ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxıldı .....                        Pakistanda 145 silahlı zərərsizləşdirildi .....                        Aİ-nin hərbi attaşeləri dərhal İranı tərk etməlidir - İran rəsmisi .....                        Rusiya doğum evini vurdu .....                        ABŞ növbəti 48 saat ərzində İrana zərbə endirə bilər - Vuçiç .....                        Dünya çalxalanır: Epşteyn dosyelərində nələr var? .....                        Əbu-Dabidəki görüş alınmadı - Zelenski açıqladı .....                        Ermənistana Rusiya taxılı daşıyan qatarı Biləcəridən yola düşdü .....                        Zelenski prezidentliyə namizədliyi barədə danışdı .....                       
Tarix : 27-09-2013, 12:18
Dövlət Bayrağı Meydanından şad xəbər


Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi tələbələr arasında “Bayrağımız qürur mənbəyimizidir” adlı foto-müsabiqə, eləcə də ölkə ərazisində yerləşən ümumtəhsil məktəblərinin 6-13 yaşında şagirdləri arasında rəsm müsabiqəsi elan edir. İdarəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, foto-müsabiqədə iştirak etmək arzusunda olan tələbələr əgər fotoşəkli Dövlət Bayrağı Meydanında çəkmək istəyərlərsə, oktyabrın 10-na qədər dbm@flag.gov.az ünvanına şəxsiyyəti təsdiq edən sənədin foto-surətinı və əlaqə telefonunu ğöndərməlidir. Çəkilişin aparılacağı gün və vaxt barədə məlumat veriləcək.

Meydanın kənardan çəkilmiş yüksək keyfiyyətli rəngli və rəngsiz fotoşəkilləri isə jpg, jpeg, raw, raw formatda oktyabr ayının 25-ə qədər dbm@flag.gov.az ünvanına Google Drive, wetransfer.com, sendspace.com və vasitəsilə təqdim edilməlidir.

Eyni zamanda e-maildə müəllifin adı və soyadı, yaşı, təhsil aldığı müəssisənin adı, ixtisası, ev ünvanı, əlaqə telefonu qeyd olunmalı, şəxsiyyəti təsdiq edən sənədin foto-surəti də göndərilməlidi.
Təşkilat komitəsi tərəfindən 3 fotonun sahibi qalib kimi seçilərək qiymətli hədiyyə ilə mükafatlandırılacaq. Rəsm müsabiqəsinin iştirakçıları isə Dövlət Bayrağı Gününə həsr olunmuş, istənilən üsulla çəkilmiş, A2-A3 formatlı, rəngli rəsm işlərini, müəllifin doğum haqqında şəhadətnaməsinin surətini 2013-cü il oktyabr ayının 25-dək Bakı şəhəri, Dövlət Bayrağı Meydanına təqdim etməlidir.

Münsiflər heyətinə təqdim edilən rəsm işlərinin arxa tərəfində, aşağı sağ küncündə hündürlüyü 4 sm, eni 10 sm olan ağ sahədə rəsm işinin müəllifinin adı və soyadı, yaşı, ev ünvanı,təhsil aldığı məktəbin nömrəsi və ya adı, sinfi, əlaqə telefonu qeyd edilməlidir.

Azərbaycan Respublikasının dövlət rəmzlərinə dair müvafiq qanunvericiliyə, eləcə də müsabiqə şərtlərinə uyğun olmayan şəkillər müsabiqəyə qəbul edilmir.
Təqdim edilmiş işlər geri qaytarılmır və onlara dair bütün müəlliflik hüquqları Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinə məxsusdur.


Paylaş



Bölmə: Xəbər / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!