyanın hökm sürdüyünü qeyd edib. Qonaq istər ikitərəfli, istərsə də çoxtərəfli formatda əməkdaşlığın, məlumat və təcrübə mübadiləsinin bölgədəki vəziyyətə müsbət təsir göstərəcəyinə əminliyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə edilib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!