Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                        Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir .....                       
Tarix : 23-04-2025, 21:05
Nağıldan gerçəkliyə uşaq sevgisi: Dürrə Rzayeva ilə Müsahibə

Nağıldan gerçəkliyə uşaq sevgisi: Dürrə Rzayeva ilə Müsahibə

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamını nəzərə alaraq, əsas fəaliyyət istiqaməti uşaq hüquqlarının təmin olunması, onların pozulmuş hüquq və azadlıqlarının bərpa edilməsi, həmçinin təhsilə olan maraqlarının artırılması ilə bağlı mövcud problemlərin həllinə dəstək göstərilməsini daim diqqətdə saxlayan “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin həyata keçirdiyi “Biri vardı, biri yox: nağıldan gerçəkliyə” layihəsinin ilk qonağı ”Dəniz Uşaq Baxça”sının təsisçisi Dürrə xanım Rzayeva oldu. Dürrə xanımla müsahibəni sizlərə təqdim edirik.
Valideynləri ən çox narahat edən nədir?
Uşağın sağlamlığını qorumaq çox vacibdir. Bu, hər bir valideynin düşünülmüş qayğısı olmalıdır. Uşaqlar normal və sağlam şəkildə qidalanmalı, sağlamlığın tələblərinə uyğun şəraitlə təmin olunmalıdırlar. Ona görə də ilk növbədə valideynlər qidalanma ilə maraqlanırlar. Həftəlik menyu ilə tanış olurlar, əti, yağı hardan aldığımızı soruşurlar. Daha sonra müəllimələr və tərbiyəçilər haqqında, onların təcrübələri ilə bağlı məlumat alırlar. Uşaqlarla necə davrandıqlarını öyrənməyə çalışırlar. Bununla bərabər həftəlik tədris proqramı ilə də tanış olurlar. Təbii ki, baxçanın ümumi şəraiti ilə tanışlıq valideynləri qane edirsə, o zaman övladlarını bizə etibar edirlər.
Hansı daha çətindir: uşaqlarla xoş münasibətdə olmaq ya valideynlərlə?
Mənim üçün uşaqlarla xoş münasibətdə olmaq heç də çətin deyil. Çünki mən uşaqları çox sevirəm. Hər sabah işə çatan kimi çantamı otağa atıb həmən qruplara keçirəm. Bir-bir bütün uşaqları öpürəm və onlardan gələn enerji axınını hiss edirəm ki, onlar da məni necə sevirlər. Ümumiyyətlə gələcəyimiz olan uşaqlara qayğıkeş münasibət, onların problemlərinə həssas yanaşmaq xalqımızın əsrlər boyu qoruyub yaşatdığı milli-mənəvi dəyərlərdən biri, dövlətimizin uşaq siyasətinin təməl daşıdır. Valideynlərə gəldikdə isə onlarla da xoş münasibəti tez bir zamanda qurub, çox da yaxşı anlaşırıq. Çünki ailələr və baxça arasında qarşılıqlı münasibətlərin artıq kifayət qədər böyük təcrübəsi var. Zaman çox dəyişib, yeni təcrübələr, yeni paradiqmalar, o cümlədən valideynlərin dəyişməsi onların rolunun artmasına səbəb olmuşdur. Valideynlər uşaqların təhsilinə indi daha çox təsir göstərir, bununla çox maraqlanır, uşaqları yönəltməyə çalışırlar. Ona görə valideynlərlə münasibətlərin əhəmiyyəti artmışdır.
Uşaqların məktəbə hazırlığının təmin edilməsi üçün nəyə ilk növbədə diqqət yetirmək lazımdır?
İlk növbədə müəllimənin qrupu ələ alması, toparlması çox vacibdir. Bizim müəllimələrimiz pedaqoji təhsilli, təcrübəli və bu sahə üzrə müxtəlif təlim və seminarlarda iştirak edib uğur qazanmış kadrlardır. Yəni onlardan istədiyimz nailiyyətləri ala biliriq. Bizim baxçadan məzun olan uşaqlar istər dövlət, istərsə də özəl məktəblərə imtahandan uğurlu nəticə alanda valideynlər gəlib bizə çox təşəkkür edirlər. Çünki həmin uşaqlar əlavə olaraq hər hansı bir hazırlığa getmədən bu uğuru əldə edirlər. Bununla bərabər, müxtəlif ölkələrin təcrübəsi göstərir ki, uşaqların tərbiyəsində və dərslərinin hazırlığında problemləri həll etmək ailənin iştirakı ilə daha asan başa gəlir. Eyni zamanda ailələrlə birlikdə daha ciddi uğurlara imza atmaq mümkündür. Uşaqların dəyərlər sisteminin yaranmasında, ehtiyac və motivlərinin istiqamətlənməsində, dünyagörüşünün təməlinin qoyulmasında, sosiallaşmasında, insana, vətənə, tarixə və mədəni irslərə münasibətinin formalaşmasında ailə mühitinin ciddi rolu var. Ailə hər zaman uşaqların intellektual inkişafında təsirli rola sahibdir.
Valideynlərdən ayrılmaq istəməyən uşağın baxşaya cəlb edilməsinin ən əlverişli üsulu hansıdır?
