Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 26-11-2015, 12:24


Ərdoğan: «Sərhədimizin pozulmasına göz yumacağımızı heç kim gözləməsin!»

Butov.az Azadliq.info-ya istinadən xəbər verir ki, Suriya-Türkiyə sərhədində Rusiyanın “Su-24” döyüş təyyarəsinin vurulmasından sonra rəsmi Moskva Ankaranı cəzalandırmaq planı üzərində işləyir. Məsələ ilə bağlı ilk açıqlamalarında prezident Vladimir Putin də, xarici işlər naziri Sergey Lavrov da Türkiyənin bu addımına cavabın sərt olacağı ilə bağlı mesajlar vermişdi. Dünən “Kommersant” qəzeti yüksək vəzifəli Rusiya rəsmilərinə istinadən Moskvanın iki ölkə arasında çox ciddi biznes layihələrinə son verməyə hazırlaşdığını yazıb. Yazıda tərəflərin hərbi sahədə də əməkdaşlığı dayandıracağı qeyd olunub.

22 milyardlıq layihə təhdid altında

Rusiya Prezident Administrasiyasındakı mənbə qəzetə bildirib ki, Moskvanın Ankaraya cavab tədbirləri olduqca sərt olacaq. Bu da iki ölkə arasındakı münasibətlərə ciddi təsir edəcək. Məsələn, “Qazprom” “Türk axını” layihəsinin nə dərəcədə məqsədəuyğun olduğunu yenidən dəyərləndirəcək.

Bununla yanaşı, nəhəng enerji sazişi olan “Akkuyu” Atom Elektrik Stansiyası layihəsi də təhdid altına düşəcək. Qeyd edək ki, bu layihənin dəyəri 22 milyard dollardır.

Öz növbəsində, Türkiyə də Rusiya gəmilərinin Bosfor və Dardanel boğazından keçməsinə məhdudiyyət yarada bilər ki, bu da Suriyadakı Xmeymim aviabazasını işini çətinə salacaq.

Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib ki, məlum insidentin iki ölkə arasındakı münasibətlərə təsiri şübhəsizdir. Lakin Moskvanın Ankaraya hərbi yolla cavab verməsindən söhbət belə, getmir.

Dünən Rusiya Xarici Işlər Nazirliyi məlum insidentlə bağlı Türkiyəyə nota verib. Türkiyənin Rusiyadakı səfiri bu məqsədlə ölkənin Xarici Işlər Nazirliyinə çağırılıb. Səfirə Rusiya təyyarəsinin vurulması ilə bağlı ciddi xəbərdarlıq edilib.

Putin: “Təkrarlansa, mütləq cavab verəcəyik”
Türkiyə ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi; Rusiya ilə savaşın bir addımlığında




Rusiya prezidenti Vladimir Putin bir daha bildirib ki, Rusiya bu hadisəyə çox ciddi yanaşacaq və təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri görəcək: “Suriyadakı əməliyyatlarımızda uçuş təhlükəsizliyini təmin etmək üçün görülən tədbirlərin yetərli olmadığını gördük. Məsələni müdafiə naziri ilə sabaha qədər müzakirə etdik. Suriyadakı hərbi bazamıza S-300 zenit-müdafiə kompleksi yerləşdiriləcək. Ümid edirəm ki, bu və görəcəyimiz başqa tədbirlər uçuş təhlükəsizliyimizi təmin etməyə yetərli olacaq”.

Putin deyib ki, oxşar hadisələrin baş vermə ehtimalını gözardı edə bilməzlər. “Oxşar hadisə təkrarlansa, mütləq cavab verəcəyik. Türkiyədə olan vətəndaşlarımız da təbii ki, böyük risklə qarşılaşa bilərlər. Rusiya Xarici Işlər Nazirliyi bu mövzuda xəbərdarlıq etmək məcburiyyətindədir”.

Rusiya prezidenti ölkə vətəndaşlarını Türkiyəyə getməməyə çağırıb. Putin bildirib ki, Rusiya təyyarəsinin vurulması və pilotun həyatını itirməsindən sonra belə bir tədbirin görülməsi şərtdir.

Bir gün əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov da Rusiya vətəndaşlarını Türkiyəyə səyahət etməməyə çağırmışdı. Nazir Türkiyəni Rusiya üçün təhlükəli ölkə olduğunu bildirmişdi.

Lavrov: “Bu hücum təxribat idi”
Türkiyə ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi; Rusiya ilə savaşın bir addımlığında




Sergey Lavrov təyyarənin vurulmasının planlaşdırılmış hücumun nəticəsi olduğunu düşünür:ÿ “Əlimizdəki məlumatlara görə, təyyarənin vurulması təxribat xarakterlidir və əvvəlcədən planlanlaşdırılmış bir hücumdur”.

