Lukaşenko naziri qorxudan zarafat etdi .....                        "Abraham Linkoln" gəmisini sıradan çıxardıq - İran generalı .....                        ABŞ İranla müharibədən geri çəkilməlidir - Ağ Evdən çağırış gəldi .....                        9000 dollarlıq fotoaparat oğurlayan qadın tutuldu .....                        Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ .....                        Xocavəndin daha bir kəndində sakinlərə ev verildi .....                        İranın körfəz ölkələrinə atdığı raketlərin sayı .....                        Azərbaycan-Çin strateji əməkdaşlığı müzakirə olundu .....                        Uçuşlar ləğv edildi - 6 milyon sərnişin olduğu yerdə qaldı .....                       
Tarix : 10-10-2013, 19:16

İlyas İsmayılov seçki BƏYANATI verdi

Ədalət Partiyasının sədri, prezidentliyə namizəd İlyas İsmayılov dünənki seçkilərin nəticələri ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

- Əziz həmvətənlərim!

Vətənimizin taleyində inkişafa, tərəqqiyə təkan verə biləcək seçki prosesi yekunlaşdı. Bu seçkilər nəticə olaraq cəmiyyətimizin vahidləşməsinə, vətəndaşlarımızın dövlətinə olan güvənc hissinin artırılmasına gətirib çıxarmalı idi. Daxilimizdə mövcud olan və ətrafımızda dolaşan təhlükələri nəzərə alsaq bu bizə bir xalq olaraq çox vacibdir.

Həyatım boyu, fəaliyyət göstərdiyim bütün sahələrdə dövlət maraqlarını şəxsi maraqlarımdan üstün tutmuşam. Bir çox hallarda tapdalanmış, yeyilmiş haqqımdan dövlət və ictimai maraqlar naminə imtina etmişəm, amma şərəfim, ləyaqətim və vicdanım hesabına yox.

Bu gün də saxtakarlıq vasitəsilə yeyilmiş haqqımdan vaz keçməyə hazıram. Amma mənə öz halal səslərini verən insanların mənəvi təhqirinin yükünü öz üzərimə götürməyə hazır deyiləm və bəyan edirəm ki, mənim timsalımda məni dəstəkləyən insanlara sərgilənən münasibətin adı ən azı hörmətsizlikdir.

Cəmiyyətimizdə bir qrup insanlar var ki, öz varlıqlarını daim ictimai gərginlik yaratmaqda, ayrı-ayrı fərdləri sındırmaqda və bütövlükdə toplumu parçalamaqda görürlər. Bu adamların nəzarəti altında keçirilən rüsvayçı seçki hətta səs çoxluğu ilə seçilmiş prezidentin qələbəsini şübhə altına alır. Deməli, bu hal da kimlərəsə lazımdır.

Bu sadaladığım qənaətimi nəzərə alaraq, seçkinin kütləvi qanun pozuntuları ilə keçdiyini və bunun da nəticələrə ciddi kölgə saldığını elan edirəm.

Hörmətlə, İlyas İsmayılov


Paylaş



Bölmə: Siyasət / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!