Bir kəndin əhvalatı .....                        Azərbaycanda qəbiristanlıqdan oğurluq .....                        İsrail HƏMAS-ın komandirlərini öldürdü .....                        Naxçıvanda qəza: şəhərdə su kəsildi .....                        Plastik əməliyyatlarla bağlı yerli protokollar mövcud deyil - RƏSMİ .....                        Overçuk Ermənistanı hədələdi .....                        Yanğına görə 200 min nəfərə xəbərdarlıq edildi .....                        Ərdoğan Baxçalını evində ziyarət etdi .....                        İran generalı ölkəsini ifşa etdi - Şok səs yazısı yayıldı .....                       
22-04-2022, 07:18

Nəriman Nərimanovun xatirə muzeyində “Qədim Şuşa” tədbiri keçirildi
Nəriman Nərimanovun xatirə muzeyində “Qədim Şuşa” tədbiri keçirildi

Aprelin 19-da Nəriman Nərimanovun xatirə muzeyində muzey rəhbərliyinin və “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi Ictimai Birliyinin təşkilatçılığı ilə “Qədim Şuşa” adlı tədbir keçirildi. Tədbirdə “Aytam” UMMİB-nin sədri Aygün Zamanlı, birliyin üzvləri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı, publisist, 226 saylı tam orta məktəbin tarix müəllimi Təranə Cəbiyeva, N.Nərimanov adına 45 nömrəli tam orta məktəbin rus dili müəllimi Xatirə Əliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatının sədri Həsənxanlı Murad və təşkilatın fəal üzvləri, 226 və 45 nömrəli tam orta məktəblərin şagirdləri iştirak etdi.
Tədbiri giriş sözü ilə muzeyin direktoru Ləman Hüseynova açaraq, qonaqları salamladı. Sonra Təranə Cəbiyevanın vətənpərvərlik mövzusuna həsr etdiyi şerlərindən ibarət videoçarx nümayiş olundu. Muzeyin direktoru Ləman Hüseynova çıxışında bu günki tədbirin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ilin Azərbaycan Respublikasında “Şuşa ili” elan edilməsi ilə bağlı imzaladığı Sərəncamla əlaqədar keçirildiyini diqqətə çatdırdı. Təranə Cəbiyeva çıxışında qeyd etdi ki, “vaxtilə toplaşdığımız məkanda Qarabağla, Şuşayla bağlı xatirələr də çox olub. Yazıçı, müəllim, Azərbaycanın ictimai xadimi Nəriman Nərimanovun Azərbaycanın ayrılmaz hissəsi Şuşayla bağlı arzuları da çox olub.
Bu gün Nəriman Nərimanovun ruhu şaddır ki, Şuşa azaddır. Çox sevincliyik ki, 30 ildən sonra Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi və Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində tarix yazan öğullarımız Şuşanı erməni işğalından azad etdi. Daha sonra Səid Quliyev, Elgün Qulamov, Ləman Bəkirova, Zərif Qazi tədbir iştirakçılarına şeir və mahnı çələngini ərməğan etdilər. Tədbirin sonunda muzeyin direktoru Ləman Hüseynova tərəfindən istedadlı gənclər təşəkkürnamə ilə təltif olundular.


Təranə Cəbiyeva


19-04-2022, 22:06
“Sosial İslahatlara Dəstək” İctimai Birliyinin tədbirləri davam edir.

“Sosial İslahatlara Dəstək” İctimai Birliyinin tədbirləri davam edir.

