“Crocus City Hall”da törədilən terrora görə daha bir nəfər saxlanıldı .....                        Boksçularımız beynəlxalq turniri 21 medalla başa vurdular .....                        Erməni spiker Sahibə Qafarova ilə görüşündən danışdı .....                        Bişkekdə fövqəladə vəziyyət elan olundu .....                        Lavrov: “Ermənistan uydurma bəhanələrlə son üç ilin tarixini təhrif edir” .....                        AZƏRTAC-ın sabiq sədri təltif olundu .....                        Moskvada baş verən terror aktında “Ukrayna izi” aşkarlandı .....                        Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                       
Tarix : 23-07-2015, 17:51
“Borçalı” İctimai Cəmiyyətinin müraciəti

“Borçalı” İctimai Cəmiyyətinin 7-ci Elat – Böyük Birlik Bayramı münasibətilə redaksiyamıza daxil olmuş müraciətini təqdim edirik:

Çox dəyərli soydaşlarımız!
“Borçalı” Cəmiyyəti və Gürcüstanda fəaliyyət göstərən QHT nümayəndələri ilə sayca 7-ci “Borçalı Türklərinin Elat Mədəniyyəti Günü” – Elat bayramı tədbirinə hazırlıq işlərini yekunlaşdırmaq üzrədir. Artıq heç kimə sirr deyildir ki, Elat bayramı dostluq, barış və sülh, yad mədəniyyətlərin, dinlərin, millətlərin birgəyaşayışına çağırış, bəşəri dəyərlərin təntənəsi bayramıdır. Elat bayramı həm də Azərbaycan və Gürcüstan dövlətçiliyinin möhkəmləndiriliməsi, iki xalq arasında etimad mühitinin yaradılması, etnik separatçılığın aradan qaldırılması, iqtisadi, siyasi, mədəni əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsinə əməli töhvələr verən layihədir.
Sayca 7-ci Elat bayramını Böyük Birlik Bayramı adlandırmağımız da təsadüfi deyil. Bu bayram millətlərin, dövlətlərin, mədəniyyətlərin, dinlərin, dillərin birlik bayramıdır. Borçalı türkləri tarixi missiyalarına uyğun olaraq ağır, ancaq şərəfli, bəşəri bir missiyanı yerinə yetirməkdədir. Bu bayram bizim birliyimizin, həmrəyliyimizin rəmzi ifadəsidir. İyirmi birinci yüzillikdə birlik və həmrəylik aurasının hakim olması dövlətçiliyimiz üçün, milli maraqlarımız və regionun təhlükəsizliyi, demokratiyanın inkişafı üçün çox zəruridir. Odur ki, siyasi mənsubiyyətindən, peşəsindən, vəzifəsindən asılı olmayaraq Vətənə, Xalqa, Yurda bağlı bütün insanların “Elat” bayramında iştirakını arzulayırıq.
“Elat” bayramı həm də Azərbaycan və Gürcüstan vətəndaşlarının, tarixən qonşu olan xalqlarımız arasında etimad mühitinin daha da gücləndirilməsinə xidmət edən mədəni-kütləvi tədbirdir. Azərbaycan və gürcü xalqlarının tarixi dostluq ənənələrinə sadiq qalaraq bu gün də həmrəylik nümayiş etdirmələri bir daha onu göstərir ki, heç bir üçüncü qüvvə bu etimad mühitini sarsıda bilməz. Dövlətlərimiz arasındakı yüksək səviyyəli münasibətlər, strateji tərəfdaşlıq kimi mühüm amillər də hər iki xalqın qarşısında olan problemlərin tezliklə aradan qaldırılacağına əminlik yaradır. Ötən dövrlərdə nə qədər saf niyyət və qarşılıqlı uzlaşma fəlsəfəsi ortaya qoysaq da təssüflə qeyd etməliyik ki, hər tərəfdən bizi yoldan sapdırmağa çalışanlar, hər cür şantajdan belə çəkinməyənlər oldu. Hətta demokratiya yolu tutan Gürcüstanda bəzi ultraradikal səlahiyyət sahibləri bu bayramda soydaşlarımızın, Borçalı kökənli dünyaya səpələnmiş eloğlularımızın, türk dünyasının sağlam əsaslı təmərgüzləşməsini qəbul edə bilməyərək ədalətsiz olaraq Cəmiyyətin sədri Zəlimxan Məmmədlini və onun müavini Salman Murğuzlunun Gürcüstana girişinə qadağa qoymuşlar. Bu düşünülmüş, məkr niyyətli böyük təxribatdır. İnanırıq ki, gürcü xalqı soydaşlarımızla birlikdə bu qərara rəvac verənlərə layiqli cavab verəcəklər və Gürcüstanın adına yazılan bu xəta aradan qaldırılacaq. Bütün bunlara baxmayaraq hər iki tərəfin sağlam qüvvələri və millətlərimizin sağlam ruhu hesabına gələcəyə daha nikbin baxmağa əsas verir. Bu gün sevinclə deyə bilərəm ki, istər Gürcüstanda, istərsə də Azərbaycanda əksər qurum və nüfuz sahibləri Elat bayramına münasibətdə vahid mövqeyə gəliblər. Biz milli vəhtəd və gürcü cəmiyyəti ilə bütövləşmənin astanasındayıq. Bu, Qafqazda proseslərə yeni sağlam baxış fəlsəfəsini gündəmə gətirməklə, ümummilli problemlərimizin həllində hər iki xalqın vahid güc mərkəzinə çevrilməsinə səbəb olacaq ki, bu da bütövlükdə Qafqazın xilas modelidir. İnanırıq ki, Azərbaycan və Gürcüstan hökümətləri problemlərin həll olunmasında sivil dünyanın istinad etdiyi mədəniyyətlərarası dialoqun əyani nümunəsi olduğunu nəzərə alaraq 7-ci Elat bayramının yüksək səviyyədə keçrilməsinə ciddi dəstək verəcəklər.
– Aydınlarımız bu mötəbər tədbirdə də öz zəkaları və mənəvi dünyaları ilə “Elat” bayramını daha da zənginləşdirəcəklər.
– KİV nümayəndlərinin, aydınların, gənçlərimizin, mədəniyyət işçilərinin, diasporamızın, türk dünyasının birgə iştirakı ilə Gürcüstanda (Dmanisi) hamımızın ürəyincə olan, milltəmizin birliyinə aparan yeni bir tarix yazacağıq.
Çox dəyərli ziyalılarımız, gənclərimiz, media mənsubları, QHT, siyasi partiya təmsilçiləri, milli dəyərlərə sadiq iş adamları, dilindən və dinindən asılı olmayaraq bölgədə barış və sülh istəyən hər kəs – hamınızı 26 iyulda Gürcüstanın Dmanisi rayonunda keçiriləcək sayca 7-ci Elat – Böyük Birlik bayramına, bu mötəbər tədbiri şərəfləndirməyə dəvət edirik. Sizi Borçalı eli, Gürcüstan ən yüksək səviyyədə qəbul etməyə tam hazırdır.

Hörmətlə, “Borçalı” İC-nin sədri Zəlimxan Məmmədli.
23 iyul 2015-ci il


Paylaş



Bölmə: Borçalı / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!