İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                       
Tarix : 22-04-2019, 14:50
“Azərsu”dan yeni elektron xidmət

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən xidmətlərin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə "Abonentə aid ünvan məlumatlarının dəqiqləşdirilməsi” adlı yeni elektron xidməti istifadəyə verib.
Butov.az xəbər verir ki, qurumdan Azvision.az -a verilən məlumata görə, sayca 17-ci olan bu xidmət vasitəsilə abonentlər “Azərsu” ASC-nin informasiya sistemlərindəki ünvan məlumatlarını dürüstləşdirə bilərlər. Elektron xidmətdən istifadə etmək üçün www.azersu.az saytında “Elektron xidmətlər” bölməsindəki elektron xidmətlərin siyahısından "Abonentə aid ünvan məlumatlarının dəqiqləşdirilməsi" xidməti seçilməlidir. İstifadəçi şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil etdikdən sonra xidmətdən istifadə edə bilər.
Müraciət edən abonent tərəfindən aşağıda qeyd edilən məlumatlar sistemə daxil edilməlidir.

- Əhali və ya qeyri-əhali seçimi
Əhali qrupu seçimi edildikdə aşağıdakı məlumatlar sistemə daxil edilir:
- Abonent kodu
- Şəxsiyyət vəsiqəsinin FİN kodu
- Evin faktiki yerləşdiyi ünvanının xəritədə seçimi
- Evin faktiki yerləşdiyi ünvan
- Müraciət edilən abonentə aid mülkiyyəti təsdiq edən sənədin surəti
- Abonentin telefon nömrəsi və elektron poçt ünvanı

Qeyri-əhali qrupu seçilərkən aşağıdakı məlumatlar sistemə daxil edilir:

- Obyektin abonent kodu
- Obyektin VÖEN-i
- Obyektin faktiki yerləşdiyi ünvanının xəritədə seçimi
- Obyektin faktiki yerləşdiyi ünvan
- Müraciət edilən abonentə aid mülkiyyəti təsdiq edən sənədin surəti
- Müraciət edilən obyektin və ya müraciət edənin elektron poçt ünvanı və telefon nömrələri.

Məlumatlar daxil edildikdən sonra müraciət qeydiyyata alınaraq icra olunması üçün “Azərsu” ASC-nin müvafiq sukanal idarəsinə yönləndirilir. Daxil olan müraciətə baxılır və məlumatlar düzgün olduqda müraciət icra üçün qəbul olunur. Müraciət icra olunduqda abonentin məlumatları dürüstləşdirilir. Yeni xidmət ödənişsiz əsaslarla həyata keçirilir.
Müraciət icra olunduqdan sonra abonentin qeyd etdiyi telefon nömrəsi məlumatlandırma xidmətinə qoşulur. Gələcəkdə ərazi üzrə şəbəkə infrastrukturunda baş verən qəzalar və profilaktik işlər, həmçinin Cəmiyyət tərəfindən təqdim edilən xidmətlərdəki yeniliklər barədə abonent SMS vasitəsilə məlumatlandırılacaq. Qeyd edək ki, hazırda “Azərsu” ASC tərəfindən 17 adda elektron xidmət göstərilir. 2018-ci ildə bu xidmətlərdən istifadə ilə bağlı 345 min, 2019-cu ilin birinci rübündə isə 33 min müraciət qeydə alınıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!