"Mən bu hərəkətimə görə məsuliyyət daşımağa hazıram"
Butov.az Ölkə.Az-a istinadən xəbər verir ki, qaçqınlara badalaq atması ilə dünya gündəmini zəbt edən Macarıstanın "N1TV" telekanalının keçmiş əməkdaşı Petra Laslo üzr istəyib.
Qadın jurnalistin sözlərinə görə, o, özünü müdafiə edirmiş.
"Mən baş verənlərə görə təəssüf hissi keçirirəm. Yalnız ində mən özümü ələ ala və bu məktubu yaza bildim. Əslində həmin an mən şok vəziyyətində idim. Yüzlərlə miqrant polis kordonunu yararaq üzərimə gəldi və mən çox qorxdum. Həmin an nəsə baş verdi, sanki sancdı məni. Mən sadəcə düşünürdüm ki, mənə hücum edirlər və özümü müdafiə etməliyəm. Panik vəziyyətdə yaxşı qərarlar qəbul etmək olduqca çətindir. Mən panikaya düşdüm, sanki bu, mən deyildim", - deyə reportyorun yazdığı məktubda deyilir.
O, ünvanına səsləndirilən irqçi ittihamlarını da rədd edib:
"Mən bu hərəkətimə görə məsuliyyət daşımağa hazıram. Ancaq mən ürəksiz, irqçi, uşaqları təpikləyən deyiləm. Mən sadəcə balaca uşaqların işsiz anasıyam. Mən həqiqətən təəssüf edirəm", - deyə Laslo bildirib.
Xatırladaq ki, Macarıstanın N1TV televiziya kanalının müxbiri Petra Lazlonun əlində uşaq olan və polisdən qaçan qeyri-qanuni mühacirə qarşı kobud hərəkətlərini əks etdirən kadrların yayılmasından sonra işdən qovulmuşdu.
Çəkilişlər Macarıstanın cənubunda qaçqınlar üçün düşərgənin təşkil edildiyi Rojke adlı yerdə aparılmışdı.
Sosial şəbəkələrdə isə həmin jurnalistə qarşı kampaniyaya start verilmiş, #petralazslo haştaqı altında müxtəlif paylaşımlar edilməyə başlamışdı.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!