“Qarabağ” qələbə qazandı .....                        Tramp məni oğlu kimi görür - Zelenski .....                        Ramazanın 25-ci günündə imsak və iftar vaxtı .....                        Azərbaycan və Avropa İttifaqı münasibətlərində yeni mərhələ .....                        Müharibəni dayandırın! .....                        Lukaşenko naziri qorxudan zarafat etdi .....                        "Abraham Linkoln" gəmisini sıradan çıxardıq - İran generalı .....                        ABŞ İranla müharibədən geri çəkilməlidir - Ağ Evdən çağırış gəldi .....                        9000 dollarlıq fotoaparat oğurlayan qadın tutuldu .....                       
Tarix : 1-06-2017, 12:28
MM-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı dəyirmi masa keçirilib

Milli Məclisdə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə “Mənim səsim-mənim hüquqlarım: parlamentdə müzakirə” adlı dəyirmi masa keçirilib.

Butov.az-ın APA-ya istinadən məlumatına görə, tədbirdən əvvəl MM-in foyesində uşaqların əl işlərindən ibarət sərgi ilə tanışlıq olub.

Dəyirmi masada MM-in vitse-spikeri, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, UNİCEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin, deputatlar və uşaqlar iştirak edib.

B. Muradova bildirib ki, Azərbaycan dövləti uşaq hüquqlarının qorunması ilə bağlı beynəlxalq konvensiyalardan irəli gələn öhdəlikləri yerinə yetirməkdədir: “Bu gün bütün dünyada, o cümlədən Azərbaycanda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilir. Azərbaycan bütün insan hüquqlarına, onun tərkib hissəsi olan uşaq hüquqlarına çox hörmətlə, diqqətlə yanaşır. Dövlətimizin əsas siyasəti uşaqların təhsilinin, sağlamlığının təmin edilməsi, uşaqlar üçün bərabər imkanların yaradılmasıdır və bunun üçün bütün addımlar atılır”.

B.Muradova əlavə edib ki, uşaqların daha firavan yaşaması üçün atılan addımlardan biri də 2009-cu ildə ölkədə “Uşaq ili”nin elan edilməsi olub. Bu il həm də Uşaq Forumunun keçiriləcəyini deyən MM sədrinin müavini bildirib ki, həmin forumda səslənən təklifləri, qaldırılan məsələləri parlamentin sonrakı fəaliyyəti dövründə nəzərə alacaqlar.

Hicran Hüseynova isə uşaqlara qarşı dövlət qayğısından danışaraq hər il uşaq hüquqlarının müdafiəsi ilə bağlı müxtəlif tədbirlər keçirildiyini deyib. Komitə sədri uşaqların hüquqlarının müdafiəsi sahəsində valideyn məsuliyyəti ilə bağlı problemlərin həllindən də danışıb.

Tədbir iştirakçıların çıxışları ilə davam edib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!