İranda azı 5 etirazçı öldürülüb .....                        Qızıl ucuzlaşacaq? .....                        BMT-də islahat aparılmalıdır! - Almaniyadan ÇAĞIRIŞ .....                        Bakıda mənzil yandı - tüstüdən zəhərlənən var .....                        Soydaşlarımız vətəndaşlıqdan məhrum edildi .....                        Səudiyyə Ərəbistanı qonşusunu bombaladı .....                        Minlərlə insan bayram günü niyə qazsız qalıb? .....                        Polşa 300 min nəfəri orduya çağırır .....                        Bu şəhərdə Rusiya qarnizonu mühasirəyə alındı .....                       
Tarix : 22-09-2015, 15:36
Avropada miqrant xofu dolaşır - FOTO


Avropa İttifaqı nazirləri görüşərək bu yaxınlarda Avropaya gəlmiş təxminən 120 min sığınacaq axtaran şəxsin yerləşdirilməsi ilə bağlı mübahisələrin həll olunmasına çalışacaq.

Bir qrup mərkəzi Avropa dövləti məcburi kvotanın qəbulu üçün 22 Avropa İttifaqı üzvünün çağırılmasını təkid edir.

Butov.az BBC-yə istinadən bildirir ki, Macarıstanın hakimiyyət dairələrinin fikrincə, Avropa sərhədləri təhlükə altındadır.

Miqrant böhranı Avropa dövlətləri arasında dərin fikir ayrılığına səbəb olub.


Avropada miqrant xofu dolaşır - FOTO


Macarıstan baş naziri bildirib ki, Avropa miqrantlarla "dolub" və böhranla bağlı Avropanın birgə mövqeyi ortaya qoyulmalıdır.

Viktor Orban bildirib ki, miqrantlar "qapıları qırırlar" və "milyonlarla" miqrant Avropaya gələ bilər.

Almaniya və Fransa miqrantların Aİ ölkələri arasında bərabər bölüşdürülməsini istəyirlər.

Məcburi kvotaya qarşı çıxan Polşa, Macarıstan, Çex Respublikası və Slovakiyadan olan xarici işlər nazirlərinin Praqada görüşü baş tutub. Dörd Şərqi Avropa ölkəsinin xarici işlər nazirləri böhranla bağlı danışıqlar aparırlar.

Avropa liderlərinin miqrant böhranı ilə bağlı görüşməyə hazırlaşdığı ərəfədə, həftə sonu minlərlə miqrant Avstriyaya daxil olub.

Aİ daxili işlər nazirlərinin isə çərşənbə axşamı görüşəcəyi gözlənilir. Növbəti gün isə liderlər fövqəladə görüş keçirəcəklər.

Həftə sonu minlərlə miqrant Cənubi və Şərqi Avropada sərhədləri keçməyə davam edib. Bir çoxu Almaniya və Skandinaviya ölkələrinə getməyi düşünür.

Avstriyaya təkcə şənbə günü 10 min miqrant daxil olub.

Macarıstan güclü nəzarəti saxlamaqla Serbiya ilə sərhədini açıb. Sərhədlərin bağlanması nəticəsində çoxlu sayda miqrant Xorvatiyaya üz tutmalı olmuşdu.

Xorvatiya ilkin olaraq miqrantları qarşılasa da, sonradan çoxlu sayda miqrantın öhdəsindən gələ bilmədiyini bildirmişdi.

Avropaya gələn miqrantların əsasını Suriyadakı münaqişədən yaxa qurtaran miqrantlar təşkil etsə də, onların arasında Əfqanıstan, Eritreya, Nigeriya və Somalidən olan qaçqınlar da var.


Butov.az


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!