XİN Başçısı Pavel Knyazevi qəbul etdi .....                        Hikmət Hacıyev: “Biz bu səhifəni çevirdik, sülh və təhlükəsizliyi təmin etdik” .....                        İranın dövlət agentliyi Azərbaycandakı səfiri istefaya çağırdı .....                        Cəlilabadda məktəb direktoruna cinayət işi açıldı .....                        102-ci hərbi baza Ermənistanın suverenliyinin yeganə təminatıdır - Rusiya XİN .....                        Paytaxtda elektrik mühərrikli avtobus istifadəyə verildi .....                        Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır - Hikmət Hacıyev .....                        Silahlı münaqişə zamanı sərvətləri hərbçilər müdafiə edəcək .....                        TƏBRİK EDİRİK ! .....                       
Tarix : 27-07-2017, 00:13
"Əsl ozan belə danışır..." - Mübariz Azərbaycanlı


Biz niyə beləyik və ya niyə belə olduq, bilmirəm. Hər bir xalq öz yaxşısı və pisi ilə dünya xalqları arasında özünə görə bir xalqdır. Hələ lap uşaq yaşlarımızdan bizə örnək kimi tanıdılan xalq qəhrəmanlarımız, sərkərdələrimiz, şairlərimiz nədən bu gün gözdən, könüldən salınır? Babək, Şah İsmayıl Xətayi, Qacar, Nizami və XX əsrdə yazıb yaratmış neçə-neçə şair və yazıçılarımız, ümumiyyətlə bütün tarix boyu olan şəxsiyyətlərimiz nədən hörmətdən salınırlar? Əgər kimsə, hansısa "qələm sahibi" və ya "siyasətbaz" bununla özünü ucaltmaq istəyirsə vay onun halına.

İxtisasca jurnalist olduğumdan yaxşı bilirəm ki, jurnalist, Jurnalist etikasının təməl prinsiplərinə - obyektivlik, vicdanlılıq və qərəzsizliyə mütləq riayət etməlidir. Yəni "düzü-düz, əyrini-əyri" yazmalıdır.

Baxın, əsgər xidmətə başlayanda hərbi and, həkim diplom alanda Hippokrat andı, ölkə prezidentləri seçkidən sonra Konstitusiyaya və müqəddəs kitablara and içdikləri halda, amma peşəkar jurnalistlər Jurnalist etikasına and içmədən ona sadiq olacaqlarını özlərinə ən müqəddəs borc hesab edirlər. Amma burada bir məqamı unutmaq olmaz; əgər söhbət milli mənafedən gedirsə, bu zaman jurnalistin vətəndaşlıq mövqeyi etikadan bir pillə yuxarıda dayanır və dayanmalıdır!

Əgər özünü dünyaya demokratiya atasıtək təqdim edən Amerikanın CNN kimi dünyaca məşhur bir telekanalı istədiyi zaman dövlət mənafeyindən çıxış edə bilirsə, burda heç kimi günahlandırmaq olmaz.

Sosial şəbəkədə dostluğumda Ozan Yozman (Rüstəm Kəsəmənli) adlı bir ziyalı var. Allah onu həmişə də var etsin... Mən, bu insanın video söhbətlərinə dəfələrlə qulaq asmışam. Hər dəfə də baxanda ondan nə isə yeni bir şey öyrənmişəm. Həqiqətən də adam bu ziyalını dinləyəndə elə bilir bizimlə eyni vaxtda - müasir dövrdə yaşayan yox, adı ruhumuza hopmuş tarixi ozanlardan biri, yəni təsəvvürümüzdə olan əsl bir ozan danışır...

"Əsl ozan belə danışır..." - Mübariz Azərbaycanlı


Ürəyə yatımlı səs tembri, mövzuya uyğun temp, seçilmiş mənzərə - axar su, ətrafdakı yaşıllıq, əynindəki sadə libas, bir sözlə bütün bunlar bir-birini tamamlayır.

Ozan Yozmanın məntiqinin güclü olması, poeziyanı duymaq, onu incələmək, obrazları xırdalığına qədər təhlil etmək bacarığı bu hörmətli ziyalının bu dünyada olan ən böyük varı, dövləti, mülkü, imarətidir desəm, bəlkə də yanılmaram. Ona qulaq asdıqca düzü adam istəyir ki, elə o, danışdıqca danışsın...

https://www.youtube.com/watch?v=hWJyUFxQ8d0


Mübariz Azərbaycanlı, müstəqil jurnalist


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!