Lavrov olaydan sonra Türkiyə ilə əlaqələri ciddi şəkildə nəzərdən keçirəcəklərini də vurğulayıb.

Dünən Rusiyanın paytaxtı Moskvada da gərgin anlar yaşanıb. Bir qrup etirazçı məlum insidentə görə Türkiyə səfirliyini daşa basıb. Türkiyə səfirliyi qarşısında aksiya noyabrın 24-ü axşam saatlarından başlayıb. Aksiya zamanı səfirlik binasının şüşələri qırılıb. Etirazçılar Türkiyə səfirliyinin Rusiyadan çıxarılmasını tələb ediblər və Türkiyə əleyhinə şüarlar səsləndiriblər.

Medvedev: “Münasibətləri dayandırırıq”
Türkiyə ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi; Rusiya ilə savaşın bir addımlığında




Rusiya baş naziri Dmitri Medvedev məlum olayın iki ölkə arasında münasibətlərə son verilməsinə səbəb olduğunu bildirib: “Rusiyanın “Su-24” təyyarəsinin vurulması ona gətirib çıxardı ki, Rusiya ilə Türkiyə arasında uzun illərdir davam edən mehriban qonşuluq münasibətlərinə son verildi. Buna Türkiyə hökumətinin düşünülməmiş cinayətkar əməli səbəb oldu”.

Medvedev bildirib ki, Rusiya Türkiyə ilə iqtisadi və humanitar sahələrdəki münasibətləri də dayandırır: “Bu zərərin yerini doldurmaq çətin olacaq”.

Baş nazir hesab edir ki, Türkiyə bu addımına heç nəylə, o cümlədən sərhədlərini müdafiə etmək iddiası ilə bəraət qazandıra bilməz.

Ərdoğan: “Kor və kar olmayacağıq!”
Türkiyə ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi; Rusiya ilə savaşın bir addımlığında



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən bir daha bəyan edib ki, rusların “Su-24” savaş təyyarəsi məhz Türkiyənin hava məkanında vurulub. Ərdoğan Türkiyə tərəfinin bu insidenti böyütmək istəmədiyini və hər zaman olduğu kimi indi də sülh, dialoq və diplomatik nizamlama tərəfdarı olduğunu bildirib. Lakin Türkiyə prezidenti ultimativ tonda xəbərdarlıq edib ki, heç kim Ankaradan kor və kar olmasını gözləməsin: “Heç kim gözləməsin ki, Türkiyə hava məkanının, sərhədlərinin, suverenliyinin pozulmasına kor və kar olacaq. Bu insidenti böyütmək fikrimiz yoxdur. Biz öz təhlükəsizliyimizi və qardaşlarımızın (türkmənlərin) hüquqlarını qoruyuruq”.

Ərdoğan onu da bildirib ki, türk hərbiçiləri Türkiyənin hava məkanını pozan təyyarənin Rusiyaya məxsus olduğunu Rusiya Müdafiə Nazirliyinin açıqlamasından sonra bilib.

Saakaşvilidən Türkiyəyə böyük dəstək
Türkiyə ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi; Rusiya ilə savaşın bir addımlığında




Gürcüstanın keçmiş prezidenti, Odessanın qubernatoru Mixail Saakaşvili Türkiyənin Rusiya hərbi təyyarəsini vurmasını müdafiə edib. Saakaşvili özününÿ “Facebook” səhifəsində Türkiyəni müdafiə edən açıqlamasını 4 dildə – Ukrayna, türk, rus və gürcü dillərində yayıb: “Hər zaman Türkiyəyə böyük sayğı duymuşam. Amma bu gün bu sayğı daha da gücləndi. Gerçək bu ki, Türkiyənin hava sərhədini pozan Rusiya təyyarəsi Suriyanın IŞID-in olmadığı bölgələrinə yaxın idi. Əsədə qarşı olanlar təsdiqləyir ki, Putin terrorla savaşda əsla birləşdirici güc ola bilməz”.

Merkel də Türkiyəni dəstəklədi
Türkiyə ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi; Rusiya ilə savaşın bir addımlığında




Almaniya kansleri Angela Merkel də iki gündür dünya gündəmini zəbt edən Türkiyə və Rusiya arasında yaşanan gərginliyə münasibət bildirib. Merkel də digər Avropa rəsmiləri kimi, olayı Türkiyənin özünümüdafiəsi kimi dəyərləndirib. Kansler eyni zamanda, baş verən hadisənin vəziyyəti gərginləşdirdiyini də qeyd edib: “Şübhəsiz ki, Türkiyə tərəfindən Rusiya təyyarəsinin vurulması vəziyyəti ağırlaşdırdı. Gərginliyin olmaması üçün əlimizdən gələni etməliyik. Əlbəttə, hər ölkənin öz torpaqlarını müdafiə etmək hüququ var”.

