Mehriban Əliyeva Şuşadan paylaşım etdi .....                        Prezidentdən Ulu Öndərlə bağlı paylaşım .....                        Heydər Əliyevin anadan olmasının 102-ci İLDÖNÜMÜ .....                        Hindistanla Pakistan arasında döyüş yenidən başladı .....                        Sumqayıtda güclü yanğın .....                        Ukrayna ilə bağlı mühüm açıqlama: yaxın iki gündə... .....                        Çayda boğulan yeniyetmənin meyiti tapıldı .....                        Daha bir direktorun səsyazısı yayıldı - Araşdırma BAŞLADI - FOTO .....                        Ağır qəzada 4 nəfər yaralandı .....                       
Tarix : 28-04-2016, 19:56
MƏNƏM SÜLHÜN ELÇİSİ!


Bəşəriyyət mövcud olandan bəri ardı-arası kəsilmədən milyonlarla günahsız insanın fəlakətinə səbəb olan müharibələr baş vermişdir. Dildə asan səslənməsinə baxmayaraq, bu 8 hərfin arxasında göz yaşı, ölüm, isti ocaqlardan didərginlik durur. Lakin bu sözə əks olan, bəlkə də bütün dünyanı xilas edəcək, göz yaşlarına, günahsız axan qanlara son qoyacaq bir söz durur. Bu, sülh sözüdür.
Dünya xalqlarının ən böyük arzusu həmişə sülh şəraitində yaşamaq, əmin-amamlıq, dinc quruculuq işləri ilə məşğul olmaq olub. Əzəldən bəri Azərbaycan sülhsevər bir dövlət, sülhsevər bir xalq olub. Azərbaycan xalqı daim vətənini sevmiş, onun bütövlüyü uğrunda son damla qanına qədər mübarizə aparmışdır Hələ də aparmaqdadır. Çünki Vətən ulu babalarımızın bizə qoyduğu müqəddəs əmanətdir. Atalarımız yadigarı olan Vətən bizim tərcümeyi-halımız, şanlı keçmişimiz, bu günümüz, sabahımızdır. Vətənimizin uğrunda uzun illər ədalətsiz müharibələr getmişdir. Dost-qardaş deyib torpağımızda yer verdiyimiz,çörəyimizi, suyumuzu əsirgəmədiyimiz qəddar erməni daşnakları üzümüzə gülüb, arxada isə Azərbaycanı məhv etmək, Qarabağımızı ələ keçirmək haqqında plan hazırlayırdılar. Dağlıq Qarabağ uğrunda gedən müharibələr xalqımıza böyük dərdlər gətirmişdir. Bu müharibələrdə minlərlə oğul və qızlarımız torpaqlarımız uğrunda canlarını qurban vermişlər.
Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk qrupu məşğul olmaqdadır. Bu qrupa dünyanın 3 böyük dövləti-ABŞ, Rusiya, Fransa rəhbərlik edir. Bundan başqa Birləşmiş Millətlər Təşkilatı da hərbi qüvvələrən işğal etdikləri Azərbaycan torpaqlarından çıxarılması barədə 4 qətnamə qəbul etmişdir. Əfsuslar olsun ki, Ermənistan tərəfi BMT-nin qətnamələrini yerinə yetirmir.
Əgər mən sülhün elçisi olsaydım, xalqımızın arzuladığı kimi torpaqlarımızı düşmən tapdağı altından xilas edər, vətənimizdə olan iqtisadi gərginliyi aradan qaldırar, müharibə nəticəsində yurdlarından didərgin düşmüş həmvətənlərimizə kömək, arxa olar, onların hüquqlarını qoruyardım. Hətta vətəni yaddan çıxaranlara, mərdi namərd görənlərə, torpağı, vətəni bir stul davası üçün satan vicdansızlara yol göstərərdim. O yol ki, ümidlə, arzuyla, namusla, mərdliklə, ğünəş işığı və cənnət havasıyla dolu olsun. O işıq ki, bizi gələcəyə, gerçək həyata, torpağa, ana Vətənə aparır.
Sülh xoşbəxtlikdir. Əgər mən sülh elçisi olsaydım, Azərbaycanın suverenliyini, azadlığını qoruyub saxlayardım. Çalışardım ki, Azərbaycanın səsi dünyanın hər yerindən eşidilsin. Vətənimizin bayrağı dünyanin nəhəng ölkələrinin bayraqları sirasında həmişə dalğalansın. Gələcək nəsillərin xoşbəxtliyi, xalqımızın suverenliyi yalnız sülhlə bağlıdır. Bu sülh bizim əlimizdədir. Hər birimizin ürəyində sülh arzusu olsa, biz bu ümidlə yaşasaq, bu birliyi əldə edəcəyik. İndi bizə milli birlik lazımdır. Çalışaq ki, bu göz yaşlarına, bu ah-nalələrə son qoyaq. Vətənimiz uğrunda bunu etməliyik!
Vətənimiz üçün lazım gəlsə,
Polad kimi gərilməsə,
Torpagına sərilməsə,
Demək,o heç ürək deyil!
O heç mənə gərək deyil!


Xəyalə CƏFƏROVA


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!