“Koalisiya daxilində Kiyevə təminatlarda razılıq yoxdur” .....                        Elgizlə Tolikin verilişi bağlanır .....                        Braziliyada güclü yağışlar: 22 nəfər ölüb .....                        Milli Məclisdə Türkiyə parlamentariləri ilə görüş keçirilib .....                        Ukrayna Rusiyanın iddialarını “absurd” adlandırdı .....                        Qızlara söz atan məktəblini döydü, həbs olundu .....                        Müharibə istəmirik, amma... - İRAN .....                        İşədüzəltmə vədləri ilə tanışlarını dəfələrlə aldatdı .....                        Gültəkin Hacıbəylinin evində axtarış aparılıb .....                       
Tarix : 4-07-2017, 15:23
Xaqan


Vətən əcdadlarımızdan bizə əmanət olan yurd yerimizdir. Kökümüz, mədəniyyətimiz, həyatımız burdan başlayar. Zaman dəyişdikcə sənə olan sevgimiz əsla azalmır, əksinə artır və artacaq. Bizlərə ana, nəfəs, ruh və minlərlə bu yurd üçün canından keçən mərd oğullar bəxş edər.

Ana laylası ilə səhərə göz açan körpələr baba öyüdləri və Vətən sevgisiylə bu torpağa bağlı olar. Qanlı tarixlərə canlı şahid olan bir elin gücünü heç kəs məhv edə bilməz. Bu yurdun ocağı hələ yandıqca, dildə “Azan” - ın sədasıyla gücünü imanından alaraq daha neçə tarixin Qızıl Səhifələrinin canlı şahidi olan, bir elin gücünü heç kəs məhv edə bilməz.
Eşit, bil, bizlərə kənardan baxan kafir, öyünmə bu qədər. Baxdığın bu məmləkət öz övladlarını gözləyir. Ayaq basdığın torpaq Türkün yuvasıdır. Bitməz toxumun, cücərməz otun, yanmaz ocağın. Günəşın doğmaz, buludların göz yaşları qurumaz. Kənardan baxan kafir, nə öyünürsən bu qədər? Xəyanətkarlıq, alçaqlıq sarmış bütün vücudunuzu. Öyündüyün təkqulaqlı çaqqaldırmı? Yaxşı bax! Gəzdiyin o torpaqlar sahibsiz deyil, bunu bil! Axıdılmış günahsız körpələrin qanı yerdə qalmaz, qiyam tutacaq sizə axıdılan hər bir damla nahaq qanlar. Öyünmə bu qədər! Anaların bətnində mərd oğullar böyüyər. Yenə Şuşa minarələrində Azanın səsi səslənəcək. Oxuyacaq Cabbar, Bülbül, Xan. Tarın, kamanın qaynar səsi yayılacaq. Qarabağda Seygahın səsi ucalacaq. Yenə Üzeyirin nəğmələri bəstələnəcək. Toxuyacaq ilmələr, yanacaq ocaqlar. Yurdsuz bir xalqın sonu yoxdur, bunu bil! Çox öyünmə, qələbə o qədər də uzaqda deyil! Biz ölümdən qorxmayan bir Millətik! Azadlıq tarixini qanıyla yazan igidlərin övladlarıyıq. Dastan yazdıq Koroğluyla, Babəklə, Cavanşirlə. Açılan hər sabahda, doğan günəşin şəfəqiylə, öz kökü üzərində böyüyən mərd oğullar yetişər. Qəhrəman millət, Xaqanı olan yurdu, canı bahasına olsa da onu qoruyacağına and içər. İçdiyi and millətin namusunu, şərəfini tərənnüm edər.

Xaqan



Günel Ağayeva


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!