ANAMA-dan 7 milyonluq müqavilə .....                        Azərbaycan benzini Ermənistana necə kömək edib? .....                        Dekabrda 894 nəfər COVID19-dan ölüb .....                        Metronun "Memar Əcəmi" stansiyasının bu çıxışı BAĞLANIR .....                        Cahangir Hacıyevin mühafizəçisinin oğlu ağır cinayətdə İTTİHAM OLUNUR .....                        Azərbaycanda dövlət qurumlarına 850 kiberhücum olub .....                        Azər Zahidin cinayət işinə xitam verildi .....                        Qarabağ Universitetinin ilk uğuru - FOTO .....                        Almaniyada viza fırıldaqçılığı: Azərbaycanlılar ilk "üçlük"də yer alıb .....                       
Tarix : 8-11-2013, 11:57


Azərbaycan Bayrağı əslində Türk Dünyasının bayrağıdır



Milli Dirçəliş Hərəkatı Partiyası Dövlət Bayrağı Günü münasibətiylə Azərbaycan xalqını təbrik edir!

1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: "Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin". 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı isə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikamızın dövlət bayrağı elan edilib. Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasında hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Milli Dirçəliş Hərəkatı Partiyası Dövlət Bayrağı Günü münasibətiylə Azərbaycan xalqını təbrik edir! Azərbaycan xalqı üçrəngli bayrağını qan tökərək, uğrunda şəhidlər verərək zirvəyə ucaldıb və “Bir kərə yüksələn bayraq bir daha enməz!” deyib. Bu bayram həm də bütün Türk Dünyasının bayramıdır. Çünki, Türk Dünyasının ilk cümhuriyyəti olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı özündə Türk dünyasını, Turanı ifadə edir. Türkçülük (göy), Müasirlik (qırmızı), İslamçılıq (yaşıl), Bəşərilik (aypara) və Türkün səkkiz boyunun birliyini (səkkiz guşəli ulduz) ifadə edən BAYRAĞIMIZ əslində elə butun Türk Dünyasının bayrağı kimi nəzərdə tutulmuşdur. Çünki, Türk Dünyasının birlik ideologiyası da məhz bu beş əsas prinsip üzərində qurulmuşdur. İlk bayraq anlayışı zatən Türk millətinə aid olmuşdur. Bayraq Türk millətinin ən müqəddəslərindəndir. Bayraqdarlıq ənənəsi sonradan bütün dünyaya yayılsa da Türk kimi o missiyanı qoruya biləcək toplum olmadı. Bayrağımız Vətən kimi bizim səcdəgahdır.
Bayraq Günümüz KUTLU OLSUN!

Qürur və sevgiylə

Milli Dirçəliş Hərəkatı Partiyası





Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!