Azərbaycanı gələn il nə gözləyir? .....                        Trampın adamları Putinlə görüşdülər .....                        Qəzzada daha bir jurnalist həlak oldu .....                        Keçmiş rejissor müharibədə həlak oldu .....                        Qız Qalasındakı qırmızı işığın səbəbi açıqlandı .....                        İmran Xandan xəbər yoxdur .....                        Bakıda daha bir avtobusda gedişhaqqı 60 qəpik oldu .....                        Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR .....                        “Fənərbağça” - “Qalatasaray” oyununda qalib olmadı .....                       
Tarix : 1-12-2014, 09:29

Olsa da Vətənin sərhədi bəlli...

 

 Əli NƏCƏFXANLI

( fraqmental duyğular)

 

Vətən başdan da ucadı,

Vətən tacdan da ucadı,

vətəndaşdan da ucadı!..

Ata-babamızın əyildiyi canamaz, alnını qoyduğu möhürdü Vətən!

Məhəmmədhüseyn Şəhriyar rəhmətlik Vətənə xitabla yazırdı: "Can qurban etmənin vaxtı çatıbsa, səndən hansı namərd əsirgəyər can?" - Amma əsirgəyənlər az olmadı...

Məmməd Araz rəhmətlik yazırdı: "Vətən mənə oğul desə, nə dərdim?.." -Dedi eee, intəhası, bizim hay verən səsimiz zəif çıxdı...

Məmməd Aslan yazır: "Vətən gözdü, biz kirpik, gözümüzün keşiyini çəkirik"... -Bunu da axıracan edə bilmədik. Vətəni öz ucalığında saxlamadıq.  

Məmməd İsmayıl yazır: "Keçilməz qaladı Vətən, keçilməz"... -Amma Şuşa keçildi, Şuşadan keçildi. Qürur kiçildi. Söz verənlər başlarına güllə çaxmadılar..

Əməllərimizlə ünlü şairləri xəcil elədiyimiz yetməzmi?

Unutmayaq: Vətənə qıyan, onu ucuz tutan hər kəs kötülük hizmətkarıdır!

 Qarabağ mötərizəyə salınıb. Çıxardılmalı!

Ali Baş Komandan bundan ötrü əlindən gələni edir. Dünyaya sülh niyyətimizi, eləcə dəərazi bütövlüyümüzün bərpasından ötrü işğalçıları kürüyüb atmaq əzmimizi bəyan edir. Yeni müdafiə naziri bu yöndə layiqli işlər görür. Ordumuz xeyli güclənib. Müasir hərbi texnikamız yetərincədir. Döyüşçülərimizin qələbə təşnəliyi qürur doğurur. Qırımı xain qonşularda xof yaradır.

Elə hərbi xidmətə çağırışda da müəyyən qayda yaradılıb.

Amma bəzi valideynlər yenə də  əndişə keçirirlər. Orduya gedən övladlarının cəbhə xəttindən, səngər rütubətindən, atəş səsindən, barıt qoxusundan uzaq olmasını istəyirlər. Gənc əsgərlərin andiçməsindən sonra "balam yaxşı yerə düşsün" deyə qapıların dabanını çıxarırlar. Bəzi çinli  çiyinlərsə... Ayıb, ayıb!..

Sayaq ki, hesab dərsi - hesabat vaxtıdı:

Olsa da vətənin sərhədi bəlli,

Yaddadı torpağın yarısı, yadda...

Qəliz məsələdir üç-dörd əməlli:

Vurursan, bölürsən, üstə gəlirsən-

Yarısı yazılır, yarısı yadda...

Əlbir olaq, həll eləyək!

 

 

 

 

 

 



Paylaş



Bölmə: Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!