Ukrayna Rusiyanın hərbi zavodlarına zərbələr endirdi .....                        Gənclər şəhərciyində partlayış .....                        Azərbaycanlılara işgəncə verənlərin adları AÇIQLANDI .....                        Lavrov Fidanla danışıqlar apardı .....                        Xocalı cəlladı HƏBS EDİLİR? .....                        Trampa sui-qəsdi dəstəkləməmişik - Pezeşkian .....                        General Xəlil Arslanova 17 il həbs .....                        Sürücülərin nəzərinə! - Bu küçələrə yenilik var .....                        Paraşütlə qayalara çırpılan qadınla bağlı yeni TƏFƏRRÜAT .....                       
27-12-2021, 11:13
XİN illik hesabatını təqdim edir - CANLI YAYIM

Xarici İşlər Nazirliyində ilin yekunlarına dair mətbuat konfransı keçirilir.

Bütöv.az-ın məlumatına görə, tədbirdə xarici işlər naziri Ceyhun Bayramov hesabatla çıxış edir.

Həmin mətbuat konfransının görüntülərini təqdim edirik:

27-12-2021, 10:44
Dörd yaşlı Asif Prezidentlə görüşündən danışdı - VİDEO

Bir neçə gün öncə Prezident İlham Əliyevin Şuşada görüşüb söhbətləşdiyi 4 yaşlı Asif İctimai Televiziyanın mikrofonuna danışıb.

O, Prezidentlə görüşünə sevindiyini deyərək, hisslərini bölüşüb.

Sözügedən videonu təqdim edirik:




Bütöv.az
27-12-2021, 09:57
İlham Əliyev AZƏRTAC-ın yeni binası ilə tanış oldu - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 27-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın yeni binası ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, Agentliyin İdarə Heyətinin sədri Aslan Aslanov dövlətimizin başçısına binada yaradılan şəraitlə bağlı məlumat verib.



Bütöv.az
24-12-2021, 20:18
İlham Əliyev onu təbrik edənlərə təşəkkür edib

“Son günlər ərzində mənə çoxlu təbrik məktubları gəlir, təbriklər gəlir, həm xaricdən həmkarlarımdan, müxtəlif ölkələrin dövlət və hökumət başçılarından, xaricdə yaşayan azərbaycanlılardan, təbii ki, ölkə vətəndaşlarından. Mən bütün insanlara - mənə xoş sözlər ünvanlayan, təbrik edən insanlara öz təşəkkürümü bildirmək istəyirəm”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Şuşanın məşhur Cıdır düzündə çıxışında deyib.

“Xüsusilə Azərbaycan xalqına öz təşəkkürümü bildirmək istəyirəm, həm təbriklərə görə, həm də mənə göstərilən dəstəyə görə. Mən bu dəstəyi 2003-cü ildən - Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq”, - İlham Əliyev vurğulayıb.

Bütöv.az
24-12-2021, 15:47
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng etdi

Dekabrın 24-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edib, ona Azərbaycanın firavanlığı və inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə daim yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq, əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

Telefon söhbəti zamanı əlaqələrimizin inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

Bütöv.az
24-12-2021, 15:45
İlham Əliyev MDB liderlərinin qeyri-formal görüşündə iştirak edəcək

Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə dekabrın 28-də Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin dövlət başçılarının ənənəvi qeyri-formal görüşü keçiriləcək.

Bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev, Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iştirak edəcək.

Bütöv.az
24-12-2021, 15:21
Prezidentdən yeni TƏYİNATLAR

İqtisadiyyat nazirinə yeni müavinlər təyin edilib.

Bütöv.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.
Sərəncama əsasən, Rövşən Çingiz oğlu Nəcəf nazirin birinci müavini, Sahib Əli oğlu Məmmədov müavin təyin edilib.
Qeyd edək ki, R. Nəcəf bu təyinata qədər iqtisadiyyat nazirinin müavini idi.



24-12-2021, 12:58
“Azərenerji”dən Prezidentə təbrik VİDEOÇARXI

İşğaldan azad edilən ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi, sözügedən rayonların ən qısa vaxtda Azərbaycanın ümumi enerji sisteminə qoşulması ilə bağlı Prezidentin enerji strategiyasına uyğun olaraq 2021-ci ildə kompleks işlər həyata keçirilib.

Prezident İlham Əliyevin iştirakıyla azad edilmiş ərazilərdə istismara verilən enerji obyektləriylə bağlı “Azərenerji” tərəfindən videoçarx hazırlanıb.

Qeyd edək ki, bu günədək Qarabağ və Şərqi Zəngəzurda “Güləbird”, “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyaları yenidən qurularaq Prezidentin iştirakı ilə istismara verilib. “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasında isə yenidənqurma işləri tamamlanıb. Bu 4 elektrik stansiyasının ümumi gücü 20 meqavatdan artıqdır.

