Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu martın 5-də Azərbaycana səfərə gəlir.
Butov.az AzVision.az-a istinadən xəbər verir ki, M.Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslərlə görüşəcək. O qeyd edib ki, Azərbaycana səfər zamanı keçirəcəyi görüşlərdə bir sıra regional məsələləri müzakirə edəcək.