Köçkün yataqxanasındakı yanğınla bağlı AÇIQLAMA .....                        Bu, həqiqətən yaxşı bir sənəddir - Mirzoyan .....                        Maşın qaz xəttinə çırpıldı, beş kənd qazsız qaldı .....                        Türkiyə Paşinyanı dəstəkləyir - Hakan Fidan .....                        Ötən il 540 nəfər məcburi Azərbaycana gətirilib .....                        Naxçıvanda vəzifəli şəxs işdən çıxarıldı - Yeni təyinat .....                        Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar QADAĞAN EDİLDİ .....                        Bəzi həkimlərin maaşına əlavələr veriləcək - QƏRAR .....                        1184 əcnəbi Azərbaycandan çıxarılıb .....                       
Tarix : 10-12-2013, 11:58


  BMT baş katibi dünya ictimaiyyətinə müraciət etdi




10 dekabr Ümumdünya İnsan Hüquqları Günüdür. BMT baş katibi Pan Gi Mun bu günlə əlaqədar dünya ictimaiyyətinə müraciət edib.
O, qeyd edib ki, builki Ümumdünya İnsan Hüquqları Günü İnsan Hüquqları üzrə Beynəlxalq Konfransı qüvvəyə minən Vyana Bəyannaməsi və Fəaliyyət Proqramı kimi hər kəs üçün hüquqların gerçəkləşməsi istiqamətində aparılmış mübarizənin 20 illiyini də qeyd edir. 800-dən artıq qeyri-hökumət təşkilatının, milli qurumların, saziş tərəfləri və elmi-tədqiqat mərkəzlərinin iştirakından bəhrələnən üzv-dövlətlər gələcəyə uzunmüddətli baxış qəbul edərək İnsan Hüquqları üzrə Ali Komissarlığı (BMT İHAK) təsis etmiş və bununla da beynəlxalq ictimaiyyətin çoxdankı arzularından birini reallığa çevirmişlər.
Müraciətdə daha sonra deyilir:
“BMT İHAK-ın mövcud olduğu iki onillik ərzində beş əzmkar Ali Komissar insan hüquqlarının qlobal səviyyədə təmin edilməsi işində BMT fəaliyyətinin önündə durmuşlar. Hüquq normaları və mexanizmlərinin geniş şəbəkəsi vasitəsilə BMT İHAK qurbanların hüquqlarını müdafiə edir, Dövlətləri öz öhdəliklərinə əməl etməyə sövq edir, insan hüquqları mütəxəssislərini və təşkilatlarını dəstəkləyir və 61 ölkədə fəaliyyəti ilə Dövlətlərə insan hüquqları üzrə potensialın inkişafında yardım göstərir.
İnsan hüquqlarının təşviqi BMT-nin təməl məqsədlərindən biridir və Təşkilat təsis olunduğu gündən bu missiyasını davam etdirmişdir. Bu gün uğurun əsas şərti Üzv-dövlətlərin siyasi iradəsinin olmasıdır. Hər şeydən əvvəl insan hüquqlarının müdafiəsi və milli səviyyədə zorakılığın qarşısının alınmasında, eləcə də digər Dövlətlər bu vəzifələri yerinə yetirməyə qadir olmadıqda onları müdafiə etməyə Dövlət öhdəlik daşıyır. Bu heç də hər zaman asan olmur. Biz ötən 20 il ərzində genosid və beynəlxalq insan hüquqları və humanitar hüquq sahəsində digər bu kimi dəhşətli və böyük miqyaslı zorakılıqlar gördük.
Qarşıdan gələn fəlakətlərin qarşısının alınması və onlara cavab verilməsi üçün BMT sisteminin təkmilləşdirilməsi yeni bir təşəbbüsün – İlk Növbədə Hüquqlar naminə Fəaliyyət Planının kökündə durur. Planın məqsədi BMT sistemi və bütün heyət tərəfindən insan hüquqlarının Təşkilatın kollektiv öhdəliklərində mərkəzi yer tutduğunun tanınmasını təmin etməkdir. O hər şeydən əvvəl geniş yayılmış pozuntulara bizim cavabımızı möhkəmləndirməyə, eləcə də hüquqlara əsaslanan erkən xəbərdarlıq və fəaliyyətin vurğulanması vasitəsilə bu cür halların ümumiyyətlə baş verməsinin qarşısını almağa çalışır.
İnsan Hüquqları Günündə mən Dövlətləri Vyana Konfransında verdiyi vədləri həyata keçirməyə çağırıram. Mən BMT Katibliyi, fond və proqramlarını insan hüquqlarının pozulmasında sayıq olmağa və mübarizə göstərməyə öhdəlik götürdüklərini xatırladıram. Son olaraq, vəfatı ilə dünyanı qəhərləndirən dövrümüzün dahi insan hüquqları simvolu kimi tanınan Nelson Mandelanı yad edirəm. Həyatı boyu insan layaqəti, bərabərlik, ədalət və şərəfi naminə etdiyi mübarizəsi bizim hər kəs üçün insan hüquqlarının təminatı fəaliyyətimizdə ilham mənbəyimiz olacaq”.



Paylaş



Bölmə: Dünya / Şəkilçarx / Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!