Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                       
Tarix : 2-03-2022, 17:26
Səfirlik Ukraynadan Polşaya gələn azərbaycanlılara müraciət edib

“Ukraynadakı vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının vətəndaşlarından Polşanın Ukrayna ilə sərhəd-keçid məntəqəsini keçdikdən sonra Polşa tərəfindən təklif edilən istiqamət üzrə hərəkət edən təxliyə avtobuslarına minmələrə xahiş olunur”.

Butov.az “Report”-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Polşadakı səfirliyi bildirib.

“Avtobuslar müxtəlif şəhərlərdə yerləşən qəbul məntəqələrinə hərəkət edir. Vətəndaşlarımız həmin qəbul məntəqələrində yerləşdirildikdən dərhal sonra Azərbaycan Respublikasının Polşadakı Səfirliyinin 0048576900183 saylı qaynar xəttinə bağlı whatsapp nömrəsinə yaxud consul_warsaw@mission.mfa.gov.az elektron poçt ünvanına aşağıdakı məlumatı göndərməlidirlər:

1) Pasportun (olmadığı təqdirdə şəxsiyyətini təsdiq edən istənilən sənədin) surəti (fotoşəkli);

2) Hazırda yerləşdirildiyi ünvan;

3) Telefon nömrəsi (və olduğu təqdirdə whatsapp nömrəsi);

4) Azərbaycanda yaxın qohumunun ünvanı və telefon nömrəsi.

Həmin məlumatlar əsasında vətəndaşlarımız siyahıya alınacaq və onlar üçün Polşadan Azərbaycana təxliyə uçuşları təşkil olunacaq. Təhlükəsizlik şərtlərini nəzərə alaraq, təxliyə təyyarəsinə yalnız adları Səfirliyin siyahısında olan şəxslər buraxılır. Təxliyə zamanı ilk növbədə qadınlara, uşaqlı valideynlərə, yaşlılara və tələbələrə üstünlük verilir. Digər kateqoriyadan olan vətəndaşlar növbəyə alınır”, - müraciətdə qeyd olunub.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!