Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 11-11-2013, 21:25
Bayraq ucadır, ya Ana Yasa?



Bayraq ucadır, ya Ana Yasa?


Fazil MUSTAFA
Milli Məclisin deputatı
Fəlsəfə doktoru


Dövlət Bayrağı bir millətin mənəvi dəyərlərini simvollaşdıran maddi dəyərdir. Azərbaycan Bayrağı deyəndə birinci hansı dəyərlərin parça üzərinə köçürüldüyünə diqqət etmək lazımdır. “Türk millətindənik, Avropa mədəniyyətindənik, İslam ümmətindənik” kimi bir səsləniş şəkli. “Türkləşmək, Müasirləşmək, İslamlaşmaq!” başqa bir səsləniş şəkli. Hətta bunu bəsitləşdirərək təqdim olunan “Səma, Şəhid Qanı, Yaşıllıq” kimi tapıntılara belə keçmədən, başqa mənasız izahlara vaxt itirmədən birmənalı deyərdim ki, Azərbaycan cəmiyyətində bayrağa ciddi yanaşmanın şahidi olmuruq. Məna ilə yaşanmayan, forma ilə yaşanmaz. Üçrəngli Azərbaycan bayrağı əslində bütöv bir sevgi istəyir. Türk millətindən danışanda birinin qarnı ağrıyır, Avropa mədəniyyətindən söz açanda digəri “vaveyla, şəriət əldən getdi” deyir, İslamlaşma deyəndə, başqası sanki bir vəba xəstəliyinin yayılması qorxusunu dilə gətirir. Hər bir fərdimizdən səmimi olaraq soruşun, görəcəksiniz: bu rənglərdə yatan mənanın ya birini, ya da ikisini sevir, üç mənanı bir yerdə sevəcək, daşıyacaq, yaşayacaq insanımızın sayı çox deyil.

Bu, mənim iddiam deyil, hər kəs bayrağı qarşısına qoyub bir anlığa öz yaşadığı ömürdə hər üç rəngin mənasına olan bərabər sayğısını testdən keçirsin. Bir vaxtlar mən öz nümunəmdə açıqca deyə bilərəm ki, üç rəngdən birincini başqasından üstün sayırdım. Addım-addım üç mənanı da sevməyə və yaşamağa başladım. Tam bərabər duyğularla. Anladım ki, üç mənanı sevmədən Azərbaycan bayrağı sevilməz!!! Bəzən bayrağımızın rənglərində yerləşən mənanı bəlli səbəblərə görə dəyişməyə də lüzum yox. Ölkəmizin zənginliyi, dəyəri sayılan başqa xalqları incitməmək üçün “Türklük”lə bağlı hissəni “Səma” obrazı ilə əvəzləməyi tamamilə yersiz hesab edirəm. Hər bir dövlətin aparıcı bir və ya iki etnosu ola, o dövlətin ərazisində onlarla azsaylı xalq yaşaya bilir. Aparıcı etnosun dili dövlətin əsas ünsiyyət dili kimi qəbul olunur və başqa azsaylı xalqların da dil, adət-ənənə, hüquq və azadlıqları bütün ölkə vətəndaşları ilə birlikdə qorunur. Aparıcı etnosun adının bayrağın rəngində ifadə olunmasından niyə kimsə rahatsız olmalıdır? Dilimizin adının türk dili olmasını söyləməkdən niyə rahatsız olmalıyıq? Bunun elmi əsaslandırması da belədirsə, başqa terminlərlə oyalanmağın nə mənası var? Çoxluğu təşkil edən xalq o zaman demokratik, möhkəm dövlət qura bilir ki, eyni ərazidə yaşadığı xalqlarla tarixdən gələcəyə qədər hər şeyi səmimi şəkildə paylaşır. Rahatsızlıq o zaman olar ki, başqa azsaylı xalqların hüquq və azadlıqları boğulsun, ana dilində təhsil alma imkanları məhdudlaşdırılsın, adət-ənənələrini yaşatmaları əngəllənsin. Bu gün Azərbaycanda yaşayan türk, talış, ləzgi, avar, kürd, rus, yəhudi, tat və başqa xalqlardan olan insanlar bu vətənin zənginliyidir və bu yurdu vətən sayan, bayrağına sayğı göstərən hər kəsi nədən doğmamız, əzizimiz kimi sevməməliyik? Kənardan idarə olunan beş-on separatçı ünsürə görə bu vətəndaşlarımıza niyə şübhə ilə baxmalıyıq? Yaxud Avropa mədəniyyəti məsələsinə gələndə dərhal cinsi azlıqlardan, ailə deformasiyasından danışılır.