Doğrusu bizim baxçaya gələn elə bir uşaq yoxdur ki, valideynindən ayrılmaq istəməsin. Hətta valideynlər bizə söyləyir ki, istirahət günləri belə uşaqlar paltarlarını götürüb qapının qarşısında dayanıb bizə baxçaya apar deyirlər. Bəzi uşaqlar təzə gələn vaxt hardasa üç ya dörd gün çətinlik çəkirlər. Biz də əlimizdən gələn qədər çalışmışıq ki, bu müddət uzun olmasın və uşaqlar əziyyət çəkməsin. İstisna hallar olub ki, belə bir durum bir həftə, ən uzağı bir ayı əhatə edib. Şükürlər olsun ki, biz bu mənada çox əziyyət çəkmirik. Müəllimlərimizin, tərbiyəçilərimizin uşaqlarla peşəkar davranışları sayəsində bu durumu tezliklə atlatırıq. Onlara sevgi və qayğı ilə elə qucaq açırıq ki, evə getmək saatı gələndə belə burdan ayrılmaq istəmirlər. Tədris müddətində keçirilən dərslər, intellektual oyunlar, gəzintilər, masterclasslar və tədbirlər onları bu qədər xoşbəxt edir. Uşaqlar gülüşü ilə güldürən, göz yaşları ilə ürəkləri sızladan, saf baxışları ilə düşündürən, qucaqları isidən, sevildikcə sevilən fidanlardır. Uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir. Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətə faydalı vətəndaş, vətənə sadiq övlad kimi böyütmək nə qədər çətin olsa belə o qədər də şərəflidir.
Uşaqların gün ərzində qidalanmasında valideynlərin istəyini nəzərə alırsınızmı?
Əlbəttə ki, nəzərə alırıq. Elə uşaqlar var ki, şorbanı sevmədiyi üçün valideyni deyir mənim uşağıma qətiyyən şorba verməyin. Və yaxud allergiyası olan, səhhətində bu və ya digər narahatçıığı olan uşaqlar da var ki, biz onların qidalanmasına nəzarət edirik. Müxtəlif yeməkləri və meyvələri onlardan uzaq tuturuq. Onu da sizə deyim ki, məhz səhhəti ilə deyil, müxtəlif kaprizlərdən dolayı şorba və ya bir sıra yeməkləri, meyvələri evdə yeməyən uşaqlar burda həmyaşıdları ilə bərabər həmin qidaları sevə-sevə yeyirlər. Biz də telefonla çəkib valideynlərinə göndəririk ki, evdə yemədiklərini baxçada necə bəh-bəhlə yeyirlər. İnanın biz o zaman çox sevinirik. Sevinirik ona görə ki, valideynlər övladlarının qidalanması baxımından arxayın olurlar. Həm də ona görə sevinirik ki, uşaqları hər mənada razı salmaq baxçamızın ümumi kollektivinin uğurudur. Kollektivimizin ən başlıca prinsipləri uşaqlara və valideynlərə xeyirxah münasibət göstərməkdir. Valideynlərə baxçanın ümumi kollektivi ilə həmfikir və eyni məqsəd üçün çalışdığımız müttəfiq kimi baxırıq. Onlarla sistemli iş quraraq çağdaş tendensiyaları və yenilikləri birlikdə öyrənib tətbiq etməyə can atırıq.
Sizcə baxça tərbiyəçisi ilk növbədə hansı xüsusiyyətlərə malik olmalıdır?
Baxça tərbiyəçisi əslində çox çətin və məsuliyyətli bir peşədir. Onlar işlərinin peşəkarı olmaqla bərabər, həm də çox yaxşı insan olmalıdırlar. İlk növbədə uşaqları sevməli və o sevgini də uşaqlara içdən aşılamalıdırlar. Hər bir uşağın fərqli cəhətlərini, özəlliklərini bilməli və ona görə davranmalıdırlar. Bu mənada valideynlərlə məsləhətləşmək, onlara əsl partnyor kimi yanaşmaq lazımdır. Müəllimələr və tərbiyəçilər valideynlərlə məsləhətləşərək nəyisə həll etməyə həmişə ehtiyac duyublar. Ona görə tərbiyəçilər valideynlərin komponentliyini, uşaq-valideyn münasibətlərində seçdiyi üslubu və baxçadan gözləntilərini öyrənməyi bilməlidirlər. Uşaqların mədəni səviyyəsi, ictimai dəyərlərə sayğısı, şəxsi motivasiya və əzmi də ailədən birbaşa asılıdır. Valideynlər təhsil sisteminin vacib halqasına daxildir. Məhz onların köməyi və iştirakı ilə ailənin təsirini müsbətə doğru və daha yüksəyə çatdırmaq olar. Ona görə də baxça və müəllim, tərbiyəçi üçün valideynin etimadını qazanmaq, onları müttəfiqə çevirmək çox vacibdir. Müəllimlər və valideynlər həm də uşaqların əxlaqi tərbiyəsində tərəfdaş olmalıdırlar. Çünki uşağı şəxsiyyət kimi formalaşdırmaq kimi ümumi bir vəzifəni yerinə yetirirlər. Bu baxımdan valideynlərlə əlaqənin möhkəmlənməsinə can atmalı, uşaqların uğurları və uğursuzluqları barədə valideynlər üçün müntəzəm hesabatlar tərtib etməlidirlər.

