Tehran küçələrində böyük izdiham .....                        Rza Pəhləvi ilə gizli görüş .....                        Trampdan İranla bağlı mesaj: Hazır olun! .....                        İran rejiminin son günləridir - Almaniyadan reaksiya .....                        “Qalatasaray” səfərdə qələbə qazandı .....                        Mirzoyan Rubio ilə görüşdü .....                        "20 Yanvar"da maşın alışdı .....                        ABŞ İranı vuracaq - Hədəflər məlum oldu .....                        Ceyhun Bayramov Fidanla regionu müzakirə etdi .....                       
Tarix : 1-06-2015, 10:18
“Ürəyimdir yazanım”


Sumqayıtdakı “Azəri” poliqrafiya müəssisəsində şair-publisist Əli Nəcəfxanlının yenicə çap olunmuş “Ürəyimdir yazanım” adlı kitabının imza günü keçirilib.
Müəllifin sayca 4-cü kitabı olan bu topluda onun publisistik yazıları yer alıb.
Kitaba yazdığı “Müəllifi mənəm, sahibi sizlər” başlıqlı ön sözündə Əli Nəcəfxanlı məramını belə ifadə edir: “Mənim bu kitabdakı yazıları qələmə almaqda amacım var: mənəvi ehtiyaclarımıza işıq tutmaq, gəzib-gördüklərimi paylaşmaq, cəmiyyətin dəyər verdiyi, sanbalı bəlli kəsləri tanıtmaq və örnək göstərmək... Bu kitabda könül adamlarının yaradıcılıq portretləri xüsusi yer alıb. Mən kriminalist deyiləm, amma qələm dostlarımın hamısını “barmaq izi”nə, yəni dəst-xəttinə görə ayırd edə bilərəm.
Tədbirdə bildirilib ki, Əli Nəcəfxanlının yazıları arasında doğum və ev ünvanı Sumqayıtdan, ayrı-ayrı bölgələrdən söz açdıqları da var. Kitabda həmçinin 1988-ci ilin Sumqayıt hadisələri canlı şahid kimi müəllifin təhlil süzgəcindən keçirilib. Kitabın “Vətənimiz – canımız və tənimiz”, “Məqamında deməsək...”, “Tanımayan tanısın” və “Sərraf gözüm...” kimi bölümlərində də oxucuların maraqla qarşılayacağı yazılar toplanıb.
İmza günündə ürək sözlərini söyləyən şairlər Əşrəf Veysəlli, İbrahim İlyaslı, Sabir Sarvan, hazırda İngiltərədə yaşayan, vətənə qomaq gəlmiş Rauf Qaraişıq, Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri Rafiq Oday, şərqşünas-alim Hafiz Rüstəm, jurnalistlər Aida Eyvazlı, Aftandil Ağbaba, Rəhman Orxan, İlhamə Məhəmmədqızı, iş adamı Hacı Gülağa Abışov və başqaları tanınmış jazarın çoxşaxəli yaradıcılığı, peşəkar jurnalist keyfiyyətləri, mövzuları işləmə manerası, yazılarının obrazlı dili kimi məsələləri önə çəkiblər. Qeyd edilib ki, Sumqayıtda ilk imza günü də beş il əvvəl məhz Əli Nəcəfxanlının “Payız prospekti” şeirlər kitabı işıq üzü görəndə təşkil olunmuşdu. Qələm dostları çeşidli mövzularda maraqlı məqalə və oçerklərini ortaya qoyan, sözün qədrini bilən, dediyi hər kəlmənin üstündə əsən istedadlı yazara yeni yaradıcılıq sevincləri arzulayıblar.
Sonda müəllif tədbirə toplaşanlara minnətdarlığını bildirib. O, “Ürəyimdir yazanım” kitabının nüsxələrini imzalayaraq iştirakçılara təqdim edib.
“Ürəyimdir yazanım”


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!