Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                       
Tarix : 26-01-2022, 16:32
Dövlət Xidmətinə çörək və unun qiymətinin artması ilə bağlı müraciətlər daxil olub

Azərbaycanda çörək və unun qiymətinin artması ilə bağlı Dövlət Xidmətinə 36 müraciət daxil olub, müraciətlərə qanunamüvafiq qaydada baxılması təmin edilir.

Bu barədə Oxu.Az-ın sorğusuna əsasən, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.

Dövlət Xidmətindən bildirilib ki, COVID-19 pandemiyası ilə əlaqədar dünya iqtisadiyyatında yaranan qeyri-müəyyənliklər, təchizat zəncirlərinə mütəmadi təzyiqlər, ölkələrin tələbdən artıq ehtiyat yaratmaları, müxtəlif ekoloji faktorlar, 2021-ci il ərzində dünya bazarlarında ərzaqlıq buğdaya tələbin artması və buğda istehsalçısı olan ölkələrin daxili bazarı qorumaq məqsədilə həyata keçirdiyi qoruyucu tədbirlər fonunda ərzaqlıq buğdanın qiyməti kəskin artıb. Əlavə edilib ki, ən böyük ərzaqlıq buğda istehsalçılarından biri və Azərbaycana idxal edilən buğdanın əsas mənbə ölkəsi olan Rusiya Federasiyasının 2021-ci ilin fevral ayından yüksək ixrac rüsumları tətbiq etməsi idxal olunun ərzaqlıq buğdanın qiymətində kəskin bahalaşmaya gətib çıxarıb.

Qeyd edilib ki, Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşır:

“2021-ci il ərzində ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasının Azərbaycana mənfi təsirlərinin azaldılması məqsədi ilə fevral ayından dekabrın sonunadək hökumət tərəfindən ayrılmış böyük həcmdə subsidiyalar hesabına buğda və unun qiymətlərinin real qiymətlərdən aşağı saxlanılması təmin olunub. Bu məqsədlə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2024-cü il tarixinədək buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı ƏDV-dən azad edilib. Ərzaqlıq buğda və un ixracının qarşısının alınması üçün Nazirlər Kabinetinin müvafiq Qərarı ilə 1 may 2022-ci il tarixinədək ərzaqlıq buğdanın və unun ixracına 1 ton üçün 200 ABŞ dolları rüsum müəyyən edilib.

Qeyd etdiyimiz kimi, ölkədə satılan unun və çörəyin qiyməti ərzaqlıq buğdanın hazırkı idxal qiymətinə uyğun olaraq, bazar prinsipləri əsasında yenidən formalaşır. Mövcud qiymət dalğalanması şəraitində ənənəvi (dairəvi) çörəyin qiymətində və çəkisində, unun və digər çörək növlərinin isə qiymətində əsassız dəyişikliyin qarşısının alınması, qiymət formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunması məqsədilə istehlak bazarında mütəmadi monitorinqlər aparılır. Monitorinqlər zamanı qanunvericiliyin pozulması əlamətləri aşkar olduğu təqdirdə Dövlət Xidməti tərəfindən ciddi tədbirlər görüləcək”.

Bütöv.az


Paylaş



Bölmə: Sosial / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!