ABŞ-ın kəşfiyyat şefi başqa qadınla nikahdankənar əlaqəsinə görə istefa verdi. Ailə dəyərlərinə sayğı olmayan cəmiyyətdə kim bu addımı atardı? Bunun nümunəsi varmı müasir Azərbaycan tarixində? Belə bir ictimai qınaq Azərbaycanda indi demirəm, heç əlli il sonra ola biləcəkmi? Yaxud Azərbaycanda İslam adı gələndə ən tanınmış ziyalılar belə Quran ayələrində səhv axtarma yarışına girirlər, mollalar barədə lətifələri sıralayırlar, səmimi şəkildə İslamı yaşayanlar isə kütləvi şəkildə Hacılaşan, Kərbəlayılaşan, Məşədiləşən, Mollalaşan ibadətsiz İslamı görəndə başlarını aşağı dikirlər. Ümumi dəyərləndirmədə o əxlaqsız hesab etdiyiniz avropalıların öz kilsələrinə, hətta camilərə göstərdiyi xoş münasibətin ən cüzi bir hissəsini öz ibadət məkanlarımıza göstərirsinizmi? Budurmu Azərbaycan bayrağındakı mənanı sevməyimiz və yaşamağımız? Başqa bir təzada göz yetirin. 9 noyabr tarixi Bayraq Günü, 12 noyabr tarixi isə Ana Yasa Günüdür. Nədənsə bu yazını rəsmi dövlət bayramları statusu almış bu iki günün ortasında yazmaq nəsib oldu. Bu iki dəyərli rəsmi bayram arasında əlaqəni də çox düşündüm. Himnimizi xatırladım: “Üçrəngli bayrağınla məsud yaşa!” Və anladım ki, yalnız üçrəngli bayraqla məsud yaşamaq imkansız. Bayraq və Ana Yasa günləri arasında məsafənin bu qədər qısa olması təsadüf kimi görünsə də, bizlərə sanki vacib olan bir gerçəyi xatırlatmaq üçün ard-arda sıralanıb. Bir millət ona hüquq və azadlıq verən, onun üzərinə ərklə vəzifə qoyan bir Ana Yasaya sayğısız yaşaya bilməz.

Ana Yasa və Bayraq ruhla bədən kimi bir-birini tamamlayır. Biz bu iki fenomenin birliyini tapa bilmədiyimizə görə dövlətə bağlılıq və güvən duyğularını yetərincə içimizə oturda bilmirik. Təqvimdə Bayraq günü istirahət, Ana Yasa günü çalışma günüdür. Bəlkə məna budur ki, artıq bayrağı qazanmışıq, istirahət etmək olar. Ana Yasanı isə hələ olduğu kimi yaşamırıq, bir az da çalışmalıyıq. Ancaq bir gerçəklik də var ki, Qarabağ üzərində bu bayraq dalğalanmırsa, hələ qazanılmış sayılmaz. Yəni bu günü istirahətə layiq deyilik. Bayraq heykəlləşib, hamının göz məsafəsinə yerləşdirilib, Ana Yasa evlərimizin çoxunda belə yox, olan evlərin çoxunda da içini-üstünü toz basıb. Seçiləndən sonra Bayrağı öpüb göz üstünə qoyuruq, Ana Yasaya əl basırıq. Bütün hallarda sanki Bayrağın Ana Yasadan üstünlüyü görüntüsü meydana çıxır.

Yaşadığımız dünyada isə Dövlət Bayrağını dalğalandıran, hərəkətli saxlayan əslində rüzgar deyil, işləyən, insanın insanlığını qoruyan Ana Yasadır. Bayraq Günü ilə Ana Yasa Günü arasında üç günlük məsafə var. Hər günə bir rəngi sevməklə dəyər qatmaq olar. Ana Yasaya sayğı da Bayrağı bütöv rəngləri ilə sevməkdən başlayır...



Aysel Araz


Paylaş



Bölmə: Ədəbiyyat / Köşə / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!