“Sosial İslahatlara Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məcburi köçkün məktəblərində təhsil alan yuxarı sinif şagirdləri arasında narkomaniyaya qarşı mübarizədə sosial layihələrin təşviqi məqsədi ilə maarifləndirici tədbirlərin və sosioloji sorğuların təşkili” layihəsi çərçivəsində fəaliyyət planına uyğun olaraq tədbirlərin icrası davam edir.
İkinci tədbirimiz 14 aprel tarixində Bakı şəhəri, Suraxanı rayonu Yeni Ramanı qəsəbəsində 8 və 9-cu sinif şagirdlərinin iştirakı ilə həyata keçirilmişdir. Layihənin tələbinə uyğun olaraq tədbirə məcburi köçkün ailələrindən olan yuxarı sinif şagirdləri dəvət olunmuşdu.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan QHT sədri Namiq İnşallahoğu tədbir iştrakçıklarını salamladı və Qarabağın azadlığı uğrunda canlarından keçən şəhidləri 1 dəqiqəlik sükutla yad edilməsini xahiş etdi. Sonra layihənin donoru və icraçı təşkilatla bağlı məlumat verdildi və bu mövzuda keçirilən tədbirin aktual və vacibliyindən bəhs etdi. Narkomaniya nədir? Narkomaniyadan qorunmaq üçün nə etməliyik ?kimi sualların ətrafında fikirlərini auditoriya ilə bölüşüldü.
Çıxış üçün sözə başlayan Sosial məsələlər üzrə mütəxəssis Sevinc Əliyeva "Narkomaniyaya yoluxma" və "onun zərərləri" haqda yeniyetmələrə ətraflı məlumat verdi. Son illər narkotik vasitələrə qarşı mübarizənin xeyli güclənməsindən, dövlət orqanlarının bu sahədəki fəallığından danışan Sevinc xanım Əliyeva sosial bəlaya qarşı aparılan mübarizədə mütəmadi olaraq maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini də vurğuladı. Şagirdlərin narkomaniyadan uzaq durma mövqelərinin öyrənilməsi məqsədilə həmin mövzuda müzakirələr aparıldı.

Daha sonra Tədbir arası uşaqların vermiş olduğu çoxsaylı suallar cavablandırıldı. Tədbiri davam etdirən QHT sədri Namiq Qafarov yeniyetmələri sağlam həyat tərzi keçirməyə, təbiətdən, kitablardan, maraqlı insanlarla ünsiyyətdən zövq almağa çağırdı. Faydalı bilik və bacarıqlar öyrənməyi tövsiyə etdi.
Sonda təşkilatçı müavin Südabə xanım Hüseynova valideyinlər adından tədbiri maliyyələşdirən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və təşkilatımıza öz minnətdarlığını bildirdi.

Sosioloji tədbir 30 nəfər məcburi köçkün ailələrindən olan yuxarı (8 və 9-cu) sinif şagirdlərinin iştirakı ilə keçirilmişdir. Layihə mövzusuna uyğun hazırlanmış olan Buklet (30 ədəd) tədbir iştrakçılarına paylanmış və belə tədbirlərin gələcəkdə də keçirilməsinin vacibliyi diqqətə çatdırılmışdır.
Layihənin icra müddəti 01 fevral - 01 iyun 2022 -ci i tarixlərini əhatə edir
19-04-2022, 16:10
“Sosial İslahatlara Dəstək” İB layihələrə start verdi

“Sosial İslahatlara Dəstək” İB layihələrə start verdi

“Sosial İslahatlara Dəstək” İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məcburi köçkün məktəblərində təhsil alan yuxarı sinif şagirdləri arasında narkomaniyaya qarşı mübarizədə sosial layihələrin təşviqi məqsədi ilə maarifləndirici tədbirlərin və sosioloji sorğuların təşkili” layihəsi çərçivəsində onun fəaliyyət planına uyğun olaraq tədbirlərin keçirilməsinə başlayıb.

