Yol Polisinə 35 milyon ayrıldı .....                        Yuliya Timoşenko korrupsiyada ittiham olunur .....                        Naxçıvana maneəsiz gediş-gəlişlə bağlı AÇIQLAMA .....                        Məktəblərdə yeni fənn tədris ediləcək .....                        Xəzərdə gəmi qəzaya uğradı .....                        Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı 6 dövlət proqramı hazırlanacaq .....                        Hikmət Hacıyev Ukrayna səfiri ilə bu məsələni müzakirə etdi .....                        Bakıda “brend saat” satan dələduz saxlanıldı .....                        Dövlət televiziya və radio arxivləri tam rəqəmsallaşdırılacaq .....                       
7-03-2022, 15:45
Prezident İlham ƏliyevMakrona məktub ünvanlayıb

Prezident İlham Əliyev: Ötən otuz ildə Azərbaycan-Fransa əlaqələri dinamik inkişaf edib, səmərəli əməkdaşlıq münasibətləri formalaşıb
1993-cü ildə Azərbaycan ilə Fransa arasında imzalanmış dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Müqavilə ikitərəfli münasibətlərimizin təməl prinsiplərini və inkişaf xəttini müəyyən etmişdi. Azərbaycan bu prinsiplərə daim sadiq qalaraq Fransa ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına çalışmışdır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makrona ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar ünvanladığı təbrik məktubunda ifadə olunur.
Məktubda vurğulanır ki, ötən dövr ərzində Azərbaycan-Fransa əlaqələri dinamik inkişaf edib, səmərəli əməkdaşlıq münasibətləri formalaşıb və bir çox sahələrdə yaxşı nailiyyətlər əldə olunub: “Bu gün Fransa şirkətləri Azərbaycanın iqtisadi həyatında fəal iştirak edir, Bakıda Fransız Liseyi və Fransız-Azərbaycan Universiteti uğurla fəaliyyət göstərir. Mehriban Əliyevanın bilavasitə rəhbərliyi altında ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına göstərilən diqqəti xüsusilə qeyd etmək istəyirəm. İnanıram ki, iqtisadiyyat, mədəniyyət, təhsil və digər sahələrdə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın inkişafı bundan sonra da xalqlarımızın və ölkələrimizin rifahına xidmət edəcəkdir”.
7-03-2022, 11:12
İmran Xan Qərbə CAVAB VERDİ


Rusiya bizim dostumuzdur” – İmran Xan Qərbə CAVAB VERDİ

Pakistanın Baş naziri İmran Xan ölkəsini Rusiyaya qarşı sanksiyalara qoşulmadığına görə tənqid edən xarici diplomatlara xəbərdarlıq edib.
İmran Xan 22 ölkəni təmsil edən diplomatların, o cümlədən Yaponiya, İsveçrə, Kanada, Böyük Britaniya və Avstraliya ilə birlikdə Avropa İttifaqı ölkələri də daxil olmaqla, Pakistanı neytrallığını dayandırmağa və sanksiyalara qoşulmağa çağıran məktubuna cavab verib:
“Moskvanı qınayırlar. Bizim haqqımızda nə düşünürsünüz? Biz sizin qulunuzuqmu? Nə desəniz, onu da edəcəyik?”,- deyə Baş nazir Xan Aİ səfirlərinə etiraz edib.
İmran Xan Pakistanın əvvəllər NATO-nun Əfqanıstandakı hərbi əməliyyatlarını dəstəklədiyinə görə əziyyət çəkdiyini bildirib:
“Biz Rusiya ilə dostuq, Amerika ilə də dostuq, biz Çin və Avropa ilə dostuq, biz heç bir düşərgədə deyilik”.
Qeyd edək ki, Qərb ölkələri Pakistanın da Rusiyaya qarşı sanksiyalara qoşulmasını tələb edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!