Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 18-09-2015, 09:18
Qanla çökən müsəlman ölkələri, köçlə batan Avropa (VİDEO)


...Və seyr edən Amerika Birləşmiş Ştatları

Bölgədəki müharibələrdən cana doyub ölüm yoluna çıxan miqrantların Avropaya girişi getdikcə bağlanır. Macarıstan sərhədində polisin miqrantlara qarşı aqressiv davranışlarından sonra Xorvatiya qaçqınların üz tutduğu növbəti qaynar nöqtəyə çevrilib.

Dünən və bu gün minlərlə miqrant və qaçqın Serbiya sərhədindən Xorvatiyaya daxil olub. Yerli polisin səhər yaydığı bəyanata görə, ilk qrupun gəlişindən bəri ölkəyə daxil olan miqrantların sayı 6200 nəfəri ötüb.

Hökümət gələn miqrantların ölkənin müxtəlif əyalətlərində qurulmu müvəqqəti qəbul mərkəzlərinə daşınması üçün Tovarnik şəhərində xüsusi qatar relsləri təşkil edib. Habelə dəmir yolu vağzalını dolduran miqrantlar buna etiraz edərək, Avropa səyahətinə davam etmələrini tələb edib.

Bəzi miqrantlar çılğın şəkilkdə qışqıraraq, polisin qurduğu dəmir maneələri aşmağa çalışıb. Macarıstan sərhədində ölkəyə qanunsuz daxil olan miqrantlara qarşı su şırnalqları və gözyaşardıcı qazın tətbiq olunmasından sonra miqrantlar Almaniyaya aparan alternativ marşrut kimi Xorvatiyaya üz tutub.

Son bir neçə ayda gündəmdən düşməyən miqrant probleminin kökündə nə dayanır? Bu gün onların Avropaya çatmaq uğrunda ölüm-dirim mübarizəsi nə yerdədir? Həyatları bahasına da olsa, Avropa yolundan dönməyən on milyonlarla insanın bu vəziyyətə düşməsinə səbəb nədir?

BMT-nin açıqlamasına görə, 100 milyondan çox insanın hazırda humanitar yardıma ehtiyacı var. Təşkilatın açıqladığı digər məlumatda isə deyilir ki, 60 milyondan çox insan mühacir həyatı yaşayır. Əgər buna yaşamaq demək olarsa. Çünki bir neçə gündür ki, onlar mühacir kimi getdikləri ölkələrdən qovulur, döyülür və həbs edilir.

Son məlumatlara görə, təkcə Macarıstanda 600-ə qədər mühacir müxtəlif səbəblərdən həbs edilib. Yunanıstanda isə miqrantlar daha çox polislərlə qarşıdurmalarda təziqlərə məruz qalır.

Əslində isə bu gün dünyanın qlobal probleminə çevrilən mühacir məsələsi bir ssenariyə bənzəyir. Hər halda hadisələrin ardıcıllığı belə deməyə əsas verir. Məsələn, ötən ilin bu günü dünya mətbuatı İsrailin Qəzza zolağını bombalamasını manşetə çıxarmış və demək olar ki, baş verən hadisələri detallarına kimi işıqlandırmağa başlamışdı.

Bu xəbər isə sonradan yerini illərdir sürən Somali probleminə təhvil verdi. Qida və su qıtlığı yaşayan insanların problemi təxminən 3 ay gündəmi zəbt etdi. Bu problem də həllini tapmamış yaddan çıxdı və ortaya yüz minlərin ölümünə səbəb olan ebola virusu atıldı. Amma bu məsələ də birdən-birə ciddiyətini itirdi və demək olar ki, tamamilə unuduldu.

İndi də "İŞİD" və mühacir problemi. Axı nə baş verir? bu qədər hadisələrin məhz müsəlman ölkələrində baş verməsi təsadüf ola bilərmi? Təbii ki, yox deməli burda maraqlı olan tərəf var.

“Əsasən bu problemləri yaradan ABŞ çox soyuqqanlılıqla hadisələri seyr edir. ABŞ çox gözəl bir şəkildə dərk edir ki, Avropanın aparıcı dövlətləri, başda Almaniya olmaq şərti ilə onların ehtiyatda böyük miqdarda maliyyə resursları var. Bir növ avronu zəiflətmək məqsədilə burada düşünülmış bir plan işlənilib”, – deyə ekspert Tofiq Abbasov bildirib.

Belə çıxır ki, Somali, Ebola, Fələstin məsələsini ortaya atan Amerika Avropanı çökdürə bilməyəcəyini anlayıb. "İŞİD" və miqrant məsələsini gündəmə gətirdi.

Əslində o qədər də pis alınmadı. İndi bu məsələlərdə 3 tərəf var. Qanla çökən müsəlman ölkələri, köçlə batan Avropa və seyr edən yenə də Amerika.




Butov.az


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!