Təcrübə mübadiləsi baxımından digər baxçalarla əlaqə qurursunuzmu?
Düzünü desəm ki, bir baxçayla əlaqə yaratdıq və müəyyən bir dönəm ərzində müşahidə etdik ki, biz bu baxçanın hər hansısa bir təcrübəsindən faydalana bilmirik. Əksinə, onlar bizim kobud dildə desək ideyalarımızı təkrarlayırlar. Məhz bu səbəbdən yenidən hər hansısa bir baxça ilə sıx münasibətdə olmuruq. Daha çox çalışırıq ki, beynəlxalq təcrübələrdən yararlanaq. Bu mənada baxçamızın SMM-i ilə bərabər, bütün kollektivimiz müxtəlif ölkələrin uşaq baxçalarının sosial şəbəkələr üzərindən səhifələrini incələyir və diqqətimizi çəkən maraqlı fəaliyyətləri kollektivin köməkliyi ilə birlikdə öz baxçamızda tətbiq etməyə çalışırıq. Təbii ki, büdcəmizi aşmayan, maddi durumumuzun yetdiyi qədər maraqlı ideyaları reallaşdırmaqla gələcəyimiz olan uşaqları xoşbəxt etmək istəyirik. Uşaqları yaxşı böyütməyin ən yaxşı yolu onları sevindirməkdir.
Necə düşünürsünüz, uşaq baxçalarının müəllimələri və tərbiyəçilərinin ixtisaslarının artırılması üçün xüsusi kursların təşkili vacibdirmi?
Bəli, ixtisas artırılması istiqamətində kurslar mütləqdir. Doğrudur, biz baxçamıza peşəkar kadrları cəlb etmişik. Ancaq yenə də, davamlı olaraq hər bir kadrın öz üzərində çalışması, bu kimi kurslara getmələri vacibdir. Məsələn biz kadr seçimində hər hansı bir yaş məhdudiyyəti müəyyənləşdirməmişik. Yaşından asılı olamayaraq peşəsini sevən, öz üzərində çalışan, baxçanın müəyyən etdiyi proqramdan kənara çıxıb özlərinin də digər kurslardan, seminarlardan əldə etdikləri biliklərini uşaqlara aşılayan kadrlara üstünlük veririk. Uşaqların zehninin inkişafına müsbət təsir göstərən maraqlı oyunları, yarışmaları və digər yenilikləri gətirən kadrlarımız var ki, onlar hətta müxtəlif tamaşalardan maraqlı səhnəciklər qurub uşaqlarla bərabər rola girirlər. Müxtəlif obrazları canlandırıb onlarla bir səhnəni paylaşırlar. Hətta bu yaxınlarda yenə bir neçə maraqlı səhnəciklər hazırlayıb “Qocalar evi”ndə görüş keçirib, uşaqlarla birgə onların üzündəki gülüş oldular. İnanın ki, biz çıxanda yaxınlaşıb hələ sizdən doymamışıq, bəlkə hələ getməyəsiz deyirdilər. Cəmiyyətin həssas və kövrək təbəqəsi olan qocalarla görüşlərin təşkilində məqsədimiz uşaqlarda yaşlı nəsilə qarşı sevgi və qayğı göstərməyi öyrətmək və onları xeyixah əməllərə həvəslindirməyə çalışmaqdır. Çünki yüksən ünsiyyət və demokratiklik, sevgi və dəstək, tələb və qadağalar birləşərək çalışqan, möhkəm xarakterli, intizamlı, mehriban, bir sözlə xoşbəxt uşaqların formalaşmasına gətirib çıxarır. Bundan əlavə “Milli Aviasiya Akademiyası”, “Xətai Rayon Polis İdarəsi”, “Müharibə və əmək əlilləri üçün pansionat”, “Dövlət Sərhəd Xidməti Akademiyası“, “Qarabağ İdman Klubu”, Qadın və Uşaq Sığınacaq”larında uşaqlarla bərabər görüşlər keçirib, bir sıra nəzərdə tutduğumuz layihələri rellaşdırıb və o layihələr istiqamətində sosial çarxlar hazırlayıb baxçamıza məxsus səhifələr üzərindən yayımlamışıq. Ən böyük məqsədimiz odur ki, gələcəyimiz olan uşaqlar yaşadıqları torpağın, vətəndaşı olduğu ölkənin mənafeyini böyüyəndə müdafiə etməyi bacarsınlar. Hamımız uşaqlarımızın gələcək taleyi üçün məsuliyyət daşıyırıq. Məsuliyyət daşıyırıq ona görə ki, bu gün qayğısız böyüyən uşaqlarımız sabah Vətənin, millətin, xalqın gələcəyi üçün laqeyd olmasınlar.
Fotolar








Paylaş



Bölmə: Sosial / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!