Erməni idmançıların “Arsax” adlı musiqidən istifadə etməsinə qarşı tədbir görülüb .....                        Vensin Paşinyanla görüşü başladı .....                        Ukrayna ordusu əks-hücuma keçdi - kənd azad edildi .....                        Siyəzən sakini dəm qazından ölüb .....                        "Barselona"nın prezidenti istefa verdi .....                        36 yaşlı kişi dərmandan zəhərlənib öldü .....                        AXCP-nin rayon şöbəsinin sədri həbs edildi .....                        Bakıda Barış Mançonun xatirəsi anılacaq .....                        Prezident bu sazişi təsdiqlədi .....                       
Tarix : 19-04-2016, 17:59
Kənd təsərrüfatı texnikası üçün sürücülük vəsiqələrinin verilməsi proseduru müəyyənləşdirildi


Azərbaycanda kənd təsərrüfatı texnikası üçün sürücülük vəsiqələrinin verilməsi proseduru müəyyənləşdirilib.

Butov.az-ın APA-ya istinadən məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin aprelin 18-də imzaladığı “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli fərmanında dəyişikliklər edilməsi haqqında fərmanında əksini tapıb.

Kənd təsərrüfatı texnikası üçün sürücülük vəsiqəsi almaq istəyən şəxs Kənd Təsərrüfatı Nazirliyinə Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi), müstəqil hazırlıq keçən şəxslər istisna olmaqla, digər şəxslər üçün müvafiq kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə tədris planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçmələri barədə təhsil müəssisəsinin sənədi, Azərbaycanın müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş formada tibbi arayış və sürücülük vəsiqəsi verilməsi üçün dövlət rüsumunun ödənilməsi sənədi təqdim etməlidir.

Sürücülük vəsiqəsi almaq istəyən şəxs Kənd Təsərrüfatı Nazirliyinə sənədləri bilavasitə və ya internet vasitəsilə təqdim edəcək. Sənədlər tələblərə uyğun olduqda şəxsə yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan verəcəyi tarix və vaxt barədə bilavasitə və ya internet vasitəsilə məlumat veriləcək.

Sənədlər göstərilən tələblərə uyğun olmadıqda şəxsə uyğunsuzluğun aradan qaldırılması qaydası izah olunacaq.

Şəxs yaşadığı və ya olduğu ərazi üzrə imtahan-qeydiyyat məntəqəsində imtahan vermək hüququna malikdir.

Sürücülük vəsiqəsi Kənd Təsərrüfatı Nazirliyinin imtahan-qeydiyyat məntəqələrində yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları müvəffəqiyyətlə vermiş şəxslərə həmin orqan tərəfindən 30 dəqiqə ərzində veriləcək.

Sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 30 dəqiqə ərzində həyata keçiriləcək.

Nazirlik tərəfindən sürücülük vəsiqələrindəki məlumatların mərkəzləşdirilmiş uçotu aparılacaq.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!