Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 25-07-2014, 19:16

  “Borçalı” İctimai Cəmiyyətinin M Ü R A C İ Ə T İ

 

“Borçalı” İctimai Cəmiyyətinin M Ü R A C İ Ə T İ

Çox dəyərli soydaşlarımız! Borçalı Cəmiyyəti olaraq altıncı ildir ki, ardıcıl olaraq Azərbaycan və Gürcüstan dövlətçiliyinin möhkəmləndiriliməsi, iki xalq arasında etimad mühitinin yaradılması, iqtisadi, siyasi və mədəni əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsinə əməli töhvələr verən layihələr həyata keçirməkdədir.

“Borçalı” İctimai Cəmiyyəti Gürcüstanın Dmanisi rayonunun Armudlu kəndində düzənlədiyi və artıq xoş bir ənənə halını almış 6-cı “Borçalı Türklərinin Elat bayramı”na hazırlaşır. Ötən ilki “Elat” bayramlarında türk dünyasının daha geniş coğrafiyasını təmsil edən dəyərli soydaşlarımız, o cümlədən, Anadoludan və Güney Azərbaycandan qardaşlarımız və gürcü elitası iştirak etdilər.

Bu ilki “Elat” bayramında da həmin möhtəşəmliyin bir daha yaşanacağına əminik. Bu bayram bizim birliyimizin, həmrəyliyimizin rəmzi ifadəsidir. Olduqca mürəkkəb hadisələrlə dolu iyirmi birinci yüzillikdə isə birlik və həmrəylik dövlətçiliyimiz, bir xalq kimi dünya miqyasında özümüzü daha yaxşı təqdim etməyimiz üşün çox vacibdir. Siyasi mənsubiyyətindən, peşəsindən, vəzifəsindən asılı olmayaraq Vətənə, Xalqa, Yurda bağlı bütün insanların “Elat” bayramında iştirakını arzulayırıq.

“Elat” bayramı həm də Azərbaycan və Gürcüstan vətəndaşlarının, tarixən qonşu olan xalqlarımız arasında etimad mühitinin daha da gücləndirilməsinə xidmət edən mədəni-kütləvi tədbirdir. Azərbaycan və gürcü xalqlarının tarixi dostluq ənənələrinə sadiq qalaraq bu gün də həmrəylik nümayiş etdirmələri bir daha onu göstərir ki, heç bir üçüncü qüvvə bu etimad mühitini sarsıda bilməz. Dövlətlərimiz arasındakı yüksək səviyyəli münasibətlər, strateji tərəfdaşlıq kimi mühüm amillər də hər iki xalqın qarşısında olan problemlərin tezliklə aradan qaldırılacağına əminlik yaradır.

Ötən dövrlərdə nə qədər saf niyyət və qarşılıqlı uzlaşma fəlsəfəsi ortaya qoysaq da təssüflə qeyd etməliyik ki, hər tərəfdən bizi yoldan sapdırmağa çalışanla, hər cür şantajdan belə çəkinməyənlər oldu. Bütün bunlara baxmayaraq hər iki tərəfin sağlam qüvvələri və millətlərimizin sağlam ruhu hesabına tədbirlərimiz uğurlu alınması və artıq keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin etdi. Bu gün sevinclə deyə bilərəm ki, istər Gürcüstanda istərsə də Azərbaycanda əksər qurum və nüfuzlar Elat bayramına münasibətdə vahid mövqeyə gəliblər. Biz milli vəhtəd və gürcü cəmiyyəti ilə bütövləşmə yolu və astanasındayıq. Bu Qafqazda proseslərə yeni sağlam baxış fəlsəfəsini gündəmə gətirməklə, ümummilli problemlərimizin həllində hər iki xalqın vahid güc mərkəzinə çevrilməsinə səbəb olacaq ki, bu da bütövlükdə Qafqazın xilas modelidir. “Borçalı” cəmiyyəti olaraq bu günə qədər gördüyümüz işləri həm də Azərbaycanda Gürcüstan diasporasının fəaliyyəti səviyyəsində olduğu qənaətindəyik. Hesab edirik ki, diaspora siyasəti etnik kimlik sərhəddini aşmalı, dövlətçilik prinsipləri önə keçməlidir. Ona görə də Borçalı Cəmiyyətini Gürcüstan diasporasının Azərbaycandakı təmsilşisi kimi tanımaq istəyi ilə Gürcüstan siyasi hakimiyyətinə cəsarət tələb edən məktubumuz göndərilmişdir. Eyni zamanda Borçalı Cəmiyyətinin əsasən Gürcüstan kökənli ziyalılar və Azərbaycanın ayrı-ayrı bölgələrinin nüfuzlu ziyalılarının təmərküzləşdiyi təşkilat kimi Azərbaycan siyasi hakimiyyəti tərəfindən Gürcüstan azərbaycanlılarının icma təmsilçisi kimi tanınması məsələsini qaldırmış və dövlət başçısına müvafiq müraciət ünvanlamışıq.

İnanırıq ki;

- hər iki dövlətin rəsmi qurumları bu sağlam düşüncəmizin həyata vəsiqə qazanmasında bizlərə yardımçı olacaqlar.

- Azərbaycan və Gürcüstan hökümətləri, dövlət mənafelərimizi əsas tutaraq 6-cı “Elat” bayramının yüksək səviyyədə keçrilməsinə ciddi dəstək verəcəklər.

- Aydınlarımız bütün tədbirlərimizin əsas yönəldici və zənginləşdirici qüvvəsi olub, bu mötəbər tədbirdə də öz zəkaları və mənəvi dəstəkləri ilə “Elat” bayramının yüksək səviyyədə keçrilməsinə dəstək verəcəklər.

- Inanırıq ki, KİV nümayəndlərinin, aydınların, gənçlərimizin, mədəniyyət işçilərinin, diasporamızın, türk dünyasının birgə iştirakı ilə Gürcüstanda (Dmanisi) hamımızın ürəyincə olan, millətimizin birliyinə aparan yeni bir tarix yazacağıq.

- hər iki dövlət rəsmiləri və Türkiyə bu layihənin problemlərin həll olunmasında sivil dünyanın istinad etdiyi mədəniyyətlərarası dialoqun əyani nümunəsi olduğunu nəzərə alaraq tədbirin yüksək səviyyədə gercəkləşməsinə yardımçı olacaqlar.

- Odur ki, könlündə millət, dövlət, dəyərlər sevgisi olan hər kəsi – BU MÖTƏBƏR TÖRƏNDƏ İŞTİRAKA, BU TƏDBİRİ ŞƏRƏFLƏNDİRMƏYƏ DƏVƏT EDİRİK.

 

“Borçalı” İC-nin İdarə Heyəti

25. 07. 2014 Bakı



Paylaş



Bölmə: Borçalı / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!