Nyu-Yorkda Azərbaycan bayrağı ucaldıldı - FOTO .....                        Bərdədə faciə - nənə və nəvə dəm qazından öldü .....                        Məşhur şirkətdən 40 min manatlıq oğurluq edildi .....                        Şuşa əməliyyatının YENİ DETALLARI - XTQ üzvü gizlinləri açdı .....                        Daha bir cüdoçumuz İslamiadada qızıl medal qazandı .....                        Fransa borclarına görə 74 milyard avro faiz ödəyəcək .....                        Əsgərlərimizin andiçmə mərasimləri keçirilib - VİDEO .....                        İrandakı səfirliyimizdə Zəfər Günü münasibətilə rəsmi qəbul .....                        "ABŞ-la danışıqları bərpa etmək mümkün deyil" .....                       
Tarix : 4-05-2016, 14:07
ABŞ mətbuatı Ermənistanın “çirkli bomba”sından yazdı



Ermənistanın nüvə materialı “çirkli bomba”n yaradılması üçün istifadə oluna bilər.


Butov.az Teleqraf.com-a istinadən xəbər verir ki, bununla bağlı ABŞ-ın “Washington Times” nəşrində məqalə dərc edilib. Məqalənin müəllifi Beqin-Sadat Mərkəzinin və Bar-İlan Universitetinin baş elmi işçisi Aleksandr Murisondur. Onun fikrincə, bir müddə öncə ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammiti qaydaları pozan və sanksiyalara layiq ölkələr üzərində nəzarət sahəsində çatışmazlıqların müzakirə yeri ola bilərdi: “Obamanın səyləri sammit çərçivəsində dünya liderlərinə mühüm görüşlər keçirmək imkanı yaratdı. Digər tərəfdən Azərbaycan prezidenti İlham Əliyevin sammitdə səmimi qarşılanması iki ölkə arasında strateji tərəfdaşılığın, ikitərəfli münasibətlərin və sıx əməkdaşlığın təzahürü oldu. Gürcüstan hakimiyyətinin nüvə sinfinə aid materialları qanunsuz satmağa cəhd edən bir neçə Ermənistan vətəndaşının saxlaması haqqında yaydığı məlumatlar Cənubi Qafqaz ilə bağlı həyəcan yaradır”. Müəllif hesab edir ki, hazırda Ermənistanda mövcud olan yüksək radioaktivliyə malik U-238 nüvə maddəsindən bir çox ölümcül təhlükəli və dağıdıcı növ silahların hazırlanmasında istifadə edilə bilər: “Bu cür “çirkli bombalar”ın hazırlanmasının qarşısının alınması dünyanın təhlükəsizliyi və terrorçuluqla mübarizə məsələsində əhəmiyyətə malikdir. U-238 tipli maddələrin satışı ilə bağlı vəzifəli şəxslərin saxlanılması beynəlxalq səviyyədə dərin həyəcan yaradır. Belə bir faktın ortaya çıxması Azərbaycana haqq qazandırır. Rəsmi Bakı hesab edir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri hazırda müxtəlif növ qeyri-qanuni qaçaqmalçılıq üçün istifadə olunur. Ən böyük təhlükə isə İrəvan tərəfindən istifadə olunan nüvə reaktorlarıdır. Bu nüvə reaktorları istifadə müddətini çoxdan başa vursa da, hələ də istifadə edilir. Bu, regiondakı nüvə həyəcanını yeni mərhələyə qaldırır. Reaktorların təhlükəli vəziyyəti Vaşinqtondakı nüvə sammitində müzakirə edilib. Obama və digər dünya liderlərinin iştirak etdiyi həmin iclasda Azərbaycan və Türkiyə prezidenti həmin reaktorların nə dərəcədə təhlükəli olduğu ilə bağlı fikirlərini bölüşüblər. Ancaq Ermənistan prezidenti bu məsələni inkar etdi. Düşünürəm ki, əgər Ermənistanın istifadə etdiyi reaktorlar tək təhlükəsizliyə təhdid deyil, həmçinin “çirkli bombalar” üçün radioaktiv materiallar mənbəyidirsə, bu problem Cənubi Qafqaz regionunu üçün məhdudlaşmamalıdır. Bu məsələ dünya ictimaiyyətinin diqqətindən kənarda qalmamalıdır”. - See more at: http://teleqraf.com/news/96319#sthash.uub6NlMh.dpuf


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!