Azərbaycanla Ermənistan separatizmə qarşı birgə mübarizə aparacaq .....                        Azərbaycan-Ermənistan sülh sazişinin tam mətni .....                        İran Vaşinqton razılaşmalarına mane ola bilməyəcək .....                        Paşinyan Ərdoğanla sülh sazişini müzakirə etdi .....                        İngiltərə Superkubokunun qalibi bəlli o odu .....                        Zəlzələdən sonra 4 nəfər dağıntılar altından çıxarıldı .....                        Zəlzələdən sonra 10 bina çökdü .....                        Pezeşkiandan Zəngəzur açıqlaması: məsələ şişirdilir .....                        Ərdoğandan zəlzələ ilə bağlı paylaşım .....                       
Tarix : 17-01-2017, 18:48
Şəxsiyyət və sürücülük vəsiqələrinin qüvvədən düşdüyünü öyrənmək asanlaşdı

SMS vasitəsilə məhkəmə qərarı ilə şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumat göndəriləcək.

Ədliyyə Nazirliyinin Kollegiyası “Mülki dövriyyə nəticəsində baş verən hüquqi hadisələrdən yaranan yeni hüquq və vəzifələr barədə fiziki və hüquqi şəxslərin məlumatlandırılması üzrə inzibati reqlament”i təsdiq edib.

Butov.az APA-ya istinadən xəbər verir ki, bu reqlament bu ildən qüvvədədir.

Reqlamentə əsasən, “exidmet.justice.gov.az” və “dxr.az” elektron ünvanlarında təqdim edilən elektron xidmət vasitəsilə fiziki şəxslər elektron xidmətin abunəçisi olaraq şəxsiyyət vəsiqəsi, ümumvətəndaş, xidməti və ya diplomatik pasportlar, sürücülük vəsiqəsi, ölkə ərazisində daimi və ya müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, dövlət qeydiyyatına alınmış vətəndaşlıq vəziyyəti aktları və ya notariat qaydasında təsdiq edilmiş etibarnamələrin qüvvədən düşməsi, həmçinin məhkəmə qərarları və əmrləri ilə şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və bu məhdudlaşdırmanın götürülməsi, hüquqi şəxslər isə ləğv olunmaları ilə bağlı məlumatları əldə edəcəklər.

Bunun üçün adına mobil telefon nömrəsi (hansı mobil operatorun xidmətindən istifadə edilməsindən asılı olmayaraq) olan istifadəçi elektron xidmətin təqdim edildiyi internet ünvanına daxil olaraq müvafiq pəncərəyə fiziki şəxsdirsə, fərdi identifikasiya nömrəsini (FİN) və ya şəxsiyyət vəsiqəsinin nömrəsini, hüquqi şəxsdirsə, vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN), mobil telefon nömrəsini, sistemdə olan təhlükəsizlik kodunu daxil edib “Abunə ol” və ya “Abunəni ləğv et” düyməsini vurur.

Bundan sonra daxil edilən mobil telefon nömrəsinə SMS vasitəsilə göndərilən kodu açılan yeni pəncərədə qeyd edərək “Təsdiq et” düyməsini vurmaqla sorğunu formalaşdırır. Məlumatlar tam və düzgün daxil edildikdə sorğu qəbul edilir və bu barədə bildiriş ekrana çıxır. Məlumatlar tam və ya düzgün daxil edilmədikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və bu barədə bildiriş ekrana çıxır, bildirişdə sorğunun qəbulundan imtinanın səbəbləri göstərilir.

Fiziki şəxslər elektron xidmətin abunəçisi olaraq şəxsiyyət vəsiqəsi, ümumvətəndaş, xidməti və ya diplomatik pasportlar, sürücülük vəsiqəsi, ölkə ərazisində daimi və ya müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, dövlət qeydiyyatına alınmış vətəndaşlıq vəziyyəti aktları və ya notariat qaydasında təsdiq edilmiş etibarnamələrin qüvvədən düşməsi, həmçinin məhkəmə qərarları və əmrləri ilə şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və bu məhdudlaşdırmanın götürülməsi, hüquqi şəxslər isə ləğv olunmaları ilə bağlı SMS vasitəsilə məlumatlandırılır.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!