Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                       
Tarix : 10-06-2016, 13:54
Prezident Barak Obama Hillari Klintonun namizədliyini dəstəkləyib



İyunun 9-da ABŞ Prezidenti Barak Obama ölkə prezidenti vəzifəsinə seçilmək uğrunda mübarizədə Hillari Klintonun namizədliyini dəstəkləyib. Prezident Obama seçicilərə videomüraciətində Hillari Klintonun təcrübəsini və peşəkarlığını şərh edərək vurğulayıb ki, Klinton Birləşmiş Ştatların prezidenti vəzifəsini qəbul etməyə qabil olan ən yüksək ixtisaslı namizəddir. Obama daha sonra qeyd edib ki, Hillari Klintonu dəstəkləmək üçün onun seçkiqabağı kampaniyasında iştirak etməyə başlamasını səbirsizliklə gözləyir.

Prezident Demokratlar Partiyasından ikinci namizəd Berni Sandersin “inanılmaz kampaniyasına” və iqtisadi sahədə mövcud qeyri-bərabərliyi, habelə ABŞ-ın siyasi sistemində pulun hədsiz böyük təsir qüvvəsinə malik olduğunu aşkar etməsinə görə onu tərifləyib.

Xatırladaq ki, çərşənbə axşamı, iyunun 7-də Şimali Dakota, Kaliforniya, Montana, Nyu-Cersi, Nyu-Meksiko və Cənubi Dakota ştatlarında Demokratlar Partiyasının praymerizlərinin yekunlarına görə Hillari Klinton ABŞ prezidenti vəzifəsinə ABŞ Demokratlar Partiyasından ilk qadın namizəd olmaq üçün partiya qurultayı nümayəndələrinin kifayət qədər səsini toplayıb. Hillari Klintonun rəqibi Berni Sanders isə bildirib ki, Demokratlar Partiyasının qurultayı başlayana qədər mübarizəni davam etdirəcək. Bu il iyulun 25-28-də keçiriləcək qurultayda Respublikaçılar Partiyasının namizədi ilə mübarizədə demokratların yeganə namizədinin kim olacağı elan ediləcək.

Demokratlar Partiyasından bu nominasiya uğrunda gərgin mübarizəyə baxmayaq hər iki demokrat – həm Hillari Klinton, həm də Berni Sanders öz bəyanatlarında vurğulayıblar ki, prezident seçkilərində Donald Trampın qələbəsinə yol verməmək üçün bir-birini dəstəkləməyə hazırdırlar.


AzərTac


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!