Birinci tədbir 13 aprel tarixində Bakı şəhəri, Suraxanı rayonu Yeni Ramanı qəsəbəsində 10 və 11-ci sinif şagirdlərinin iştirakı ilə baş tutmuşdur.Layihənin tələbinə uyğun olaraq tədbirə məcburi köçkün ailələrindən olan yuxarı sinif şagirdləri dəvət olunmuşdur.Tədbiri giriş sözü ilə açan QHT sədri Namiq İnşallahoğu tədbir iştrakçıklarını salamladı və Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.Qarabağ uğrunda şəhid olan qəhrəman oğullarımız 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra layihənin donoru və icraçı təşkilatla bağlı məlumat verildi və bu mövzuda keçirilən tədbirin aktual və vacibliyindən bəhs edildi. Narkomaniya nədir?Narkomaniyadan qorunmaq üçün ilk öncə nə etməliyik kimi sualların ətrafında
fikirləri auditoriya ilə bölüşüldü.

Çıxış üçün sözə başlayan sosial məsələlər üzrə mütəxəssis Sevinc Əliyeva Narkomaniyaya yoluxma və onun zərərləri haqda yeniyetmələrə ətraflı məlumat verdi.Şagirdlərin narkomaniyadan uzaq durma mövqelərinin öyrənilməsi məqsədilə həmin mövzuda müzakirələr aparıldı. Daha sonra statistik araşdırma üzrə təhlilçi Nuray Qədirova hazırlanmış olan, təqdimatla yeniyetmələrə narkomaniyanın dünyada və Azərbaycanda olan son
statistikası barədə məlumat verdi.Tədbir arası uşaqların vermiş olduğu çoxsaylı suallar cavablandırılmış və sualların cavabı yerindəcə verilmişdir. Tədbiri davam etdirən QHT sədri Namiq Qafarov bu məsuliyyətin mühüm bir hissəsinin bütövlükdə cəmiyyətin, hər bir vətəndaşın, ictimai qurum və təşkilatların, kütləvi informasiya vasitələrinin, QHTlərin üzərinə düşdüyünü və bu fəaliyyətlərin həqiqiətən də lazımlı və aktual olduğunu bildirdi.


Sosioloji tədbir 30 nəfər məcburi köçkün ailələrindən olan yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilmişdir. Layihə çərçivəsində yazılmış olan Buklet (30 ədəd) tədbir iştrakçılarına paylanmışdır. Sonda bu kimi tədbirlərin gələcəkdə də keçirilməsinin vacibliyi diqqətə çatdırılmış və xatirə şəkli çəkilmişdir.

Layihənin icra müddəti 01 fevral - 01 iyun 2022 -ci i tarixlərini əhatə edir.
“Sosial İslahatlara Dəstək” İB sədri:
Namiq Qafarov
19-04-2022, 07:18
“TARİXİMİZƏ SAHİB ÇIXAQ”

“TARİXİMİZƏ SAHİB ÇIXAQ”

“Tariximizə Sahib Çıxaq” tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi, “Tarixinə sahib çıx” tarixi abidələrimizin gənc nəsil arasında və xaricdə tanıdılmasının təbliği” layihəsi ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il üzrə elan etdiyi qrant müsabiqəsinin qalibi olmuşdur. Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihədə əsas məqsəd gənclərin tarixi-mədəni irsin qorunub saxlanması problemlərinə cəlb edilməsi, onların tarixi və milli kimliyinin formalaşması, tarixi-mənəvi mənsubiyyət hissinin inkişafı, xaricdə Azərbaycanın tarixi abidələrinin, qədim özkeşmişinin təbliği, tanıdılmasıdır.
Təşkilatın növbəti tədbiri 14 aprel 2022-ci il tarixində Maştağa qəsəbəsində yerləşən 128 saylı tam orta məktəbdə keçmişdir. Tədbir Azərbaycan Respublikasının himni ilə açıldı. Tədbirdə “Tariximizə Sahib Çıxaq” tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyinin sədri Araz Şamilov, AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı fil.ü.f.d., dosent, Zəkulla Bayramlı və AMEA Folklor İnstitutunun əməkdaşı Vəfa Saleh iştirak edirdi.
Tədbirin sonunda təşkilatın rəhbəri Araz Şamilov tərəfindən başda məktəbin direktoru Sədaqət Əliyeva olmaqla tədbirin təşkilatçılarına tarix müəlliməsi Jalə Qurbanovaya, sinif rəhbəri Nəcibə Pirverdiyeva və aktiv şagirdlərə diplom və bukletlər verildi.

