Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                        Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə .....                        Pakistan qırıcıları Səudiyyə Ərəbistanında .....                        Pakistanda İranın maraqlarını müdafiə edirik - Pezeşkian .....                        Kürdə suyun səviyyəsi yüksəldi .....                        Türkiyədə polis əməliyyatları - 722 nəfər saxlanıldı .....                        İraqın yeni kürd prezidenti - Nizar Amidi .....                       
Tarix : 22-02-2021, 11:23
Çavuşoğlu ilə Ceyhun Bayramov ikitərəfli əlaqələri və regional məsələləri müzakirə edəcəklər
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Türkiyə-Azərbaycan-Türkmənistan xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşü barədə məlumat yayıb.

Butov.az xəbər verir ki, Türkiyə XİN-in mətbuat xidmətindən APA-nın yerli bürosuna verilən xəbərə görə, Türkmənistan Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov 23 fevral 2021-ci il tarixdə Türkiyəyə səfər edəcək.

Səfər çərçivəsində Türkmənistanla gündəmdə olan ikitərəfli və regional məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan R. Meredovu qəbul edəcək.

Bildirilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə Türkiyə-Azərbaycan-Türkmənistan xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşü keçiriləcək.

M. Çavuşoğlu azərbaycanlı həmkarı ilə görüşəcək. Görüş zamanı ölkələr arasında əlaqələr və regional məsələlərə dair əməkdaşlığı daha da inkişaf etdirmək üçün atılacaq addımlar ikili və üçlü formatda müzakirə olunacaq.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!