İran prezidenti tərəfləri soyyuqqanlı olmağa çağırdı
Türkiyə ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi; Rusiya ilə savaşın bir addımlığında




Iran prezidenti Həsən Ruhani isə məsələ ilə bağlı açıqlamasında tərəfləri soyuqqanlı olmağa çağırıb: “Bizə qardaş və qonşu olan hər iki ölkədən soyuqqanlı olmalarını xahiş edirik.ÿBu günə qədər əldə etdiyimiz məlumatlara görə, Rusiya təyyarəsi Suriya hava məkanında əməliyyat keçirərkənÿ vurulub. Təyyarənin Türkiyə sərhədinə yaxınlaşması ehtimaldır. Mərmi və təyyarə oyuncaq deyil. Havada istədiyi qərarı verə biləcək qədər nizamsızlıq, bölgəyə sabitlik gətirə bilərmi? Bu addımlar çox təhlükəlidir.ÿBizim üçün qonşu ölkələr arasında əlaqələrin səmimi olması əhəmiyyətlidir. Bu ixtilaflar həm bizim, həm də bölgənin xeyrinə deyil”.

Kameron: “Hörmət edilməlidir”
Türkiyə ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi; Rusiya ilə savaşın bir addımlığında




“Türkiyənin öz hava məkanını ÿqoruma haqqına hörmət edilməlidir”. Bunu isə Britaniyanın baş naziri Devid Kameron deyib. Hadisə ilə bağlı dolğun məlumata malik olmadıqlarını bildirən Kameron fikirlərinə belə davam edib:ÿ “Hələlik hadisə ilə bağlı tam bilgilərə sahib deyilik. Lakin biz necə öz hava məkanımızı müdafiə ediriksə, Türkiyənin də öz hava sərhədləriniÿ qoruma haqqına hörmətlə yanaşmalıyıq”.

Davudoğlu: “Təlimatı mən verdim”
Türkiyə ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi; Rusiya ilə savaşın bir addımlığında




Türkiyənin baş naziri Əhməd Davudoğlu Rusiyaya aid döyüş təyyarəsinin vurulma təlimatının onun tərəfindən verildiyini açıqlayıb. Davudoğu bundan sonra da belə təhdidlərə qarşı adekvat cavab verəcəklərini bildirib: “Bu addımlaÿ quru və hava məkanının qorunması istiqamətində qərarlılığımızı növbəti dəfə daha açıq ifadə etmiş olduq. Rusiyanın bu hərəkəti təhdid olaraq qəbul edilib. Bundan sonra da belə hallar baş verərsə, bütün addımları atacağıq. Bu, millət qarşısında ÿvəzifəmizdir. Türkiyə, Bayırbucaq türkmənləri də daxil olmaqla qapılarını açıq saxlamağa davam edəcək. Bizim duruşumuz bəllidir. Suriya xalqı sülh içində yaşamağa layiq bir xalqdır. Və Türkiyənin dostu, qardaşıdır. Bu istiqamətdə nə lazımdırsa, edəcəyik”.

Türkiyə Suriya ilə sərhədə qoşun yığır

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Suriya ilə sərhəddə uçuşlar həyata keçirən hərbi təyyarələrin sayını artırıb. Türkiyə mətbuatının ÿverdiyi məlumata görə, bundan sonra Suriya sərhədində Türkiyə Hava Qüvvələrinə məxsus 18 “F-16” hərbi təyyarəsi uçuşlar həyata keçirəcək.

Baş Qərargah bütün quru və hava qoşun birliklərinə hazırlıq əmri verib. “CNN Türk”ün məlumatına görə, bütün qoşun növlərində hazırlıq ən yüksək səviyyəyə çatdırılıb.

Bundan başqa, Türkiyə bölgəyə tank daşınmasını da sürətləndirib.

Türkiyənin yardım karvanı Suriyada vuruldu

Dünən Türkiyədən Suriyaya humanitar yardım aparan maşın karvanı vurulub. “Reuters”in yaydığı məlumata görə, yardım karvanı Kilisdən Suriyaya girəndən sonra, sərhəddə vurulub. Humanitar yardım fəalları agentliyə bildiriblər ki, karvan hava zərbəsi ilə vurulub: “Yanğını söndürməyə çalışırıq. Maşınlar bizim deyil və kimin bombaladığını da bilmirik”. Daha bir hava zərbəsi müxaliflərin nəzarətində olan sərhəd qapısındakı TIR parkına endirilib. Orada partlayışdan 3 nəfərin öldüyü bildirilir. Bölgədəki müxalif güclər hava zərbələrini Rusiya təyyarələrinin endirdiyini iddia edir.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!