2021-ci ildə Qarabağ və Şərqi Zəngəzurda 110/35/10 kV-luq 9 rəqəmsal yarımstansiya tikilib. Mayın 12-də “Şuşa”, iyunun 14-də “Füzuli” və “Şükürbəyli”, avqustun 16-da “Kəlbəcər”, oktyabrın 4-də “Cəbrayıl”, oktyabrın 20-də “Zəngilan”, oktyabrın 25-də isə “Qubadlı” yarımstansiyalarının Prezidentin iştirakı ilə açılışı olub.

Ağdam rayonunda inşa edilən 110/35/10 kV-luq “Ağdam-1”, “Ağdam-2” yarımstansiyalarının, o cümlədən “Qarabağ” Regional Rəqmsal İdarəetmə Mərkəzinin tikintisi yekunlaşıb.

“Şükürbəyli” yarımstansiyasına Beyləqandan 51 km məsafədə 110 kV-luq yeni xətt çəkilib. Ən əsası Şükürbəylidən Şuşaya 75 km, eyni zamanda “Cəbrayıl” və “Qubadlı” yarımstansiyalarına giriş-çıxış olmaqla “Zəngilan” yarımstansiyasına qədər 110 km məsafədə ikidövrəli olmaqla 110 kV-luq ötürmə xətti çəkilib. Həmçinin “Qubadlı” yarımstansiyasından “Güləbird” SES-ə 19 km məsafədə 110 kV-luq xətt inşa edilib. Bundan əlavə “Daşkəsən” yarımstansiyasından Murov dağını keçməklə yeni tikilən “Kəlbəcər” yarımstansiyasına 70 km məsafədə ikidövrəli olmaqla 110 kV-luq ötürmə xətti gətirilib. Həmçinin “Xındırıstan” yarımstansiyasından minalanmış əraziləri keçməklə yeni tikilən “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarına 35 km məsafədə ikidövrəli olmaqla 110 kV-luq ötürmə xətti çəkilib.

Qarabağ və Şərqi Zəngəzurda tikilən 9 yarımstansiyanın hamısı Azərbaycanın ümumi enerji sisteminə qoşulmaqla yanaşı, tam rəqəmsallaşdırılıb. Belə ki, dördüncü Sənaye inqilabına uyğun olaraq intellektual enerjisistem konsepsiyası həyata keçirilərək müasir, dayanıqlı, rəqəmsallaşdırılmış yarımstansiyalar modeli formalaşdırılıb. İstismara verilən rəqəmsal yarımstansiyalarda aktivlərin, proseslərin, resursların idarə edilməsi, açılıb qoşulma əməliyyatları, tədarük və paylanma zəncirlərinin təkmilləşdirilməsi, qüsurların vaxtında aradan qaldırılması, problemlərin tez həlli proqram təminatı vasitəsi ilə avtomatik həyata keçirilir.



Bütöv.az
24-12-2021, 12:18
Müxalifət partiyalarının liderləri Prezident İlham Əliyevi təbrik ediblər

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalarının rəhbərləri Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik ediblər.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə, Müstəqil Xalq Partiyasının sədri Əflan İbrahimov, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev, Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova, Gələcək Azərbaycan Partiyasının fəxri üzvü Rəsul Quliyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Azərbaycan Kommunist Partiyasının nümayəndəsi Hacı Hacıyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Ümid Partiyasının sədri İqbal Ağazadə, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Milli Vəhdət Partiyasının sədri Yunuz Oğuz, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğlu, Azərbaycan Milli Demokrat Partiyasının sədri Tufan Kərim, Ağ Partiyasının sədri Tural Abbaslı, Birlik Partiyasının sədri Xudadat Xudiyev dövlət başçısına təbrik məktubu ünvanlayıblar.

Partiya liderləri Prezident İlham Əliyevi təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Bütöv.az
24-12-2021, 12:15
İlham Əliyevin Nobel sülh mükafatına namizədliyi irəli sürülməlidir - TƏKLİF

Milli Məclisin iclasında deputat Elşad Mirbəşir Prezident İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib.

Bütöv.az xəbər verir ki, deputat İlham Əliyevin regional sülh və təhlükəsizliyin təmin olunması istiqamətindəki addımlarını sadalayıb.

O təklif edib ki, İlham Əliyev Nobel sülh mükafatına namizəd kimi irəli sürülməlidir.

“Biz bu prosedurları həll edib cənab Prezidentin namizədliyini Nobel sülh mükafatına təqdim etməliyik”, - deyə o əlavə edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!