Tədbirə çox aktiv hazırlaşan şagirdlər Azərbaycanın müxtəlif bölgələrini əhatə edən milli-maddi nümunələri olan tarixi abidələr haqqında məlumat verdi. Şagirdlər Qarabağ, Naxçıvan, Şirvan, Aran və d. bölgələrdəki tarixi abidələr haqqında ətraflı məlumat verdikdən sonra, tarixi abidələrlə bağlı qısa slayd da göstərdi. Tədbirin sonunda çıxış edən məktəbin direktoru Sədaqət Əliyeva tədbirin aktuallığından, bu günki nəsil üçün əhəmiyyətindən danışdıqdan sonra sözü qonaqlara verdi. Qonaqlarla yanaşı, tədbirdə çıxış edən məktəbin tarix müəllimləri Jalə Qurbanova, İsfəndiyar Cəfərov da belə tədbirlərin məktəblilər üçün əhəmiyyətindən danışaraq, belə tədbirlərin gənc nəsil üçün çox vacib olduğunu bildirib, qeyd etdi ki, onları tez-tez, müxtəlif mövzularda keçirmək lazımdır. Eyni zamanda uşaqların tarixi abidələrin yerləşdiyi məkanlara da səfərlərinin təşkili zəruridir.
O belə tədbirlərin gənc nəsil arasında vətənpərvərlik hissini yüksəltməsini, milli-mənəvi və maddi sərvətlərimizin qorunması istiqamətində vacibliyini bildirdi.
Qeyd edək ki, məhz belə tədbirlər uşaqları daha aktiv olmağa, kənar bilgiləri tez qavrayıb, üzərində işləmək imkanı yaradır.
18 aprel 2022-ci il tarixdə layihə çərçivəsində Bakı şəhərində yerləşən 313 saylı tam orta məktəbdə 8 sinif şagirdləri arasında “bilik yarışı” keçirildi. Azərbaycan Respublikasının dövlət himni ilə açılan tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Sonra isə səhnəyə həmin məktəbin IX sinif şagirdi Pənah İbrahimov çıxaraq, şəhidlərin xatirəsinə həsr olunmuş Xudayar təsnifini sazda ifa etdi.
Sonra isə söz məktəbin direktoru Zakir Bayramova verildi. Z.Bayramov tədbir iştirakçılarını salamlayaraq, belə tədbirlərin gənc nəsil üçün əhəmiyyəti haqqında danışdı. O belə tədbirlərdə gənc nəsli daha da aktiv iştirak etməyə dəvət etdi.
Təşkilatın sədri yeni tərtib edib hazırladığı Bakı və Abşeron abidələri haqqında kitabı iştirakçılara təqdim edərək, belə kitabların şagirdlər üçün əhəmiyyətindən danışdı. Sonra isə Bakı və Abşeron abidələrinə həsr olunmuş “bilik yarışı”na start verildi. Yarışda 7 qrup iştirak edirdi. Özlərini şərti olaraq: Atəşgah, Ramana qalası, Şirvanşahlar, Mərdəkan qalası, Qobustan, Bayıl qalası və Qız qalası adlandıran qruplar təsadüfi şəkildə seçilən tarixə aid suallara cavab verərək yarşmağa başladılar. 3 mərhələdən ibarət olan yarış zaman fasilələrdə Pənah İbrahimovun sazla ifasında Naxçıvani, “Qarabağ ana yurdum” havaları dinlənildi. Gərgin keçən bilik yarışında Şirvanşahlar qrupu I yerə, Mərdəkan qrupu II yerə, Atəşgah qrupu III yerə çıxdı.

Yarışın sonunda bütün qaliblərə kitab və xüsusi diplomlar təqdim olundu.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!