Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                       
Tarix : 20-01-2016, 16:14
VƏTƏNƏ BAĞIŞLADIN

Gulaye Rzayeva
Şəhidlərimizin əziz xatirəsinə

VƏTƏNƏ BAĞIŞLADIN

Ümidimdə doğuldun, gümanımda boy atdın,
Vətən, boyuna qurban bu canımda can dedin.
Boyuna qurban olum, boyu vətən şəhidim,
Vətən boyda boyunu vətənə qurban dedin.

Səngər-səngər boy atdın, havasından asıldın,
Yaşadın sevincini, həm yasından asıldın.
Sərhəddinə hörüldün, səmasından asıldın,
Sarıdın yaran ilə yarasını vətənin.

Köksünü sipər etdin güllələnən torpaqda,
Ümidimdə ümidi itən gülü bitirdin.
Güllələnib, gül üzünə gül ələnən torpaqda,
Sən öz şəhid qanınla vətən gülü bitirdin.

Torpaq qırmızı geydi çiçəklədi qan yeri,
Bu şanlı tarixini göydə yazdı gözlərim.
Gözlərimdə söküldü gözlədim mən dan yeri-
Götürüb məzarını göydə qazdı gözlərim.

Dərdimin dəryasında gecələdi gecələr,
Dünyamın dünyasında gecələdi gecələr,
Gözümün aynasında gecelədi gecələr,
Açılan sabahları mən yarana bağladım.

Bu dünyaya sığmayan sevincini, sevgini
Ürəyində sevinci bitənə bağışladın.
Köynəyindən keçirdi vətən səni əbədi-
Sən əbədi ömrünü vətənə bağışladın.
VƏTƏNƏ BAĞIŞLADIN


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!