İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                        Respublika Pediatriya Mərkəzi yaradıldı .....                       
Tarix : 24-09-2015, 21:21
 “Borçalı” İctimai Cəmiyyətinin İdarə Heyəti növbəti toplantı keçirib.

Toplantıda sayca 7-ci “Borçalı Türklərinin Elat mədəniyyəti günü” tədbirinin nəticələri və ondan sonrakı durum, eynilə ilin sonuna qədər iş planı barədə fikir mübadiləsi aparıldı və müvafiq qərarlar qəbul olundu.
Toplantıda sayca 7-ci Elat bayramı ilə bağlı uzun müzakirələr oldu və nəhayət, bayramın təşkili və keçirilməsi bəzi çatışmazlıqların olmasına baxmayaraq, ümumilikdə qənaət-bəxş hesab olundu. Gürcüstanın Kvemo-Kartli qubernatoru Paata Xizanişvili və Dmanisi İcra Başçısı Gogita Barbakadzenin, eləcə də gürcü və azərbaycanlı rəqs qruplarının, idmançıların, musiqiçilərin və s. Elat bayramında iştirakı, xüsusilə qubernatorun açılış nitqi söyləməsi yüksək dəyərləndirildi. Qubernatora və tədbirin təşkilində əməyi keçənlərə təşəkkür məktubu göndərilməsi qərara alındı.
7-ci Elat bayramından sonra, avqustun 24-25-də Gürcüstanın “İmedi” TV və www.kvirispalitra.ge, www.newspress.ge, www.myvideo.ge/tv/imedihq saytlarında “Borçalı” Cəmiyyəti barədə gedən saxta reportaj və qərəzli yazılar müzakirə mövzusu oldu. Çıxışçılar qeyd etdilər ki, adıçəkilən mətbuat orqanları bu cür şantaj xarakterli reportaj və dezinformasiyanı yayınlamaqla əhalidə çaşqınlıq yaradır, eləcə də gürcü və azərbaycanlılar arasındakı etimad mühitini zədələyirlər.
 “Borçalı” İctimai Cəmiyyətinin İdarə Heyəti növbəti toplantı keçirib.
Toplantıda qərara alındı ki, həmin mətbuat orqanlarının sədrin və “Borçalı” Cəmiyyətinin əleyhinə yönəltdiyi qara piarlıq kompaniyası pislənilsin, bu hal iki xalq arasında etimad mühitini sarsıtma cəhdi kimi dəyərləndirilsin. Eyni zamanda bu məsələdə “Borçalı” Cəmiyyəti apardığı barış və sülh, dostluq və qardaşlıq xəttinə bilərəkdən kölgə salmaq məqsədinin olduğu qeyd edilsin. Həmin mətbu orqanlardan rəsmi təkzib tələb olunsun, “İmedi” TV-dən efir vaxtı istənilsin. Hesab edildi ki, bununla məsələyə aydınlıq gətirmək, eləcə də əhalidə “Borçalı” Cəmiyyəti barədə doğru fikrin formalaşmasına nail olmaq mümkündür.
Bundan başqa, toplantıda Zəlimxan Məmmədli və Salman Murğuzovun Gürcüstana giriş yasağının aradan qaldırılması tələbi ilə Gürcüstanın və Azərbaycanın müvafiq qurumlarına yenidən müraciət edilməsi, eyni zamanda Beynəlxalq təşkilatların diqqətinin bu problemə yönəldilməsi istiqamətində iş aparılması, həmçinin ABŞ, ATƏT, Avropa Şurası, Türkiyə, Gürcüstandakı diplomatik korpuslara müraciət olunması da qərara alındı.
Bununla da toplantı işini başa çatdırdı.

22 sentyabr 2015-ci il
“Borçalı” Cəmiyyətinin Mətbuat və İnformasiya Xidməti


Paylaş



Bölmə: Borçalı / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!